Mövzu 11. Tara Təsərrüfatı Plan: Logistik yük vahidlərinin saxlanması və daşınmasında tara təsərrüfatının əhə­miy­yəti



Yüklə 209.91 Kb.
tarix29.05.2017
ölçüsü209.91 Kb.
Mövzu 11. Tara Təsərrüfatı

Plan:

1.Logistik yük vahidlərinin saxlanması və daşınmasında tara təsərrüfatının əhə­miy­yəti

  1. Taraların təsnifatı

  2. Logistik yük vahidi anlayışı və onun ölçüləri

  3. Yük vahidlərinin paketləşdirilməsi


1.LOGİSTİK YÜK VAHİDLƏRİNİN SAXLANMASI VƏ DAŞINMASINDA TARA

TƏSƏRRÜFATININ ƏHƏMİYYƏTİ

Hər bir məhsul özünün nadir fiziki xassələrinə malikdir. Məhsulların konkret fiziki – kimyəvi xassələrə malik olması onların həm saxlanması, həm də istismarı prosesinə əsaslı təsir göstərir. Məsələn, daş kömürün açıq havada saxlanması əlverişli olsa da, duzun belə şəraitdə saxlanması məqsədəuyğun deyil. Digər tərəfdən bəzi istehsal-texniki təyinatlı məhsullar və xalq istehlakı malları müəyyən həddə qədər soyuq və ya isti hava temperaturuna tab gətirmək qabiliyyətinə malikdir. Bu həddən sonra onun istismar xüsusiyyətlərində keyfiyyət dəyişiklikləri meydana çıxır və istehlakçılar iqtisadi problemlərlə üzləşirlər.

Bir çox məhsullar logistik kanallar üzrə hərəkət etdikcə onların fiziki xarak-teristikaları dəyişir. Buna əyani nümunə kimi təzə meyvə, tərəvəzi və ət məhsullarını, çörək və un məhsullarını, balığı göstərmək olar. Bu tip məhsullar üçün xüsusi qablaş-dırma, yükləmə-boşaltma və saxlanma metodları tələb olunur.

Fiziki xassələri ilə yanaşı məhsullar kimyəvi xüsusiyyətlərə də malikdir ki, bu da onların saxlanması və emalı prosesinə birbaşa təsir göstərir. Bəzi növ məhsulların bu fiziki və kimyəvi xassələrini nəzərə alaraq onların bir yerdə saxlanılması və nəqli məqsədəuyğun hesab edilmir. Məsələn, etil spirtinə həssas olan bananı, özündən etil spirtini ayıran alma və ya yemişlə bir yerdə bir neçə saat saxlamaq olmaz.

Müəyyən şəraitdə praktiki olaraq hər bir məhsul özünün malik olduğu ətraf mühit üçün arzuedilməz olan təhlükəli xassələrini aşkar edə, meydana çıxara da bilər, eyni zamanda onu əhatə edən mühitdən neqativ təsirlər ala da bilər. Bu nöqteyi – nəzərdən ilkin təyinat məntəqəsindən son istehlak yerlərinə qədər məhsulların malik olduğu fiziki – kimyəvi və texniki – istismar xüsusiyyətlərinə uyğun olaraq çatdırıl-ması üçün qablaşdırma, yenidən qablaşdırma, etiket və markaların yapışdırılması kimi əməliyyatlar həyata keçirilməlidir.

Tara - istehsal olunmuş hazır məhsulların normal saxlanması və son təyinat məntəqəsinə qədər daşınmasını asanlaşdırmaq, ətraf mühitin neqativ təsirlərindən qorumaq və habelə istehlakçılarda alış motivləri yaratmaq məqsədilə məhsulların müvəqqəti qablaşdırıldığı sənaye məmulatıdır. Başqa sözlə, «tara» məhsulun qabla birlikdə ümumi çəkisi (brutto) ilə xalis çəkisi (netto) arasında fərqi ifadə edir. Taralara – müxtəlif materiallardan hazırlanmış yeşiklər, boçkalar, bidonlar, flakon-lar, bankalar, kisələr, barabanlar, qəfəsələr, qutular, qablaşdırma toxumaları və s. aid edilir. Tara növlərinin çoxluğu, müxtəlifliyi onlarda qablaşdırılan məhsulların fiziki-kimyəvi xassələrinin müxtəlif olması və məhsulların logistik sistem daxilində yerdəyişməsi şərtləri və şəraiti ilə əlaqədardır.

Logistik nöqteyi-nəzərdən qablaşdırma məhsulların fiziki bölüşdürülməsi və nəqletmə, anbarlaşdırma, yüklərin emalı kimi logistik əməliyyatların yerinə yetirilməsi prosesində zədələnmədən, itkilərdən qorunub saxlanması zamanı Uçot Müqavilə Vahidlərinin (UMV) ahəngdarlığını təmin edən kompleks vasitədir. Bununla əlaqədar olaraq taralar öz təyinatlarına uyğun konkret texniki, iqtisadi və estetik tələblərə cavab verməlidir.

Texniki tələblərə tara materiallarının məhsulların fərdi xassələri və xüsusiy-yətlərinə uyğunluğu, onun konstruksiyasının məhsulların ölçülərinə müvafiqliyi, möhkəmliyi, yüngüllüyü, yükləmə-boşaltma əməliyyatlarının yerinə-yetirilməsi zamanı daha əlverişli olması, ölçülərinin məqsədəuyğunluğu və s. aiddir. Taranın konstruk-siyası və onun mürəkkəblik dərəcəsi məhsulun keyfiyyəti və itkilərin həcminə bilava-sitə təsir gös­tərir. Tara yüngül və sahmanlı olduqda əmək məhsuldarlığı yüksəlir, yükləmə-boşaltma işləri asanlaşır.

Taranın zahiri gözəlliyi, istehlakçı zövqünü oxşaması və onların diqqəti cəlbetmə dərəcəsi, tərtibatı, orijinallığı, məhsulları bu və ya digər dərəcədə reklametmə səviyyəsi, satışın həvəsləndirilməsi və s. estetik tələbləri təşkil edir. Zahiri görünüşü ilə alıcıların diqqətini cəlb edən taralar özlərinin formaları və tərtibat üsulları (rəngi, naxışları, yazıları) ilə məhsulları cazibəli və orijinal şəklə salmalı; məhsulların reklam edilməsinə yardım göstərməli, məhsulların xassələri və istifadə üsulları haqqında alıcılara yığcam - lokanik məlumat verməlidir.

Taraların qarşısında qoyulan texniki, iqtisadi və estetik tələblər qarşılıqlı surətdə bir-birini tamamlamalıdır. Respublikanın ayrı-ayrı sənaye sahələri tərəfindən istehsal olunan məhsulların qablaşdırılması Standartlaşdırma və Sertifikasiya Komitəsinin hazırladığı texniki şərtlərə müvafiq qaydada aparılır. Taralar bu tələblərə müvafiq buraxılır. Daha doğrusu, taranın adı (yeşik, qutu, bidon, boçka, kisə və s.), taranın bu və ya digər növünün təyinatı, konstruksiya xüsusiyyətləri, (boçkanın forması, yeşiyin tipi, kisənin böyük və ya kiçikli və s.) hazırlandığı materialın növü, istifadə xüsusiyyətləri və s. şərtlər nəzərdə tutulur.

Bazar iqtisadiyyatının milli iqtisadiyyatımız üçün yeni və mütərəqqi inki­şaf yolları və perspektivlər vəd etməsinə baxmayaraq respublikamız tara isteh­sa­lının artım surətinə, habelə qablaşdırmanın forma və üsullarına görə inkişaf etmiş kapita-list dövlətlərindən çox geri qalır. Bunun, eləcə də milli məhsullara tələb və təklifin qeyri-qənaətbəxşedici səviyyədə olmasının əsas səbəb­lə­rin­dən biri qablaşdırmanın dünya standartlarına cavab verməməsi ilə bağlıdır. İstər inzibati - amirlik dövründə, istərsə də ondan əvvəlki illərdə bu sahənin inki­şa­fına respublikamızda kifayət qədər fikir verilməmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1996-cı ildə Amerikada tara istehsalı və qablaşdırma ilə intensiv məşğul olan firmaların illik dövriyyəsi 90 milyard dollar təşkil etmişdir.

Doğrudur, ayrı-ayrı sənaye sahələrinin və ya ticarət-vasitəçilik missiyasını yerinə yetirən strukturların müxtəlif növlü taralarla tələb olunan səviyyədə tə­min edilməməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən iqtisadi ziyanların kə­miy­yətini müəyyənləş-dirmək üçün dəqiq və etibarlı statistik məlumatlar möv­cud olmasa da bu rəqəmin heç də az olmaması bizdə şübhə yaratmır. Qərb dövlətlərində qablaşdırma ilə bağlı çox müfəssəl və işlək qanunvericilik aktları qəbul edilmişdir. Bununla yanaşı ictimai təşkilatlar və cəmiyyətlərlə razılaşdırılmış formada qablaşdırmaya qarşı cari və potensial tələbləri nəzərə alan norma və normativlər işlənib hazırlanır. Məsələn, qablaşdırmanın optimallaşdırılması üzrə Almaniyada fəaliyyət göstərən cəmiyyət mədəni-məişət təyinatlı məhsulların qablaşdırılması üçün aşağıda qeyd olunan tələblər baxımından normalar hazırlamışdır:


    • qablaşdırmanın mətni və əyani təsviri (illüstrasiyası) dəqiq və bir mənalı olmalı, məhsulun təyinatına cavab verməli;

    • qablaşdırılan məhsulların kəmiyyəti və keyfiyyəti haqqında alıcılarda qeyri - səlist rəy formalaşdırmamalı;

    • qablaşdırılan materialın çəkisi, həcmi və kəmiyyəti haqqında məlu­mat­lar imkan daxilində iriləşdirilmiş formada (məsələn 500 q, 1000 kub.m) göstərilməli;

    • qablaşdırmada qeyd olunan qiymət dəqiq və yaxşı görünən olmalı;

    • məhsulun istehsal müddəti və köhnəlməsi (istifadəyə yarasız olduğu) müddə-tinə nəzarət məqsədilə xüsusi göstərişlər qablaşdırma materialının üzərində əks olunmalıdır.

Lakin qeyd olunan bu normalarla yanaşı iqtisadiyyatın ayrı-ayrı sahələrində qablaşdırmaya aid edilən bir sıra dövlət və beynəlxalq normalar mövcuddur. Məsələn, toxuculuq sənayesində təmiz yun parçalardan hazırlanan məhsullar onların hansı temperaturda yuyulması və ya təmizlənməsi, habelə ütülənməsini göstərən xüsusi marka və etiketlərə malik olurlar.

Məhsullar taralarda qablaşdırıldıqdan sonra bu məhsulları ətraf mühitin ne­qativ təsirlərindən qorumaq və taralarda saxlanılan məhsulların logistik kanal­lar üzrə hərəkəti zamanı tanınması üçün marka hazırlanmalı və onların üzərinə etiket yapış-dırılmalıdır. Bu məqsədlə məhsulların təbiətindən, nəqletmə və saxlanma zamanı oğurlanması, dağılması ehtimallarından asılı olaraq sözlərdən və ya kod nömrələrin-dən istifadə olunur. Bununla yanaşı optik skaynerin köməyilə oxunan etiketlərdən də praktikada geniş istifadə olunur. Bir çox məhsullara, xüsusilə ərzaq məhsulları və dərman preparatları qablaşdırılmış taraların üzərinə partiyanın nömrəsi də qeyd edilir. Bu hər şeydən əvvəl onların logistik kanallar üzrə fiziki hərəkətlərinə operativ nəzarət etmək imkanı verir.

Etiketlərdən istifadəni tənzimləyən çoxlu sayda qaydalar mövcuddur. Bunların içərisində əməl edilməsi vacib hesab olunan qablaşdırılan məhsulun kütləsi haqqında informasiyanın mövcudluğudur. Hal-hazırda belə tip etiketlər böyük ölçülü taraların üz səthinə vurulur. Çünki, əksər məhsullar yeşiklərlə, korobkalarla satıldığından alıcı və ya nəqliyyat departamentləri əsasən diqqətlərini məhz bu informasiyaya yönəldir.

Adətən məhsullar istehsal yerləri və ya sahələrində konveyerin axrında qablaşdırılır. Məhsulların qablaşdırıldığı yerdə də onların üzərinə etiket yapışdırılır. Konveyerin axırında istehsal olunmuş məhsulların uçotu aparılır. Konveyerdən sonra qablaşdırılmış məhsullar hazır məhsul ehtiyatına çevrilir və firmanın satış üzrə logistik sisteminə daxil olur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq qablaşdırma əsasən aşağıdakı funksiya-ları yerinə yetirir:


    • məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;

    • məhsulun və ya qablaşdırıcı materialların reklamı;

    • məhsulların istehlak xassələrində və xüsusiyyətlərində dəyişikliklərin baş verməməsi və onların kəmiyyətcə mühafizə edilməsinin təmin olunması;

    • anbar logistik və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin formalaşdırılması;

    • məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;

    • bazar seqmentlərinə və satış kanallarına intensiv təsir edilməsi;

    • yeni məhsul və onun obrazının yaradılmasına təsir edilməsi;

    • logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi;

    • saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;

    • əmtəə dövriyyəsinin artması və əmək məhsuldarlığının yüksəldilməsinə birbaşa təsir göstərməsi.

Qablaşdırmanın funksiyaları qablaşdırılacaq məhsulların layihələşdiril­məsi və istehsalı mərhələsindən formalaşmağa başlayır və logistik dövrənin ilkin mərhələ-sindən (istehsalçı) son mərhələsinə (istehlakçı) qədər, (çox­dövriy­yəli taralar üçün isə qapalı sistem formasını alır, yəni axırdan əvvələ, əvvəldən axra) fəaliyyət göstərir. Taralar öz funksiyalarını yalnız xidmət etdiyi məhsulu təyinat məntəqəsinə çatdırdıq-dan və bu məhsuldan azad olub, bir daha təkrar istifadə üçün yararsız olduğu ana qədər yerinə yetirir.

Bunun üçün qablaşdırma qarşısında texniki, iqtisadi və estetik tələblərlə yanaşı bir sıra logistik tələblər də qoyulur:



    • Forması, ölçüsü rəngi. Qablaşdırılan məhsulların taraları özlərinin forma-ları, ölçüləri və rənginə görə elə olmalıdır ki, müxtəlif bazar seqmentlərinə aid edilən alıcıları stimullaşdıra bilsin. Beləliklə, qablaşdırma hər şeydən əvvəl mövcud məhsul-ların rəqib firmanın məhsullarından fərqləndirən cəhətlərə malik olmalıdır.

    • Məhsul haqqında istehlakçılarda xoş niyyətin yaradılması. İlk baxışda məhsulun alınmasına bir o qədər də meyl göstərməyən alıcılar qablaşdırmanın forması, ölçüsü və ya rəngi onlar üçün cəlbedici olduğundan bu məhsulun əldə edilməsi üçün bir növ stimulyator rolunu oynayır və məhsulun alınması üçün marketinq qərarlarının hazırlanması və reallaşdırılmasına şərait yaradır.

    • Məhsul ilə öz rəngi arasında zəruri əlamətlərin formalaşdırılması. Köhnə və yeni satış bazarlarına çıxarılan məhsullar və onların texniki-iqtisadi göstəriciləri, məhsulun istismar xüsusiyyətləri haqqında dəqiq məlumatlara malik olmayan potensial alıcılarda bu məhsul barədə fikir formalaşdırmaq üçün istehsalçı firma və ya müəssisələr məhsulun rəngi, ölçüləri ilə qablaşdırılan taranın rəngi və ölçüləri arasında ahəngdarlığın əldə olunmasına çalışırlar.

Məhsul haqqında kifayət qədər məlumata malik olması. Qablaşdırmanın ən mühüm funksiyası qəbul etdiyi məhsul haqqında müxtəlif qrup satıcılara, istehlak-çılara, ticarət-vasitəçilik missiyasını yerinə yetirən strukturlara logistik dövrənin bütün mərhələlərində yığcam informasiya verməkdən ibarətdir. Beləliklə, taralar logistik informasiya axınlarının ötürülməsi və qabaqcadan işlənməsi vasitəsi kimi çıxış edir.

    • Alıjılar üçün məhsulların tez seçilməsinin təmin edilməsi. Müxtəlif çeşidli və konfiqurasiyalı taralarda saxlanılan məhsulların ayrı-ayrı alıcı kateqoriyalarına satışını asanlaşdırmaq üçün əvvəl qeyd olunduğu kimi taraların formaları, rəngləri və ölçülərinə xüsusi diqqət yetirilir. Eyni formaya və ya rəngə malik taralara öyrənən, alışan alıcılar üçün zəruri məhsulların seçim prosesi tezləşir və bunula bağlı vaxt itkisinə yol verilmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, belə bir tələbin qorunub saxlanılması anbar məhsul buraxılışının da operativ surətdə həyata keçirilməsinə geniş imkanlar yaradır.

Müxtəlif qablaşdırma formaları məhsulları tanınmaz etdiyi üçün onların tez-tez dəyişdirilməsi hallarına yol verilməməsi. Konkret məhsul üçün təklif olunan qablaşdır-manın hansı rol oynamasını müəyyənləşdirmək üçün qablaşdır­manın konsepsiyasını yaratmaq lazımdır. Konsepsiyada qablaşdırmanın qrup, məcmu, standart, texniki, vizual və diler xarakter daşıması kimi amillər mütləq mənada nəzərə alınmalıdır. Bundan sonra, qablaşdırmanı təşkil edən digər konstruktiv elementlər: ölçü, rəng, qablaşdırmada istifadə olunan materialların özünün rəngi, forması və ölçüsü; mətn-lərin tərtibatı, ticarət (marka, firma) nişanları, etiketin (markanın, ştrix kodun) yeri, məzmunu və ölçüsü; məhsulun mütləq və nisbi dəyəri; məhsulun rəqabət üstünlükləri; beynəlxalq bazarlarda tanınan standartlardan istifadə olunması haqqında qərarlar qəbul edilir. Buna görə də əlverişli qablaşdırma vasitələrini seçən zaman məhsulların saxlanması ilə əlaqədar olan bütün şərait və ya şərtlər hərtərəfli öyrənilir.

Başqa sözlə, qablaşdırma layihələrinin hazırlanması prosesinə istehsalçı firmanın marketinq strategiyası, logistik menecmentin tələbləri, nəqliyyat və anbarlaşdırma amilləri, maliyyə imkanları və ekoloji amillər təsir göstərir (şəkil 12.1).





Qablaşdırmanın layihələdəşdirilməsi zamanı

təsirediji amillərin sistemli əlaqələndirilməsi
Yeni məhsullar üçün əlverişli qablaşdırma materiallarının-taraların yaradılması - istehsalı bazar iqtisadiyyatı yoluna qədəm qoymuş milli isteh­salçılarımız üçün milyon manatlarla vəsaitlər və aylarla vaxt məsrəfi hesabına başa gələ bilər.

Lakin bütün bunlarla yanaşı qablaşdırmanın özü ətraf mühitin çirklənməsi (əsasən taralardan bir dəfə istifadə nəticəsində yaranır), əlavə kapital qoyu­luşuna tələbin meydana çıxması, müvafiq mütəxəssislərə (bədii layihələndirmə üzrə ixtisas-laşmış kadrlara) ehtiyacın formalaşması, məhsulun qiymətinin bahalaşması, qablaş-dırmanın məhdudluğu kimi bir sıra problemlər yaradır.


12.2. TARALARIN TƏSNİFATI

Taralar çox müxtəlif əlamətlərinə görə ayrı-ayrı növlərə bölünür. Hər bir tara növü texniki, iqtisadi və təşkilati göstəricilərinə görə tiplərə və çeşidlərə ayrılır. Bu tiplər və növlər Respublika Sertifikasiya və Standartlaşma Komitəsinin müəyyən etdiyi RST və Texniki şərtlərlə təsdiq edilir. Respublika standartlarının tələbləri, texniki şərtləri və müvafiq təlimatlarında nəzərdə tutulan göstərişlərə görə hər bir tara növünün özü müxtəlif göstəricilərə və parametrlərə görə qiymətləndirilir və növlərə ayrılır. Tara növlərinin müxtəlif olması qablaşdırılan məhsulun fiziki-kimyəvi xassələrinin müxtəlifliyindən, tara materiallarının növündən, məhsulların nəql edilə-cəyi məsafədən və şəraitdən, habelə digər amillərdən asılıdır.

Taralar bir çox əlamətlər üzrə, o cümlədən hazırlandığı materialın növünə, qabaritinə, fiziki-kimyəvi xassələrinə və konstruksiyasına, funksional təyinatına, mənsubiyyətinə və istifadə şərtlərinə görə təsnif edilir.

Hazırlandığı materialın növünə görə ağacdan (yeşik, boçka, tabaq və s.), metaldan (bidon, flyaqa, dəmir kanis­trlər, malaltlıqları, müxtəlif konteynerlər), şüşədən (butulka, banka, balon, flakon, s.) karton-kağızdan (yeşik, kisə, stəkan, qutu, paket s.) sintetik materiallardan (kisə, polimer banka, butulka flakon, tuba s.), kombinələşdirilmişdən (kiçik qabaritli konteynerlər), parçadan (kisələr, müxtəlif ölçülü torbalardan s.) hazırlanmış tara növlərinə bölünür.

Tara növləri arasında taxta tara (yeşiklər) üstün yer tutur və çoxdövriyyəli tara adlanır. Onlar sökülməyən, quraşdırma və yığma konstruksiyalı olur. Taxta taralar bu xüsusiyyətlərinə görə iqtisadi cəhətdən səmərəli (məhsullar boşaldıldıqdan sonra onların sökülüb yığılması və daşınma zamanı az yer tutması) hesab olunurlar.

Taxtadan hazırlanmış digər tara növü ağac boçkalar və ştamplanmış faner boçkalar, ağac çəlləklərdir. Bu tara növlərilə ərzaq məhsulları, kimya və neft kimya sənayesinə aid məmulatlar qablaşdırılır. Boçka hazırlamaq üçün iynə­yarpaq və qaraşam ağac cinslərindən istifadə olunur. Şam ağacının spesifik xassələrinə görə (tünd qoxu verməsi, qatranlı olması və s.) ondan hazırlanan boçkalarda ərinmiş yağ, yeyinti yağları, süd məhsulları, konservləşdirilmiş meyvə-tərəvəz məhsullarının saxlanılması yol verilməzdir. Lakin mütərəqqi və ucuz tara növləri geniş tətbiq sahəsi tapdıqca bu tara növündən son zamanlar o qədər də intensiv istifadə olunmur.

Taxta taralarla müqayisədə karton-kağız taranın istehsalı bir o qədər də maddi və maliyyə vəsaiti tələb etmir. Bu tara növündə məhsullar yaxşı qalır və məhsulların boşaldılması zamanı səliqə - səhman gözlənildikdə (logistik menecmentin əsas funksiyalarından biri məhz bundan ibarətdir) onlardan bir neçə də istifadə etmək mümkün olur.

Karton və kağız taralarda müxtəlif ərzaq və qeyri-ərzaq məhsulları daşınır və saxlanılır. Bu tara növünün istehsalı ağac taradan ucuz başa gəlir və nisbətən yüngül olur. Ona görə də müvafiq məhsullar üçün ağac tarası kağız və karton tarası ilə əvəz edilir.

Məhsulların əksəriyyəti karton və kağız taralarda öz keyfiyyətini yaxşı saxlayır.

Karton yeşiklərdə qablaşdırılmış məhsulların daşınmasına ən yaxşı şərait yaratmaq üçün onların içərisində yanlıq, içlik, aralıq və yuva şəklində əlavə bərki-dicilər qoyulur.

Parça taralara praktikada çox hallarda toxuma taralar da deyilir. Bunlardan intensiv və aktiv istifadə olunan kisələrdir. Kisələr əsasən kətandan, yarım kətandan, kətan - cut-kənafdan, kətan - cutdan, kəndir - cutdan hazırlanır.

Toxuma kisələr-davamlılığına görə adi, kənarları sıx və qalın kisələrdir. Kənar-ları sıx və qalın toxuma kisələrdə əlavə iplik sarıması olur. Əlvan iplik sarımanın sayı, bunların eni, keçirilmə yerləri kisə tarasının növündən asılıdır.



Keyfiyyətini müəyyənləşdirmək üçün toxuma kisələr beş kateqoriyaya ayrılır:

Birinci kateqoriya - respublikamızda və ya onun hü­dudlarından kənarda istehsal olunmuş təzə, işlənmiş, lakin təmiz, quru, qoxusuz, yarmaqsız və deşiksiz kisələr;

İkinci kateqoriya-təmiz, quru, qoxusuz, az (üçədək) yamaqlı və yamanmalı kisələr;

Üçüncü kateqoriyaya - təmiz, quru, qoxusuz, az (beşədək) yamaqlı və yamanmalı kisələr;

Dördüncü kateqoriya - təmiz, quru, qoxusuz, yamaqlı (yeddiyədək) və yamanmalı kisələr;

Beşinci kateqoriya - təmiz, quru, qoxusuz, yamaqlı (on ikiyədək) və yamanmalı kisələr;

Metal taralar özlərinin fiziki xassələrinə görə çox möhkəm olduqları üçün onlardan dəfələrlə və uzun müddət istifadə edilir. Bu taralar praktiki fəaliyyət zamanı əsasən nəqliyyat tarası kimi tətbiq olunur.

Funksional təyinatına görə taralar dörd növə ayrılır:

a) istehlak (daxili) tarası;

b) nəqliyyat (xarici) tarası;

c) birdövriyyəli;

ç) çoxdövriyyəli;

d) tara avadanlıqları.

İstehlak tarası - istehsalçı firma və ya müəssisələrin hazır məhsullarının ilkin qablaşdırmasından ibarətdir və məhsullar məhz bu tara növündə son istehlak məntəqələrinə, yerlərinə çatdırılır. Bura qutular, paketlər, bankalar, butulkalar, flakonlar və s. aid edilir. Göstərilən tara növlərinin dəyəri bir qayda olaraq pərakəndəsatış qiymətlərinə daxil edilir. Bu növ taralar bazara malyeridilişi prosesinə köməklik göstərir, satış həcmini artırır və marketinq sahəsində əhəmiyyətli rol oynayır.

Nəqliyyat tarası - daxili tarası olan və olmayan məhsulların daşınması və saxlanması üçün istifadə edilən taradan ibarətdir. Bura yeşiklər, boçkalar, bidonlar, kisələr, qutular və s. aid edilir. Praktikada bu taralar təkrar tara adlanır və onların ölçüləri elə seçilir ki, burada eyni təyinata malik bir sıra ilkin qablaşdırma modullarını yerləşdirmək mümkün olsun.

Taralar logistik sistem daxilində yük vahidlərinin daşınması və saxlanması zamanı funksional təyinatına görə bir dəfə və ya təkrar - təkrar istifadə olunur. Bu nöqteyi-nəzərdən yalnız bir partiya məhsulların və ya logistik yük vahidinin saxlanması və daşınması üçün tətbiq olunan və sonradan istifadəsi məqsədəuyğun hesab edilməyən taralar birdövriyyəli taralara (kağız kisələr, faner barabanlar, polimer torbalar, konfet qutuları, ərzaq məhsulları qablaşdırılan kağızlar və s.) aid edilir. Logistik sistemin hər bir iştirakçısı tərəfindən bir neçə dəfə istifadə olunmaq üçün yararlı halda olan və məhsulların saxlanması və daşınması zamanı qarşıya qoyulan funksional vəzifələri yerinə yetirə bilən taralar çoxdövriyyəli taralar (yeşiklər, boçkalar, müxtəlif növlü kisələr, konteynerlər, kanistrlər, barabanlar) adlanır. Çoxdövriyyəli taralar logistik sistemin iştirakçılarından hər hansı birinə aiddirsə, ona əksər hallarda inventar tarası və ya tara avadanlığı da deyilir. Bu tip taraların üzərində xüsusi qeydlər, o cümlədən məxsus olduğu firma və ya müəssisənin adı və taranın inventar nömrəsi qeyd olunur.

İstifadə şərtlərinə və mənsubiyyətinə görə taralar istehsal, inventar və anbar taralarına ayrılır. Əvvəl qeyd olunduğu kimi inventar tarası konkret firma və ya müəssisəyə məxsus olmaqla çox möhkəm və xüsusi təyinata (butulka yığmaq üçün gözləri olan yeşiklər, çörək tabaqları, şüşə daşımaq üçün xüsusi konteynerlər, tara-avadanlıqları və s.) malikdir. Bu tip taralar məhsullardan azad olduqdan sonra mənsub olduğu firma və ya müəssisə sahibinə qaytarılır. Taraların geri, təkrar istifadə məqsədilə tara sahibinə qaytarılması üçün son alıcılar daha çox maraqlıdırlar. Çünki, geri qaytarılmayan taraya görə istehlakçılar onun maya dəyərindən çox yüksək bir qiymətin tara sahiblərinə ödənilməsi məcburiyyəti ilə üzləşirlər. Bu da nəticə etibarı ilə istehlakçılar üçün iqtisadi baxımdan əlverişli olmadığından onlar taranı geri qaytarmağı məqsədəuyğun hesab edirlər.

İstehsal anbar taralarına istehsal yerlərində və anbar sahələrində məh­sulların qablaşdırılması və ya müvəqqəti saxlanılması üçün istifadə olunan taralar aid edilir. Daha doğrusu, bu növ taralara məhsulları çirkdən, korro­ziyadan və temperatur dəyişmələrindən qoruyan bükmə materiallar, məhsulları bir-birindən ayıran arakəsmə materiallar, məhsulların altına döşənən mate­riallar (ağac kəpəyi, pambıq və bərkidici materiallar: (mıx, lent, məftil, ip və s.) aiddir.

İxtisaslaşma dərəcəsinə görə isə taralar iki:



a) ixtisaslaşmış tara;

b) universal tara növünə ayrılır.

Müxtəlif xalq istehlakı mallarının və istehsal-texniki təyinatlı məhsulların qablaşdırılması üçün istifadə edilən taralar universal, yalnız ayrıca bir məhsul qrupunun və ya çeşidinin yığılması üçün nəzərdə tutulan taralar isə ixtisaslaşdırılmış və ya fərdi tara adlanır. Universal taralardan bir məhsul və ya məhsul çeşidi boşaldıldıqdan sonra digər məhsul və ya məhsul çeşidi yığılır.

Taraların standartlaşdırılması və eyniləşdirilməsi (unifikasiya edilməsi) tara təsərrüfatını və taralarla aparılan logistik əməliyyatları səmərəli təşkil etməyə, ticarət-texnoloji prosesləri təkmilləşdirməyə, logistik dövrənin ayrı– ayrı mərhələlərində icra edilən proseslərin (daşınma, saxlanma, fiziki bölüşdürmə və satış) yaxşılaşdırılmasına, tara itkilərinin və bununla bağlı xərclərin aşağı salınmasına, lo-gistik sistemin iştirakçıları arasında işgüzar iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə əlverişli şərait yaradır.

Sadalanan bu və ya digər tara növünün seçilməsi üçün Fibre Box Assosiation firması tərəfindən geniş yayılmış anketlərdən istifadə olunur. Bu anketlər taranın seçilməsi zamanı nəzərə alınması mütləq hesab edilən bir sıra amilləri, o cümlədən məhsul, qablaşdırma prosesinin özü, anbar, nəqletmə və müştərilərin haqqında informasiyaları özündə birləşdirir.


12.3. LOGİSTİK YÜK VAHİDİ ANLAYIŞI VƏ

ONUN ÖLÇÜLƏRİ
Logistikada istifadə olunan əsas anlayışlardan biri də yük vahidi hesab olunur. Yük vahidi dedikdə vahid kütlə halında boşaldılan, saxlanılan, yüklənən və nəql edilən ayrı-ayrı kəmiyyətə malik yüklər başa düşülür.

Yük vahidi – bu logistikanın elə elementidir ki, o özünün parametrləri ilə logistik prosesin iştirakçılarının icra etdikləri texnoloji prosesləri bir-birilə tam formada əlaqələndirir. Yük vahidləri həm məhsulun istehsal olunduğu sahələrdə və yerlərdə, həm də əmtəəlik anbarları və ya bölüşdürmə mərkəzlərində formalaşır. Logistik proseslərin layihələşdirilməsi zamanı yük vahidlərinin seçilməsi üzrə düzgün qərarların qəbul edilməsi aşağıdakıları:



  • iri həcmli çoxsaylı məhsulların eyni vaxtda nəql edilməsini;

  • faydalı anbar sahəsindən və həcmindən səmərəli istifadəni;

  • yükləmə-boşaltma və nəqliyyat-anbar işlərinin yerinə yetirilməsi zamanı standart avadanlıqlardan istifadə imkanını;

  • yükləmə-boşaltma və nəqliyyat – anbar işlərinin sürətlənməsini;

  • məhsulların nəql edilməsi və anbardaxili yerdəyişməsi zamanı zədələnmə riskinin minimumlaşdırılmasını;

  • logistik proseslərin təhlükəsizliyinin yüksəldilməsini təmin edir.

Yük vahidlərini xarakterizə edən göstəricilər sisteminə:

  • yük vahidinin ölçüləri;

  • müxtəlif logistik proseslərdə özlərinin malik olduğu ilkin həndəsi formanı, habelə fiziki xassələri saxlamaq qabiliyyəti aid edilir.

Avropa ölkələrində yük vahidlərinin formalaşması üçün əsas platforma kimi ölçüləri 1200 x 800 və 1200 x 1000 mm olan standart malaltlıqlarından istifadə olunur. Standart nəqliyyat taralarında qablaşdırılmış ixtiyari yükü bu malaltlıqlarında əlverişli yerləşdirmək mümkündür. Bu isə öz növbəsində nəqliyyat taralarının ölçülərinin unifikasiyası yolu ilə həyata keçirilir.

Ümumiyyətlə, logistik yük vahidlərinin daşınmasında malaltlıqları və konteyner, boçka, balon, flyaq və bidonlar əlahiddə rol oynayır. Palletlər - malaltlıqları yükləmə-boşaltma, nəqletmə və saxlama əməliyyatlarının yerinə yetirilməsi zamanı işlərin mexanikləşdirilməsi məqsədinə xidmət edən yüklərin paketləşdirilmiş vasitəsi hesab edilir.

Xarici ölkələrdə palletlərin (malaltlıqlarının) aşağıdakı növlərini fərqləndirirlər:


    • geniş trak-palletlər;

    • dörd girişli palletlər;

    • iki girişli palletlər;

    • aralı düzülmüş əsaslara malik palletlər;

    • sürüşkən standart palletlər;

    • sadə yarım palletlər;

    • korobkalı palletlər.

İstənilən palletlər üzərində olan yüklərin əl arabaları (teleşka) və avto yük qaldırıcılarının köməyilə anbardaxili yerdəyişməsi və nəqliyyat vasitələrinə yüklənməsi həyata keçirilir.

Palletlər bir sıra qablaşdırma sıralarından ibarət olan yük vahidlərinin for­ma­laşmasına imkan verdiyindən palletlərin ölçülərinin standartlaşdırılması mü­hüm məsələlərdən biridir. Məhsul istehsalçıları məhsulların ilkin qablaş­dırıl­ma­sı, yəni, ilkin qablaşdırma modullarının ölçülərini müəyyənləşdirən zaman bu­nunla bağlı irəli sürülən ciddi tələbləri mütləq nəzərə almalıdırlar. Çünki, yük vahidlərinin logistik dövrə və kanallarda (maksimum böyük sahələrdə) va­hid kütlə kimi nəql edilməsi onların anbarlaşdırılması və emalına çəkilən maddi və ma­liyyə vəsaitləri sərfinin azaldılmasına, qənaət olunmasına şərait ya­ra­dır.

ABŞ-da standart konteynerlərdə və traylerlərdə iki palletlərin yanaşı qoyulmasına imkan verən ölçüləri 40 x 48 düym standart palletlər geniş yayılmışdır. Bundan əlavə ölçüləri 32 x 40, 36 x 42 və 48 x 48 düym olan palletlərdən də istifadə olunur. Digər ölkələrin hər birində bu ölkəyə məxsus xüsusi standart palletlərin, məsələn, Avstraliyada ölçüləri 46 x 46 düymlü standart palletlərin tətbiqinə üstünlük verilir.

Məhsulların fiziki bölüşdürülməsi prosesində palletlərdən istifadə zamanı yaranan əsas problem palletin ölçüləri üzrə standart yerləşə bilən optimal yük vahidlərinin yaradılmasıdır. Bunun üçün 600 x 400 mm baza moduluna malik Avropa standartlarından və paketləşdirmədən geniş istifadə olunur.

Baza modulundan istifadə edilməsi xammal və materialların ilkin mənbədən son istehlakçılara qədər bütün hərəkəti boyu maddi-texniki bazaların ölçülərində də hormonik uyğunluğun yaranmasına şərait formalaşdırır.

Baza modulu əsasında nəqliyyat taralarının ölçülərinin unifikasiyası (eyniləşdiril-məsi) üzrə vahid sistem hazırlanır. Bu sistemin yaranmasının əsas prinsipi ondan ibarətdir ki, malaltlıqlarının sahəsi nəqliyyat tarasının daxili və xarici ölçüləri ilə müəyyənləşdirilən ayrı-ayrı kiçik malaltlıqları sahəsinə (setkasına) bölünür.

Nəqliyyat tarasının malaltlıqlarında yerləşdirilməsi sxemi ayrı-ayrı variantlar üzrə şəkil 12.3-də verilmişdir:

İki növ əsas yük vahidini bir-birindən fərqləndirirlər:



  • ilkin yük vahidləri – nəqliyyat tarasındakı yüklər, məsələn yeşik, kisə, qutu, boçka və s.

  • iriləşdirilmiş yük vahidləri – ilkin yük vahidlərindən malaltlıqlarında formalaşan paket yüklər, yəni nəqliyyat tarasındakı yüklər.

İlkin yük vahidləri malyeridilişi kanalları ilə, bir qayda olaraq üzərində heç bir dəyişiklik aparılmadan hərəkət etdirilir. İriləşdirilmiş yük vahidləri isə məhsul çeşidinin yaradılması məqsədilə logistik dövrənin ilkin mərhələsində konkret dəyişikliklərə məruz qalır.

600 х 200 мм юлчцлц сяккиз тара ващиди


Şəkil 12.3. Nəqliyyat tarasının yerləşdirilməsi sxemi
Yük vahidlərinin formalaşması əlavə xərc tələb edir. Formalaşan yük vahidləri-nin ölçüləri artıb-azaldıqca bu xərclərin həcmi də proporsional olaraq artıb azalır.
12.4. YÜK VAHİDLƏRİNİN PAKETLƏŞDİRİLMƏSİ
Yük vahidləri müxtəlif logistik əməliyyatlar və funk­siyaların yerinə ye­tirilməsi zamanı məhsulları kəmiyyət və keyfiyyətcə qoruyur, məhsulların ilkin həndəsi ölçülərində dəyişikliklərin yaranmasına imkan vermir. Paketləşdirmə – malaltlıqla-rında yük vahidlərinin formalaşması üzrə əmə­liyyatdır.

Ümumiyyətlə, paketləşdirmə standart palletlərdə yük vahidinin formalaşmasını həyata keçirən logistik əməliyyatdır və məhsulların fiziki bölüşdürülməsi prosesində aşağıdakıları təmin edir:



  • logistik dövrənin hər bir mərhələsində məhsulları kəmiyyət və keyfiyyətcə saxlamaq;

    • yük vahidlərinin nəql edilməsi, anbarlaşdırılması və emalı ilə əlaqədar olan logistik əməliyyatlara çəkilən xərclərin həcmini azaltmaq və səmərəliliyini yüksəltmək;

    • nəqliyyat-anbar mexanizmlərindən tam, məhsuldar istifadə etmək və nəqliyyat vasitələrinin yükqaldırma (yük götürmə) imkanlarını artırmaq;

    • anbar-nəqliyyat əməliyyatlarının kompleks mexanikləşdirilməsi və avtomat-laşdırılması səviyyəsini yüksəlt­mək;

    • rəsmiləşdirmə əməliyyatları aparmadan yük vahidlərinin bir nəqliyyat vasitəsindən digərinə boşaltmaq və yükləmək;

    • yükləmə-boşaltma və anbar-nəqliyyat işlərinin təhlükəsizliyini yüksəlt­mək və s.

Paketləşdirmənin köməyilə yük vahidlərini yaradan zaman adətən onların dəmir və ya polietilen lentlər, iplər, yapışqanlı kağızlarla, rezin başlıqlar vasitəsilə bandrol-laşdırılması həyata keçirilir. Bunun üçün paketləşdirmənin yüklərin yüksək səviyyədə mühafizəsini təmin edən, yüklərin müxtəlif formalarda və ölçülərdə qablaşdırılmasına imkan verən, nisbətən az xərc və əmək tutumlu mütərəqqi, müasir metodlarından - istiyə davamlı plyonkalardan istifadə olunur.

Adətən praktikada qalınlığı 0,015-dən 0,2-ə qədər olan polietilen, polivinxlorid, polipropilin və polistrol plyonkalardan istifadə edilir.

Bu metod aşağıdakı üstünlüklərə malikdir:

1. Yüklərin yüksək səviyyədə saxlanılması. İstiyə davamlı plyonka ilə bükülən, qablaşdırılan yük paketi nəqletmə və yükləmə-boşaltma zamanı silkələnmə və zədələnməyə qarşı olduqca möhkəmdir. Paketlər 35 dərəcəli bucaq altında meylli qaldıqda belə zədələnmirlər. Nəticə etibarı ilə nəqletmə vaxtı yarana biləcək itkilər azalır, yüklər üzərində görüləcək logistik işlərin təhlükəsizlik səviyyəsi yüksəlir.

İstiyə davamlı plyonkalarda olan yüklər, toz, çirk, nəmdən mühafizə olunur və iki aya qədər atmosfer şəraitinə davam gətirə bilir. Qablaşdırılan taralarda ixtiyari zədələnmə tez nəzərə çarpdığından yüklərin dağıdılması və oğurlanması halları azalır.



2. Ölçüləri və formalarına görə müxtəlif yüklərin paketləşdirilməsi imkanları.

İstiyədavamlı plyonkalarda, kərpic, bakaley məhsulları, kitab, metal hissələri qablaşdırılır.



3. Nisbi mənada az əmək məsrəfi tələb etməsi.

İstiyədavamlı plyonkalarda avtomat və yarımavtomat avadanlıqlardan istifadə etməklə paketləşdirmə aparılan zaman dəmir lentlərin köməyilə paketləşdirmə ilə müqayisədə canlı əmək sərfi 3-4 dəfə azalır.

Paketləşdirmənin bu forması üstünlüklərlə yanaşı, bir sıra çatışmazlıqlara da malikdir:


  • dondurulmuş məhsulların paketləşdirilməsinin qeyri-mümkünlüyü;

  • yükləmə boşaltma və nəqliyyat – anbar əməliyyatlarının yerinə-yetirilməsi zamanı məhsulları mexaniki zədələrdən mühafizə etməməsi (xüsusilə şüşə taralarda qablaşdırılmış məhsullar üçün vacibdir).

Konteynerlər yük vahidlərinin daşınması üçün tətbiq olunan digər nəqliyyat avadanlıqlarından aşağıdakı əlamətlərə görə fərqlənir:

    • metaldan hazırlanır, sabit ölçülüdür və məhsulların fiziki bölüşdü­rülməsi əməliyyatlarında təkrar-təkrar istifadə üçün kifayət qədər sadədir;

    • yüklərin aralıq mərhələlərdə yüklənməsi və ya boşaldılmasına yol vermədən konteynerlərin konstruksiyası onların bir və ya bir neçə nəqliyyat növündə daşınması üçün xüsusi quraşdırılmışdır;

    • yüklərin tez boşaldılması və ya yüklənməsini təmin edir;

Respublikmızda müxtəlif yük vahidlərinin ölkə daxilində və ya onun hüdudların-dan kənara daşımasını həyata keçirən beynəlxalq standartlara yaxın konteyner-nəqliyyat sistemi yaradılmışdır. Bu sistem bütün növ nəqliyyat vasitələrinin razılaş-dırılmış birgə fəaliyyətinə əsaslanır.

Standartlaşdırma üzrə beynəlxalq təşkilatın (SBT) və ya ISO - nun təyinatına görə, konteynerlər məhsulların daşınması və ya müvəqqəti saxlanılması məqsədilə bir və ya bir neçə nəqliyyat vasitəsi tərəfindən dəfələrlə istifadə olunan, nəqliyyat vasitələrinə yüklənmə və boşaltma üçün xüsusi mexanikləşdirilmiş qurğuya, sabit texniki xarakteris­tikalara və tutuma (bir kub. metrdən az olmayan) malik nəqliyyat avadanlığının elementidir.

Konteynerlər həm universal - müxtəlif təyinatlı yüklərin, həm də ixtisaslaşdırılmış - xüsusi təyinata malik məhsul və ya məhsullar qrupunun, məsələn şüşə, sementin daşınması üçün istifadə olunur. Universal təyinatlı konteynerlər nəqliyyat təşkilatları və agentlərinə (dəmir yolu, gəmiçilik idarələrinə), ixtisaslaşdırılmış kontenyerlər isə məhsulgöndərənlərə və ya alıcılara məxsus olur.

İri tonnajlı müxtəlif konteynerlərə karkas tipli kontreylerləri də aid etmək olar. Sonuncular dəmiryolu platformalarında yüklərlə birlikdə daşınmaq üçün quraşdırıl-mış avtomobilin qoşqu banını (gövdəsini) özündə birləşdirir.

Konteynerlərin daşınması üçün müxtəlif təyinatlı dəmir yolu nəqliyyatı vasitələri tətbiq edilir. Belə ki, dəmir yolu nəqliyyatında 3 tonluq və daha artıq universal konteynerləri platformalarda və ya yarımvaqonlarda, az tonnajlı konteynerləri isə bağlı vaqonlarda daşıyırlar. Böyük tonnajlı konteynerlərin daşınması üçün xüsusi platformalar böyük rol oynayır. Avtomobil nəqliyyatı ilə brutto çəkisi 3 və 5 ton olan universal konteynerlərin daşınması üçün ZİL, QAZ, MAZ, MERSEDES, VOLVO və s. tipli yük maşınlarından istifadə edilir.

Dəniz və çay nəqliyyatında konteynerlər bir qayda olaraq özü hərəkət edən və etməyən gəmilər vasitəsilə çəkisi ağır (kütləvi) və ya ədədi məhsullar daşınır. Son illərdə gəmiçilik parkı xüsusi təyinatlı konteynerlərlə təchiz edilmiş və beynəlxlq yükdaşımaların həcmi artmışdır.






Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə