Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


Müharibə edən böyük dövlətlərin işğalçılıq planlarında Azərbaycan və “erməni məsələsi”



Yüklə 148,95 Kb.
səhifə8/12
tarix19.12.2023
ölçüsü148,95 Kb.
#187154
1   ...   4   5   6   7   8   9   10   11   12
X mövzu

Müharibə edən böyük dövlətlərin işğalçılıq planlarında Azərbaycan və “erməni məsələsi”.
Dünyanı yenidən bölüşdürmək istəyən “Üçlər ittifaqı” və “Antanta” hərbi-siyasi blokları arasında qarşıdurma I Dünya müharibəsinə gətirib çıxartdı. 1914-cü il iyunun 19-da I Dünya müharibəsi başlandı. Müharibəyə qoşulmuş ölkələrin Azərbaycana münasibətdə də öz planları var idi. Alman imperializmi Qafqaza can atır, Bakı neftini ələ keçirmək istəyirdi. Almaniya öz məqsədinə çatmaq üçün Türkiyənin iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə almaq, türk ordusunun köməyi ilə Hindistana və Əfqanıstana yol açmaqla Rusiyanın və İngiltərənin mövqelərinə zərbə vurmaq niyyətində idi. Almaniyanın Qafqaza dair işğalçılıq planına görə,Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə Türkiyə arasında xristian bufer dövləti, habelə Türkiyə sərhədi yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. Rusiyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Türkiyəni bölüşdürmək idi. Ona görə də Rusiyaya qarşı müharibədə Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi.
Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi. Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanan Qafqaz cəbhəsi yarandı. Ənvər paşanın hazırladığı hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına əsas zərbə Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin canlı qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların hazırladığı əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan çar qoşunları 1916-cı ildə onları sıxışdırdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırılmırdılar. Bundan başqa, çar hökuməti Azərbaycan turklərinin cəbhədə Osmanlı ordusuna qarşı vuruşmayacağından, silahı müstəmləkəçilərin özünə qarşı çevrilməyəcəklərindən ehtiyat edərək I Dünya müharibəsi dövründə onları orduya çağırmamışdı. Rus ordusunda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdi. Rus ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit- Teymur Novruzov, Fərrux ağa Qayıbov, Tərlan Əliyarbəyov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov qulluq edirdi. I Dünya müharibəsi dövründə azərbaycanlılardan təşkil olunmuş əlahiddə “tatar süvari alayı” çar generalları tarafindən “vəhşi diviziya” adlandırılırdı. Sonralar bu alay Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin