Mövzu 10. Turizm хidmətləri mаrкеtinqi


Şəkil 10.1 Turist məhsulunun strukturu



Yüklə 289,5 Kb.
səhifə4/11
tarix28.12.2021
ölçüsü289,5 Kb.
#48035
1   2   3   4   5   6   7   8   9   10   11
M vzu 10. Turizm õidm tl ri màrêåtinqi Turizm biznesi v onun m

Şəkil 10.1 Turist məhsulunun strukturu

  • Pekic-tur: inklyuziv-turla müqayisədə daha geniş xidmət dəsti olub, ənənəvi xidmətlə, yerləşdirmə, qidalanma, ekskursiya ilə yanaşı idman-sağlamlıq, mədəni-kütləvi əyləncəli xidmətləri və s. nəzərdə tutur.Xidmətlər dəsti turistlərin tələbindən asılı olaraq dəyişə bilər və turun ümumi dəyərinin təsiri altında yerləşir.

Xidmətlərin kompleksliliyi onların təsnifləşdirmənin tərkibinə müxtəlif qruplaşdırma əlamətlərinin daxil edilməsinə əsaslanan təsnifatı hesabına açılır. Əksər hallarda aşağıdakı xidmət qrupları fərqləndirilir.

  1. Turizm bürosu, turizm agentliyi,səyahət bürosu xidmətləri (o cümlədən xidmətlərin bronlaşdırılması, səfərəçıxma sənədlərinin rəsmiləşdirilməsi, valyuta mübadiləsi);

  2. Turist istirahəti və turist marşrutu üzrə səyahət (müxtəlif nəqliyyat növlərindən istifadə etməklə);

  3. İstirahət gününün turist gəzintisi (həm piyada, həm də nəqliyyat vəsaitlərindən istifadə etməklə);

  4. İşgüzar turizm üçün xidmətlər (daşıma, rabitə,təşkilatı-texniki, informasiya və s. xidmətlər);

  5. Turist müəssisə və təşkilatlarının reklam informasiya xidmətləri;

  6. Yaşayış yerinin (mehmanxanalarda, nansionatlarda, motellərdə,turbazarlarda və.s) təqdim edilməsi üzrə xidmətlər.

  7. Turist müəssisə və təşkilatlarının sair xidmətləri (görüşlərin, müşaiyətetmələrin, yolasalmaların, kütləvi turist tədbirlərinin, təhlükəsizliyinin və.s təmini);

  8. Ekskursiya xidmətləri (ekskursiya bürosunun bronlaşdırma, çatdırma, reklam, ekskursiya təşkilatı üzrə xidmətlər)

Avropa Birliyi üzvü olan dövlətlər tərəfindən qəbul edilən statistik təsnifata əsasən turist xidmətləri aşağıdakı kimi qruplaşdırılır:

  1. Mehmanxana xidmətləri;

  2. Qidalanma xidmətləri;

  3. İçkilərin satışı üzrə xidmətlər;

  4. Yeməkxana xidmətləri və hazır yeməklərin çatdırılması üzrə xidmətlər.

AB Şurasının təsnifatı həm də təşkil olunmuş istirahət, mədəniyyət, din sahəsində inzibati xidmətləri ayırır.

Bütün bunlar əsas profil xidmətləri haqqında təsəvvür yaradır.



Səyahətin istiqamət və məqsədləri turistlərin istehlak davranışını şərtləndirir.Buna uyğun olaraq turizm növlərinin təsnifatı həyata keçirilir.

Yayılma sferasına görə turizmin növlərini aşağıdakı kimi fərqləndirilər:



  • Daxili turizm

  • Xarici turizm

  • Gəlmə turizm

  • Sosial turizm

  • Öz fəaliyyət turizm

Yayılma məqsədinə görə aşağıdakı turizm növlərini ayırmaq olar:

  • Rekreasiya turizmi (istirahət və müalicə);

  • Ekskursiya turizmi (təbii, tarixi, təbii diqqətəlayiq yerlərlə tanışlıq üçün səyahət)

  • Elmi turizm (sərgilərin, konqreslərin, monfrasların, qurultayların işində iştirak üçün, elmin, sənayenin, kənd təsərrüfatının nailiyyətləri ilə tanışlıq üçün, təcrübə mübadiləsi üçün və.s səyahət)

  • İşgüzar turizm (işgüzar tədbirlərin aparılması üçün səyahət)

  • Etnik-turizm (qohumlarla görüş üçün səyahət)

  • İdman turizmi(yarışlara səyahət)

  • Dini turizm

  • Linqvistik turizm və.s

Turizm növlərinin müxtəlifliyi onların əvvəlcə ərazi prinsipinə görə, milli bazarda isə turizm növləri üzrə aparılmasını nəzərdə tutur.

Turizm növlərini aşağıdakı kimi də təsnifləşdirmək olar:



  • İstifadə olunan nəqliyyat vasitələri üzrə

  • Səyahətin təşkili formasına görə:fərdi və ya qrup turları

  • Turistlərin sosial-demoqrafik tərkibinə görə: gənc, əmək qabiliyyətli yaşda olan əhali, böyük yaşlı qrup əhali, ailəvi turistlər, elitar turistər və.s

  • Peşəkarlıq tərkibinə: həkimlər, hüquqşünaslar, bank xidmətçiləri, müəllimlər;

  • Gəlirlərin səviyyəsinə görə: yüksək gəlirli, orta təbəqə, eləcə də sosial turistlər (səyahət dövlət tərəfindən sosial ehtiyyaclara ayrılmış subsidiyalar hesabına təşkil oluna bilər);

  • Turizmin mövsümlüyünə görə (Avropa, Şimali və Latın Amerikası, Afrika, Avstraliya, Yaxın Şərq və.s)




Yüklə 289,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin