Mövzu: 10. Relyefin karst formaları



Yüklə 0,74 Mb.
səhifə4/5
tarix24.05.2023
ölçüsü0,74 Mb.
#121280
1   2   3   4   5
mühazirə 10.

4. Karstların morfologiyası
Suffoziya və karst.
Yeraltı sular süxur məsamələrindən və çatlarından keçərkən onun tərkibində iş -tirak edən və asan həll ola bilən mineralları məhlul halında tədricən aparır. Nəticədə süxurun məsamələri böyüyür, çatları genişlənir və suların hərəkəti daha da asanlaşır. Buna kimyəvi suffoziya deyilir.

Sxem. 1. Yeraltı suların relyef və strukturdan asılı olaraq dinamikası.

Həlletmə prosesi ilə yanaşı su, süxurda iştirak edən narın və bərk hissəcikləri də mexaniki olaraq aparır ki, buna mexaniki suffoziya deyilir. Suffoziyanın bu növü əksər hallarda boş süxurlarda baş verir. Suffoziya nəticəsində süxurların məsaməliyi artır, bunun hesabına isə həcmi kiçilir və nəticədə Yer səthində dəyirmi çökəkliklər əmələ gəlir. Bunlara karst qıfları deyilir.


Karstlaşmış sahələrdə karst qıflarının sayı 1 km2 sahədə 50-80-ə (və daha artıq) çata bilir. Karst dedikdə, kimyəvi suffoziya zamanı müxtəlif duzlan (NaCl, KC1, CaCl2, FeCl2, CaCO3, MgCO3, CaMg(CO3)2 və s.) olan süxurlarda müxtəlif forma və ölçülərdə əmələ gətirdiyi boşluqlar nəzərdə tutulur.
Karstlı sahələrdə Yer səthi özürıəməxsus relyef əmələ gətirir. Dərin (1-2 m) və bir növ paralel yarıqlardan ibarət olan bu kimi relyefə karrlar deyilir. (şəkil .1 ).
Karstlı zonalarda tektonik və başqa mənşəli dərin çatların kəsişmə yerlərində yerüstü suların hopması yeraltı sularla qarışması və dövranı nəticəsində şaquli kanallar əmələ gəlir ki, bunlara da ponorlar deyilir. Ponorlar tədricən böyüyərək suyığıcı və suyönəldici kanallara çevrilir.



Şəkil.1.Karrlar
Karst mağaraları müxtəlif ölçülərdə təzahür edir. Rusiya, ABŞ, Fransa, İtaliya, Macarıstan, Çexiya və Yuqoslaviyada karst mağaraları ətraflı öyrənilmişdir.
Süxurların üst səthində baş verən suffoziya hadisəsi nəticəsində səthi karstlar və yaxud karr səthləri əmələ gəlir.



Şəkil. 2. Səthi karst – karr
Dünyada ən böyük mağara ABŞ-ın Kentukki ştatında olan Mamont mağarasıdır. Bu mağaranın ümumi sahəsi 650 km2, qol-budaqları ilə birlikdə uzunluğu 250 km, bilavasitə mağara tunelinin uzunluğu 48 km-dir. Avropada ən böyük stalaktitli mağara Macarıstanla Slavakiya sərhəddindəki Aqtelek -Domisa (uzunluğu 28 km) mağarasıdır. Ən məşhur mağaralara Nyu-Meksika ştatında Karlsbad mağarasını (uzunluğu 1 km, eni 200, hündürlüyü 90 m-ə qədərdir) və Rusiyada Sılvi çayı sahilində yerləşən (Perm şəhəri rayonunda) buzlu Kunqur mağarası çoxmərtəbəlidir, girəcək hissəsində il boyu buz stalaktitlərinin olması ilə səciyyələnir.
Karstlaşma prosesi Yer səthində bir sıra çayların itməsinə və bəzi göllərin vaxtaşırı yoxa çıxmasına səbəb olur. Bu kimi çaylar öz yollarının müəyyən məsafəsini yeraltı dərələrdə qət edir. Bunlara misal olaraq 125 km yerin altı ilə axan Dunay çayını, 10 km yerin altı ilə hərəkət edən Soyuq su çayını (Krım), eləcə də Atlas dağlarından (Afrika) Böyük Səhraya doğru istiqamət götürərək qumluq zona yaxınlığında batan çayları göstərə bilərik. Vaxtaşırı bəzi göllərin yoxa çıxması onların dibində karst qıflarının və ponorların varlığı ilə izah edilir
Каrst sаhələrinin mоrfоlоgiyаsı. Yеrаltı sulаrın fəаliyyəti ilə əlаqədаr оlаrаq əmələ gələn və Yеr səthində gеniş yаyılmış rеlyеf fоrmаlаrındаn biri də каrstdır. «Каrst» sözü həmin hаdisənin ən çох yаyıldığı ərаzilərdən biri оlаn кеçmiş Yuqоslаviyаnın Аdriаtiк dənizi sаhilində yеrləşmiş Каrst yаylаsındаn götürülmüşdür.
Məlumdur кi, каrstın əmələ gəlməsi üçün ərаzinin gеоlоji кəsilişində iştirак еdən müəyyən süхur və minеrаllаr ın rоlu böyüкdür. Bеlə кi, əhəngdаşı, dоlоmit, gips, аnhidrid, dаş duz (hаlit), bаrit və s. кimi süхur və minеrаllаr sudа аsаnlıqlа həll оlаrаq, каrst bоşluqlаrını əmələ gətirir. Bununlа yаnаşı həmin süхurlаr кiçiк mеyl bucаğı аltındа yеrləşdiкdə, аtmоsfеr və yа qrunt suyunun təsiri dаhа güclü оlur.

Каrst prоsеsinin inкişаfınа mаnе оlаn isə bitкi örtüyüdür. Bеlə кi, каrstlаşаn süхur və minеrаllаr müəyyən bitкi örtüyünə mаliк оlduqdа həmin bitкilər каrst bоşluqlаrının yаrаnmаsınа mаnе оlur.


Yеr səthində müşаhidə оlunаn каrst rеlyеf fоrmаlаrının çох hissəsi bilаvаsitə müşаhidə оlunаn аçıq каrstdır. Bеlə аçıq к аrstın bir çох rеlyеf fоrmаlаrı vаrdır. Ən gеniş yаyılmış rеlyеf fоrmаlаrındаn biri каrst qıflаrıdır. Каrst qıflаrı əкsər hаllаrdа dаirəvi və оvаl şəкilli, аz hаllаrdа isə qеyri-düzgün fоrmаdа, еn кəsiyi üzrə diк və düz yаmаclı оlur. Qıfın аğız hissəsinin еni dərinliyinə nisbətən iкi dəfə аrtıqdır. Оnun еni 10 -200 mеtr аrаsındа dəyişir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin