Mövzu 12. Bank sferasinda marketinq bank marketinqinin məzmunu və xüsusiyyətləri Bank xidmətləri (məhsulu)



Yüklə 331,5 Kb.
səhifə10/28
tarix25.12.2016
ölçüsü331,5 Kb.
#3081
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Ətraf mühit amilləri. Bank xidmətləri bazarı ətraf mühit amillərinin güclü təsiri altında olur və bu amillər, bir çox hallarda, bazarda “oyun qaydalarını” müəyyən edir.

Məlumdur ki, bütün dünyada, eləcə də, bizim ölkədə də bank fəaliyyəti çox güclü tərzdə dövlət tərəfindən nizama salınır. Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” Qanunu vardır. Bu kredit institutlarının xüsusi statusu ilə bağlıdır, onlar ölkə iqtisadiyyatının makromühitinə təsir göstərməyə qadirdirlər.

Dövlət bank təşkilatlarının fəaliyyətinə birbaşa məhdudiyyətlər qoyur (nizamnamə kapitalının və ehtiyat fondunun minimal həcmi, bank fəaliyyətinin lisenziyalaşdırılması, tam və ya qismən əməliyyatların müxtəlif növlərinə məhdudiyyətlər (valyuta, qiymətli metallar və s.), fəaliyyətin bəzi istiqamətləri üzrə məhdudiyyətlər, güzəştli kreditlər üzrə müəyyən kateqoriyalı borc götürənlərə qeyd olunmuş faizlərin tətbiqi) və ya dolayı vasitələrlə (təkrar maliyyələşmənin faiz dərəcələrinə, uçot siyasətinə, valyuta əməliyyatları aparılması qaydalarına dəyişikliklər) tənzimləmələr həyata keçirir.

Dövlətin bank sferasının inkişafına dolayı təsiri, həm də fiziki və hüquqi şəxslərdən vergi tutulması siyasətində özünü büruzə verir.

Bununla bərabər, bank sferasının inkişafına ölkənin iqtisadiyyatının ümumi vəziyyəti çox güclü təsir göstərir – istehsalın inkişaf sürəti, pul dövriyyəsi, inflyasiyanın səviyyəsi, makro və mikro səviyyədə kredit münasibətləri, gəlirlərin səviyyəsi və ölkənin ümumi rifah halı; elm və texnikanın inkişafı; siyasi şərait (sabitlik); mədəniyyətin və iqtisadi biliklərin səviyyəsi.

Bank strategiyasını işləyib hazırlayarkən maliyyə bazarındakı bankın nəzarətində olmayan hallar nəticəsində baş verən mümkün radikal dəyişiklikləri diqqət mərkəzində saxlamaq zəruridir, məsələn, özəlləşdirmə, iflasa uğramaq üsullarının işlənməsi və s.

Ətraf mühitin bu amilləri bankın nəzarətində olmadığından, bankın inkişaf strategiyasının işlənməsi zamanı onların təsiri nəzərə alınmalıdır.


Yüklə 331,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin