Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik


Cədvəl 1. İşsizlərin sayı



Yüklə 63,55 Kb.
səhifə10/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

Cədvəl 1. İşsizlərin sayı





2000

2003

2005

2008

2009

2010

2011

2012

2013




İşsizlər, minnəfər*)

514.7

400.9

317.8

262.2

260.2

258.3

250.9

243.1

236.6




Məşğulluqxidmətləriorqanlarındarəs­miişsizstatusualanşəxslər, nəfər

43739

54365

56343

44481

41100

38966

38330

36791

36206




onlardanişsizliyəgörəmüavinətalanlar

2768

3111

2087

2109

2721

87

1002

934

636




*) Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən rəsmi işsiz statusu alan şəxslər də daxildir).




















Mənbə: http://www.stat.gov.az/source/labour/




Milli iqtisadiyyatın son 10 ildə 3 dəfədən çox artdığı respublikada regional inkişaf siyasəti və qeyri-neft sektorunun dinamik şəkildə artaraq ümumdaxili məhsulda 52,7 faizə çatması eyni zamanda bu müddətdə 1 milyon 200 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olmuşdur. 2003-2013-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 270 min nəfərədək işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilmiş, 30 mindən çox insan peşə hazırlığı kurslarına cəlb olunmuşdur8. Ölkəmizdə işsizlərlə bağlı bir sıra problemlər olsa da (məs., işsizliyə görə verilən müavinətin aşağı miqdarda olması,bu müavinəti əldə etmək istəyən işsizlərin çətin prosedurlardan keçməli olması, bəzən bu müavinətlərin ünvanlarına çatmaması və s.) işsizlik problemi Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir və bu problemin tamamilə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
İşsizliyin sosial-iqtisadi nəticələri
Problemi nəzərdən keçirmək üçün əvvəlcə işsizliyin iqtisadi, sonra isə sosial nəticələrini nəzərdən keçirək.
İşsizliyin iqtisadi nəticələri
İşsizliyiniqtisadi nəticələri və strukturu olduqca müxtəlif və mürəkkəbdir. Bu məsələnin tədqiqi vaxtı işsizliyin milli və qlobal səviyyədə iqtisadi nəticələrini qeyd etmək məqsədəuyğundur. Milli səviyyədə işsizlik ilk əvvəl ÜDM-in istehsal həcmini azaldır. Bu hadisələrin qarşılıqlı əlaqəsi Ouken qanununda belə ifadə olunmuşdur: “işsizliyin faktiki səviyyəsi təbii səviyyəni 1% keçdikdə ÜDM-in həcminin geri qalması 2,5% təşkil edir”.9 1:2,5 və ya 2:5 nisbəti işsizliklə bağlı ÜDM-in istehsalının mütləq itkisini müəyyənləşdirməyə imkan verir. Bunun üçün işsizliyin faktiki və təbii səviyyələrinin mütləq qiymətləri arasındakı fərqi müəyyənləşdirib onu Ouken əmsalına vurmaq lazımdır.
İşsizlik ÜDM-in həcmini azaldaraq dövlətə daxil olan vergilərin azalmasına səbəb olur. Bu, bir tərəfdən, hüquqi şəxslər tərəfindən yaradılan vergiqoyma bazasının azalması ilə şərtlənirsə, digər tərəfdən fiziki şəxslərdən vergilərin daxil olması azalır.
İşsizlik artdıqca dövlətin xərcləri də artır. İqtisadi sabitsizlik amili olaraq işsizliyin rolu bununla bitmir. O, “gec işə düşən mina” kimi çıxış edə bilər. Ayrılıqda götürülmüş bir şəxs üçün işsizlik daimi və nizami qaydada əldə etdiyi gəlirdən məhrum olması deməkdir. İşsizlik işgüzar fəallığın kumulyativ azalması mexanizmini işə salır Azərbaycanda Qərb ölkələri ilə müqayisədə gəlirlər aşağı səviyyədədr və insan hansısa pul və ya digər vəsaiti çətinliklə toplaya bilir. Bu halda daimi yaşayış mənbəyinin itirilməsi daha böyük problemlərin yaranmasına gətirib çıxara bilər.
İşsizliyin digər bir nəticəsi kimi işçilər arasında bazarda daha prestij iş yerləri uğrunda mübarizənin güclənməsini hesab etmək olar. Nəticədə əhalinin ayrı-ayrı və kifayət qədər böyük qrupları nüfuzlu və maraqlı olmayan iş yerlərində çalışmağa məcbur olurlar. Bu halda əmək fəaliyyəti onlar üçün “məcburi” xarakter daşıyır və belə əmək yüksək keyfiyyətli ola bilməz və işin lazım olan yüksək keyfiyyətini təmin etmir. Bundan əlavə belə şəraitdə sabit istehsal kollektivi formalaşdırmaq mümkün deyil. Əməyin məcburi xarakter daşıdığı halda cəmiyyətdə tam məşğulluq haqqında danışmaq mümkün deyil. Hal-hazırda vəziyyət dəyişmişdir: istehsalın həcmi, məşğul əhalinin sayı artır.
İşsizliyin insan üçün nəticələrini qiymətləndirərkən yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın əmək qabiliyyətli əhalisi uzun müddət belə bir problemlə qarşılaşmamışdır.
İşsizlik insanda təşəbbüskarlığı öldürür, sabahkı günə, öz qüvvəsinə və imkanlarına inamsızlıq yaradır.İşsizliyin iqtisadi nəticələri bununla kifayətlənmir. O, sahibkarlara işçi qüvvəsinin qiymətini azaltmağa, qanunla müəyyənləşdirilmiş iş həftəsindən daha davamlısını müəyyən etməyə, məzuniyyət vaxtını uzatmağa, xəstəlik kağızını ödəməkdən imtina etməyə, qadınları işə götürməkdən boyun qaçırmağa və s. imkan verə bilər.
İşsizliyi sosial-iqtisadi bir hadisə kimi birmənalı qiymətləndirmək mümkün deyil. O, təkcə neqativ mənaya malik deyildir. İşsizlik iqtisadiyyatın normal və fasiləsiz fəaliyyət göstərməsinin vacib şərtlərindən biridir. O, daim əməyə tələb yaradan bazar iqtisadiyyatının mühüm amili kimi ehtiyat işçi qüvvəsinin formalaşmasını təmin edir. Müəssisələrin kadrlarla təmin olunması təkcə iqtisadi cəhətdən fəal əhalinin təbii artımı hesabına baş tuta bilməz. Bu halda təkcə elə yayda və payızda, yəni gənclərin tədris müəssisələrini bitirdiyi və əmək fəaliyyətinə başladığı vaxt çoxlu yeni müəssisələr, idarələr və təşkilatlar açmaq tələb olunardı.
İşsizlik istehsal üçün zəruri olan kadrların təkrar bölüşdürülməsini təmin edir. Düzdür, kadrlarla bağlı bu cür çalarlıq ayrılıqda götürülmüş bir şəxs üçün ağrısız ötüşmür. Burada dövlətin rolu böyükdür: o, istehsal və əhali üçün pozitiv olan bu proseslərin neqativ tərəflərini yumşaltmağı öz üzərinə götürməlidir.
İşsizlik, onun artması işçiyə onun peşəsinin, xüsusi biliklərinin, əmək bacarıqlarının, ixtisas səviyyəsinin bu günkü günün tələblərinə cavab vermədiyi haqqında olduqca effektiv “siqnal”dır. Deməli, o, işçini sistematik olaraq öz peşə ustalığını artırmağa stimullaşdıran bir amildir.

Yüklə 63,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin