İstilik xəbərdarediciləri yanğın ocağından istiliyin yayılması zamanı işə düşməsi prinsipinə əsaslanmışdır. Onlardan birinin sxemi şəkil 6.17-də verilmişdir. O, birdəfəlik istifadə edilən cihazdır.
Şəkil 6.17. İstilik xəbərdaredicilərin sxemi: a- mayeil; b- tezəriyən taxma ilə; c- ATİM tipli; 1-yanğın-mühafizə siqnalizasiyasının pultuna xətt, 2-kontakt (təmas), 3- bimetallik plastina, 4-korpus, 5- kontakt vinti İşıq xəbərdarediciləri inersiyasızlığı və böyük əhatə zonası (600 m2-a qədər) ilə xarakterizə olunur. Onlarda fotoeffekt hadisəsindən istifadə olunur. Belə qurğularda yerləşdirilmiş fotoelement alovun ultrabənövşəyi və ya infraqırmızı spektrinə reaksiya verir. Onun sxemi şəkil 6.18-də verilmişdir. Onları ancaq qapalı otaqlarda tətbiq etmək mümkündür.