Mövzu №10 Token Ring şəbəkəsi Token Ring şəbəkələri


Şəkil 9.3. Token Ring texnologiyasında paketin formatı



Yüklə 282,99 Kb.
səhifə6/6
tarix26.04.2022
ölçüsü282,99 Kb.
#56344
1   2   3   4   5   6
ders 10

Şəkil 9.3. Token Ring texnologiyasında paketin formatı

Token Rinq şəbəkəsində paketin formatına başlanğıc və son ayırıcılar, müraciətin idarə olunması, paketin idarə olunması, informasiyanı qəbul edənin və göndərənin ünvanı, verilənlər sahəsi və onun cəminin yoxlanılma sahəsi, paketin vəziyyəti və s. daxildir.

Paketin formatının təyinatı və xarakteristikası:

* Paketin başlanğıcı (SD) paketin ötürülməsinin başlanmasını göstərir;

* Müraciətin idarə olunma baytı (AC) paketlərin idarə olunmasına nəzarət edir (markerin işi kimi);

* Paketlərin idarə olunma baytı (FC-Farm Control) paketin kadrının növünü təyin edir;

* Paketlərin göndərilməsi və qəbul edilməsi üçün ayrılmış altı baytlıq standart ünvan;

* Verilənlər sahəsindən informasiya mübadiləsinin idarə olunması və yaxud ötürülən informasiyalar üçün istifadə edilir;

* Paketlərin (kadrların) cəminə nəzarət edən 32 mərtəbəli sahə;

* Sonuncu ayırıcı sahə paketlərin sonunu göstərməklə paketlərin aralıq və ya sonuncu olmasını təyin edir. Burada paketlərin düzgünlüyü də yoxlanılır (bunun ücün xüsusi bit ayrılır);

* Paketin vəziyyətini göstərən baytda göndərilən paketlə nə baş verdiyi, onun qəbul olunması, qəbuledicidə yaddaşa yazılması qeyd olunur.

Bu texnologiyada məhsuldarlığın artması, əsasən, verilənlərin ötürülməsi üçün yeni müraciət alqoritminin tətbiqi nəticəsində alınmışdır. Bu alqoritmdə, əsasən müraciət üçün markeri əvvəlcədən azad etmək üsulundan istifadə edilmişdir. Markeri əvvəlcədən azad etmək dedikdə şəbəkədəki növbəti düyün nöqtəsini verilənlərin (paketin və ya kadrın) ötürüldüyü anda paketin qəbul edilməsinin təsdiqini gözləmədən yerinə yetirilən proses başa düşülməlidir. Yəni, marker növbəti qəbul edilməni gözləmədən göndərilir. Belə əməliyyatlarda markerin düyün nöqtələrində saxlanması ilə əlaqədar gecikdirilməsi nəzərə alınmalıdır.

Belə hallarda dairə topologiyasında ötürücülük qabiliyyəti (səmərəlilik) artırılmış olur.

Bu texnologiyadakı fiziki birləşmələrdə, əsasən, ekranlı və ekransız cütlü kabellərdən, eləcə də optik-lifli kabellərdən istifadə edilir.

Dairə topologiyalarında istifadə edilən stansiyaların (kompyuterlərin) sayı 260-a qədər, seqmentin uzunluğu isə 4 km-ə qədər ola bilər. Qeyd olunan rəqəmlər mütləq deyildir. Ona görə ki, prosesin yerinə yetirilməsi ilə əlaqədar şəbəkə strukturu dəyişdiriləndə bu rəqəmlər də dəyişə bilər. Token Rinq texnologiyasında dairəvi şəbəkələrin də işdən çıxma ehtimalı var. Bunun qarşısını təkrarlayıcıdan istifadə etməklə almaq olar. Təkralayıcıda bir neçə port olduğundan dairədə sıradan çıxan düyün nöqtəsi qəbuledici və yaxud ötürücülər vasitəsi ilə əlaqələri bərpa edir. Çox vaxt belə üsullardan FDDI texnologiyasında ikiqat dairənin qurulmasında da istifadə edilə bilər. Bu da dairədə səmərəliliyi artırır.

Ən üstün cəhətləri etibarlı, sürətli və firma tərəfindən yaxşı dəstək verilməsi idi. Token Ring ondan sonra yaranan Ethernet-dən 3-4 dəfə daha baha idi. Token Ring istehsalçılarına firma tərəfindən tam lisenziya verilmirdi və buna görə az firma onu istehsal edirdi. Amma Ethernet bir çox firma tərəfindən istehsal olunur və ucuz satılırdı. Token Ring marker ötürmə texnologiyası ilə qurulmuşdu. Bütün kompüterlər bir dairə formasında qoşulurdular və marker hər kompüterə baş vurur və göndərilməsi lazım olan paketi götürüb lazım olan yerə çatdırırdı.



Bu zaman əgər kimsə eyni vaxtda məlumat göndərmək istəsəydi o markerin boşalmağını gözləməli idi. Şəbəkə daxilində də bir markerdən çox marker olmamalı idi. Bu sistemin üstünlüyü onun marker vasitəsi ilə hansı kompüterin şəbəkəyə qoşulu və ya şəbəkə vəziyyətinin saz, nasaz olmasından xəbər verə bilirdi. Aşağıdakı şəkildə aktiv monitor 5-ci kompüterdir və hub vasitəsi ilə markeri göndərir.

Token Ring öz şan-şöhrətini tez bir vaxta Ethernet-ə verir. Hal-hazırda bu sistemdən demək olarki istifadə olunmur. İBM onu bəzən firma daxilində mainframe-lər üçün istifadə edir. İEEE komissiyaları cədvəlində göstərdiyim əsas IEEE 802.3, 802.5 802.11 standartları daxilində Token Ring-in də adı gedir. Bəli Token Ring 802.5-dən istifadə edirdi və bu gün bu texnologiya standartlaşmada özünəməxsus lazımlı yerini tutur. Bu o demək deyil ki, Token Ring bütünlükdə istifadə olunur. Sadəcə olaraq onda olan lazımlı texnologiyalar istifadə olunur.
Yüklə 282,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin