Mövzu 10 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanması qaydaları. X mühazirənin plani



Yüklə 36,01 Kb.
səhifə6/10
tarix10.11.2022
ölçüsü36,01 Kb.
#68373
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
duz Mühazirə 10

ADİU-nun rektoruna
TƏQDİMAT
Bu ilin mart-aprel aylarında respublika ali məktəbləri arasında keçirilən idman yarışlarında universitetimizin tələbələri də iştirak etmiş və fərəhli nəticələr əldə etmişlər. Belə ki, onlardan 2 nəfəri sərbəst güləş üzrə, 1 nəfər boks üzrə, 2 nəfər isə yüngül atletika üzrə birinci yerə çıxmışlar. Həmin tələbələrə əmrlə təşəkkür elan etməyinizi Sizdən xahiş edirəm.
Sərbəst güləş üzrə: 1. Qəzənfər Əli oğlu Məmmədov
2. Kamran Səfər oğlu Həsənov
Boks üzrə: 1. Fazil Nağı oğlu Vəliyev
Yüngül atletika üzrə: 1. Cünel Əmrah qızı Cəfərova
2. Kübra Nəsir qızı Xəlilova
Bədən tərbiyəsi və idman
kafedrasının müdiri: F.Əliyev.
29.04.2018

Gəncə şəhər Təhsil Şöbəsinin müdiri
F.Z.Bəşirova
A.Qalibovdan'>Gəncə şəhər 6 saylı orta məktəbin
direktoru A.Qalibovdan

TƏQDİMAT

Ə.Ə.Hüseynov Gəncə şəhəri 6 saylı orta məktəbinin dil-ədəbiyyat müəllimidir. 40 illik pedaqoji iş stajına malikdir. ADU-nu bitirib. Öz işinin öhdəsindən layiqincə gəlir. Qayğıkeş və savadlıdır. Yüzdən çox şagirdi müxtəlif sənət, peşə sahibidir. Üç kitab müəllifidir. Ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 illiyi tamam olacaqdır. Kollektivdə dərin hörmətə malikdir. İctimaiyyət arasında böyük nüfuz sahibidir.


Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ə.Ə.Hüseynovun 60 illik yubileyinin rayon təhsil işçiləri ilə birlikdə keçirilməsini təmin etmənizi xahiş edirəm.


A.Qalibov
15.06.2019
Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları

  1. Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü təqdim edin

  2. Təqdimata uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin.

  3. Təqdimatınızın dizaynına xüsusi önəm verin : göz üçün yorucu tünd arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fonda olan yazılardan istifadə etməyin.

  4. Həddindən çox animasiya göz üçün yorucu olduğundan, animasiyalardan yerində və düzgün istifadə edin.

  5. Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır.

  6. Başlıqları adi mətndən fərqləndirin, bütövlükdə böyük hərflərdən, ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin.

  7. İstifadə etdiyiniz mənbələri qeyd edin.

  8. Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu təqdimat zamanı düzgün idarə edin.

  9. Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və təqdimatda verdiyiniz cümlələri birbaşa oxumayın, təqdimatın mövzusuna əvvəlcədən hazırlaşın.

  10. Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə təşəkkür etməyi unutmayın.




Yüklə 36,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin