Mövzu 10. Ünsiyyət və şəxsiyyətin sosiallaşmasında onun rolu



Yüklə 20,78 Kb.
səhifə3/3
tarix02.06.2023
ölçüsü20,78 Kb.
#123979
1   2   3
Mövzu 10

müəllimşagird arasındakı münasibətlərdə müəllimin pedaqoji prosesə rəhbərlik üslubu mühüm sosial-pedaqoji əhəmiyyət daşıyır. Pedaqoji prosesdə ünsiyyətin səmərəsi tətbiq olunan vasitələrdən də asılı olur. Pedaqoji ədəbiyyatda pedaqoji ünsiyyətin bir sıra ülublarının adı çəkilir ki, buraya da avtokratik və avtoritar, demokratik, laqeyd(etinasız, liberal) və qeyri-sabit(ardıcıl olmayan) rəhbərlik üslüblarını aid edirlər.
Müəllimin rəhbərlik üslubu onun ideya səviyyəsi, şəxsi keyfiyyətləri, sosial və psixoloji keyfiyyətləri, özünə olan münasibəti ilə sıx bağlıdır. Burada onun xarakterik xüsusiyyətləri icərisində hansı keyfiyyətin dominant olması da müəyyən rola malikdir. Bu baxımdan müəllimin rəhbərlik üslubu onun mədəni səviyyəsinin və sosial meyllərinin üzə çıxmasına şərait yaradır və bu da onun şagirdlərlə ünsiyyətinin yaxşı və ya pis olmasına birbaşa təsir göstərir.
Müəllimin hansı rəhbərlik üslubunda istifadə etməsi onunla şagirlər arasındakı münasibətlərin xarakterinə öz təsirini göstərir. Belə ki, həmişə hökmran mövqe tutan və şagirdlərin fəallığına heç bir şərait yaratmayan avtoritar və avtikratik müəllimlər ilə şagirdlər arasında münaqişələrə daha tez-tez rast gəlinir. Bu qəbildən olan müəllimlər şagirdi obyekt olaraq qəbul edir və onları ünsiyyətin tərəf müqabili kimi görə bilmirlər. Bu qəbildən olan müəllimlər şagirdin ailəsində baş vermiş ailə münaqişələrinə laqeyd yanaşmaqla bərabər, onun hakim mövqeyinə tabe olmaq istəməyən şagirdə təsir etmək üçün bu hadisəni qabardır və pedaqoji taktdan uzaq olan bu hərəkət onunla şagird arasında dərin sosial uçurum yaradır. Avtoritar üslubdan istifadə edən müəllimlərin dərslərində müəllim-şagird münasibəti qorxu və stress üzərində qurulur ki, bu da son nəticədə şagirdin həmin müəllimin tədris etdiyi fənnə mənfi münasibətinə gətirib çıxarır.
Demokratik iş üslubundan istifadə zamanı müəllim-şagird münasibətləri subyekt-subyekt formuluna əsaslanır. Belə müəllimlər şagirdin şəxsi keyfiyyətləri ilə bərabər, onun ailəsinin sosial durumunu da nəzərə alaraq, müəyyən problemlərin həll edilməsində həm valideyin, həm də şagird ilə pedaqoji xarakterli söhbətlər aparır, onların sosial fəallığını artırır. Onlar şagirdlərlə nəzakətlə rəftar edir və hətta sinifdə problemli şərait yarandıqda təmkinlərini itirmirlər, şagird kollektivi ilə razılaşır, müstəqilliyi boğmur, onlara ehtiramla yanaşırlar. Bu zaman sözün həqiqi mənasında, pedaqoji takt və pedaqoji mərifət müəllimin demokratik üslubunun xarakterini müəyyən edir. Uşaqların demoqrafik xarakteristikasını dərindən öyrənib onu məharətlə nəzərə alan müəllim uşaqların arasında heç bir sosial fərq qoymur, hətta ailə problemi ilə üzləşən uşağın kədərini azaltmaq üçün pedaqoji vasitələrə əl atır.
Etinasız iş üslubuna üstünlük verən müəllimlər sinifdə baş verən ixtilaflar zamanı şagirdlərin işinə qarışmır və çox vaxt neytral mövqe tutmaqla kifayətlənirlər. Onlarda üslubun seçilməsində qeyri-müəyyənlik özünü göstərir. Onların ətrafda baş verənlərə biganəliyi, hamiya eyni münasibəti şagirdlər tərəfindən birmənalı qarşılanmır. Bəzi uşaqlar belə müəllimləri sevir, bəzilərində isə müəllimə inamsızlıq özünü göstərir.
Liberal rəhbərlik üslubunda müəllim-şagird münasibətləri kor-təbii xarakterdə olur və belə müəllimlərin hadisələrə öz şəxsi münasibətinin və mövqeyinin olmaması, hər şeyə barmaqarası baxması onun xarakterik xüsusiyyətləridir.
3. Pedaqoji prosesin rəvan getməsinə mane olan səbəblərdən biri də müəllim-şagird münaqişələridir ki, bu da təlim və tərbiyə prosesində şəxsiyyətlərarası anlaşmanı çətinləşdirir. Şagirdlərin daxili aləmini duya bilməyib, onların davranış motivlərini düzgün qiymətləndirə bilməyən müəllimlər yuxarı siniflərdə, xüsusilə yeniyetməlik dövrünə təsaduf edən VII-VIII siniflərdə yeniyetməlik yaş dövrünün xüsusiyyətlərini, böhranlı dövr olmasını nəzərə almadıqda münaqişələr qaçılmaz olur. Yeniyetməlik dövründə baş verən akselerasiya hadisəsi ilə yaşlılıq törəməsinin yaranması da pedaqoji prosesdə bir sıra sosial-pedaqoji gərginlik yaradır. Bu zaman ailədə də uşaqda gedən sürəkli psixoloji və fizioloji inkişafı nəzərə almamaq yeniyetmənin ünsiyyətini çətinləşdirir, belə ki, artıq özünü yaşlılara bənzədən uşağın mənlik şüurunda və əxlaqında gedən köklü dəyişikliklərlə onların ünsiyyət tələbatındakı yeni cəhətləri nəzərdən qaçırılır. Məhz bu dövrdə müəllimlər şagirdlərlə münasibətlərini yeniyetməlik yaşına uyğun, bu yaş dövrünün xüsusiyyətlərini nəzərə alaraq qurmalıdırlar. Əks təqdirdə müəllim-şagird ixtilafları qaçılmaz olur. Bu münaqişələr zamanı hər iki tərəf bu münaqişəyə subyektiv münasibət bəsləyir, emosional gərginliklə müşayət olunan belə şəraitdə tərəflər bir-birini başa düşə bilmirlər. İxtilafın yaranmasında şagirdi günahkar sayan müəllim yerli-yersiz onu danlayıb adi hərəkətinə belə irad tutmaqla, müxtəlif cəzalarla cəzalandırmaqla psixoloji gərginliyi daha da artırır.
Şagirdlər belə münaqişələrdə özlərini haqlı sayıb açıq və ya gizli formada müəllimə müqavimət göstərirlər. Bəzən zahirən müəllimin dedikləri ilə razılaşsa da daxilən müəllimlə barışmır və sonda bu müəllimə qarşı kinə çevrilir. Belə ixtilaflar bir çox hallarda valideyinlərin də işə qarışması nəticəsində həll olunur. Ailəsində boşanma və ya valideyin itgisi olan uşaqlarla isə belə ixtilaflar asanlıqla həll olunmur, çünki belə şəraitdə müəllimin şagirdə görə onun valideynini günahlandırması vəziyyəti daha da gərginləşdirir. Bu zaman ortaya digər “müəllim-valideyin” münaqişəsinin çıxmasına şərait yaranır. Məlum məsələdir ki, belə ixtilafların baş verməməsi üçün və ya onların uğurlu həlli üçün müəllimin pedaqoji ustalığı və pedaqoji taktı əsas faktordur.
Bu ixtilaflar zamanı cəzalandırmanın düzgün tətbiq edilməməsi psixoloji effektlərə gətirib çıxarır. Cəzaların sayı artıqca şagird müəllimdən bir o qədər uzaqlaşır, müəllimin təsir imkanları getdikcə öz qüvvəsini itirməyə başlayır. Bu zaman şagird yalan danışmağa, müəllimi aldatmağa, imkan düşən kimi ələ salmağa başlayır. Belə ixtilaflar zamanı onların həll olunması üçün təkcə bir tərəfin, şagirdin islah olunması yetərli deyil, müəllim də öz hərəkətlərini pedaqoji cəhətdən təhlil edib özünə tənqidi yanaşmağı bacarmalıdır. Halbuki belə münaqişələr zamanı müəllim şagirdi islah etməyə çalışsa da öz mövqeyində dəyişiklik etməyə tələsmir. Məktəb rəhbərliyinin belə hallarda birtərəfli mövqeyi, yəni daha çox müəllimin tərəfində olması yeni ixtilafların yaranmasına münbit şərait yaratmaqla, onları qaçılmaz edir.
4/Şəxsiyyətlərarası ünsiyyətdə humanizm prinsipinin əsas götürülməsi hər iki tərəf üçün əhəmiyyətlidir. Humanizm sosial pedaqogikada insanın sosial əhəmiyyətinin üstünlüyünü, onun hüquqlarının və inkişafının müdafiəsi üçün şərait yaradılmasına kömək edir.
Müəllim-şagird münasibətlərinin humanizm prinsipi əsasında həyata keçirilməsi sosial-pedaqoji əhəmiyyətə malikdir. Daha çox texnoloji nailiyyətlərə can atan bəşəriyyət, XXI əsrdə insan faktorunun mövcudluğunda əsaslı rol oynayan insanpərvərliyi, insana məhəbbəti, müasir dövrün tərbiyə problemlərinin həllində əsas amil kimi qəbul edir.
Həm orta, həm də ali məktəblərdə uzun illər mövcud olmuş ənənəvi “müəllim-şagird, müəllim –tələbə” münasibətləri müasir dövrdə öz əhəmiyyətini itirərək, bu sahəyə yeni pedaqoji baxışı aktuallaşdırmışdır. Ənənəvi “müəllim-şagird” münasibətlərində şagird hansı yaş dövründə olursa olsun o ancaq uşaq statusunu daşıyırdı ki, bu da onu ənənəvi təlimin obyektinə çevirirdi. Belə ki, şagirdin hər yaş dövründə sosial-psixoloji inkişafını nəzərə almayan müəllim, ona uşaq kimi baxıb avtoritar tərbiyə üsüllarına daha çox yer verir, bu və ya digər məqsədə nail olmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə edirdi.
Müasir dövrdə cəmiyyətin bütün sahələrində gedən sürətli inkişaf, bu inkişafda həlledici amil olan təhsilə də yeni baxışı formalaşdırdı. Belə ki, humanizm ideyalarına əsaslanan müasir pedaqoji təfəkkür pedaqoji prosesə də yeni yanaşmanı vacib vərt kimi ortaya çıxardı. Artıq təlim prosesində şagird obyekt deyil, eyni zamanda subyektdir. Təlimə belə yanaşma əməkdaşlıq pedaqogikasının inkişafına əlverişli şərait yaratmaqla bərabər, şagirdin də bir şəxsiyyət kimi formalaşmasına öz sosial-pedaqoji təsirini göstərir.
2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı” üzrə Dövlət Strategiyasının fəlsəfi əsaslarından birini məhz təhsildə obyekt-subyekt münasibətlərinə yeni sosial-pedaqoji baxış təşkil edir. Öyrədən-öyrənən münasibətləri insan-insan münasibətləri üzərində kökləndiyindən bu münasibətlər yalnız subyekt-subyekt münasibətləri əsasında formalaşa bilər. Yeni pedaqoji təfəkkür öyrənənin sosial statusunun reallaşması üçün təhsilin humanistləşdirilməsini pedaqoji prosesin tənzimlənməsində xüsusi amil olaraq qəbul edir.
Müasir təhsil sistemində həm müəllim, həm də şagird bir-birini şəxsiyyət kimi qavrayıb, əməkdaşlıq prinsipinə əsaslanmalıdırlar. Pedaqoji prosesdə hər bir şagird subyekt, şəxsiyyət kimi qəbul edilib, təhsil prosesinin vasitəsi kimi yox, məqsədi kimi dərk edilməlidir. Məhz müəllim-şagird ünsiyyətində şagirdin sosiallaşmasına əlverişli şərait yaratmaq üçün şagirdin potensial imkanlarına nikbin münasibət bəsləmək, onun özünü reallaşdırmasına müəyyən şərait yaratmaq, pedaqoji prosesin bütün mərhələlərinə humanizm aspektindən yanaşmaq lazımdır.
Yüklə 20,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin