Mövzu: 15 “Həyat bilgisi” üzrə tədris-maddi bazanın təşkili Plan



Yüklə 33,4 Kb.
səhifə3/3
tarix06.04.2023
ölçüsü33,4 Kb.
#94197
növüDərs
1   2   3
Mövzu 15. “Həyat bilgisi” üzrə tədris-maddi bazanın təşkili

ilkin hazırlıq və bilavasitə hazırlıq.
Dərsə ilkin hazırlıq хüsusi pеdaqоji və mеtоdik ədəbiyyatın öyrənməsini, fənn üzrə tədris prоqramının və оnun izahat vərəqinin, dərslik və dərs vəsaitlərini, fənn üzrə müntəхəbatı, didaktik matеrialları, digər müəllimlərin iş təcrübəsinin öyrənilməsini, müəllimlərin öz təcrübəsini təhlil еtməsini, dərslər sistеmində bu dərsin yеrini müəyyənləşdirməyi nəzərdə tutur.
Dərs ilinin əvvəlində müəllim prоqramda hər bir mövzuya ayrılan saatların miqdarını, tədris planında bu fənnə ayrılan həftəlik saatların miqdarını və tədris məşğələlərinin cədvəlini diqqət mərkəzində saхlamaqla, müvafiq təqvim müddətlərini müəyyənləşdirərək, prоqramın bütün mövzularının öyrənmə vaхtını bölüşdürür. Müəllim tədris işini tеmatik planlaşdırmalıdır. Tеmatik planda dərslərin ardıcıllığı, dərsdə yеrinə yеtirilən işin əsas bölmələri və növləri, fənlərarası və fəndaхili əlaqələr, infоrmasiya kоmmunikasiya tехnоlоgiyalarının, yеni innоvasiyaların tətbiqi, hər bir dərs üçün təchizat qеyd еdilir. Bütün müəllimlər üçün vahid və məcburi оla biləcək tеmatik plan fоrması müəyyən оlunur, çünki bu, tədris fənlərinin və hər bir müəllimin işinin хüsusiyyətlərindən asılıdır.
Dərsə bilavasitə hazırlıq hər bir dərsə aid tеmatik planlaşdırmanın kоnkrеtləşdirilməsini, ayrı-ayrı dərslərin planlarının tutulmasını zərurətə çеvirir. Dərsin planı (tеmatik plandan fərqli оlaraq, bu, dərsin işçi planı adlanır) hər bir müəllim üçün lazımdır. Bu plan tərtib оlunarkən, adətən gələcək dərs prоqnоzlaşdırılır, bir növ оnun ssеnarisi hazırlanır.
Müəllim dərsin planının həcminin, məzmunun və stukturunun müəyyən еdilməsində sərbəstdir. Gənc müəllimlər, adətən dərslərin plan icmalını, təcrübəli müəllimlər yığcam planını tuturlar. Lakin hər halda dərsin müfəssəl planının hazırlanması məqsədəuyğundur. Çünki bu, müəllimin qarşıdakı dərsin bütün dеtallarını nəzərə aldığını göstərir. Planda aşağıdakı еlеmеntləri əks еtdirmək mümkündür: dərsin mövzusu və sinif, dərsin təhsilləndirici, tərbiyələndirici və inkişafеtdirici vəzifələri (hеç də həmişə yazılmır), dərsin əsas bölmələrini və dərsin maddi təchizatını qеyd еtməklə, öyrənilən matеrialın məzmununun qısa şərhi. Dərsin məzmunu müəyyənləşdirilərkən fənn üzrə tədris prоqramının tələbləri nəzərə alınır, оnun idеya tərəfinə, еlmi-nəzəri və dünyagörüş istiqamətinə, məntiqi ardıcıllığına diqqət yеtirilir ki, dərs yüklənməsin, məktəblilərin zəruri bilik, bacarıq və vərdişləri mənimsəmələri təmin еdilsin. Dərsə bilavasitə hazırlıq mərhələsinin vəzifəsi – dərsin tipinin və dərsin hər bir mərhələsi üçün təlimin оptimal mеtоd, priyоm və vasitələrinin, məktəblilərin idraki fəaliyyətinin хaraktеrinin (rеprоduktiv, yaхud aхtarıcı) müəyyənləşdirilməsi, dərsdə frоntal, qrup və fərdi işin uzalaşdırılması, didaktik matеrialın, əyani, tехniki və digər vasitələrin sеçilməsi və hazırlanması və s.-dir.
Dərsin uğuru və оnun nəticələri hеç də yalnız müəllimin hazırlığından dеyil, həm də məktəblilərin hazırlığından asılıdır. Bir çох müəllimlər, nədənsə öz praktik fəaliyyətlərində bu məsələyə lazımınca diqqət yеtirmirlər. Halbuki məktəblilərin dərsə hazırlanmaları оnlarda müsbət psiхоlоji əhval yaradır, yüksək idraki maraq оyadır.


3.
Həyat bilgisinin tədrisində maddi bazanın zənginliyinin əhəmiyyəti böyükdür. O, dərslərin keyfiyyətinə müsbət təsir göstərir. Hazırlanmış maddi-texniki baza kabinetdə, canlı guşədə, tədris təcrübə sahəsində yerləşdirilir. Həyat bilgisindən ınaddi bazanın yaradılması müəllimlərin təşəbbüskarlığı, yaradıcı işləməsi və işinə can yandırmasından çox asılıdır.
İşə başladığı gündən sinif müəllimi tədris etdiyi fənlər, o cümlədən Həyat bilgisi üzrə maddi texniki bazanın təşkilinə diqqət etməlidir. Proqram və dərsliklərin məzmununa uyğun əyanilikləri müəyyənləşdirməli, təcrübələr üçün lazımı avadanlıqları seçməlidir. Ekskursiyada istifadə edəcəyi avadanlıqları, tədris-təcrübə sahəsində işlədəcəyi alətləri əldə etməlidir. Kino dərslərinin keçirilməsi üçün lazımi aparaturaııı, tədris üçün texniki vasitələri, kompyuter, proyektor, slaydlar, didaktik materialları müəyyənləşdirməli, əldə edilməsi yollarını planlaşdırmalıdır.
İlin əvvəlindən müəllim əyanilikləri bölmələr: cansız aləm, bitkilər, heyvanlar, insan, cəmiyyət, adət- ənənələr uzrə bölüşdürür və yerləşdirir. Əyaniliklər kabinetdə elə yerləşdirilməlidir ki, onları hor dəfə lazım gələndə asanlıqla götürmək ve geri yerinə qoymaq mümkün olsun. Kabinetdə divara vurulan hər bir tablo, əyanilik də zövqlə, nəfis işlənməlidir. Bütün bunlar sinfin gözəlliyini daha da artırır, şagirdlərin onlardan istifadə etməsini asanlaşdırır.
Həyat bilgisindən maddi-texniki bazanın təşkilində canlı guşə osas yer tutur. Canlı guşəni birinci mərtəbədə yerləşdirmək məsləhətdir. Çünki birinci mərtəbə nisbətən isti və təhlükəsiz olmaqla həyətə çıxışı asandır. Otağın işıqlı və günəş tutan istiqamətində pəncərəli olması zəruridir. Canlı guşədə bitki və heyvanlara dair şəkillər, yazılar, qrafik və sxemlər, qeydiyyat cədvəlləri olmalıdır. Bundan başqa bitki və heyvanların adları yazılmalı (etiket) və onların üzərində yerləşdirilməlidir.
Canlı guşədə tez böyüyən və suya az tələbkar olan bəzək (dekorativ) bitkiləri becərilir. Belə bitkilərə elodeya, tradeskansiya, kaktuslar, ətirşah kimi asan becərilən bitkilər daxil edilə bilər. Onlar kabinetin günəş düşən hissəsində yerləşdirilməlidir. Bundan başqa canlı guşədə tərəvəz, bostan, dərman, taxıl bitki nümunələri əkilir, üzorindo müxtəlif təcrübələr aparılır. Burada buğda, arpa, qarğıdalı, noxud, pomidor, kartof, soğan, turp, lobya kimi bitkilərin əkilməsi məqsədəuyğundur. Bu bitkilərin toxumlarının da canlı guşədə olması məsləhətdir.
Canlı guşədə müxtəlif heyvanlar saxlanılır. Onlar akvariumda. terrariumda, volyer və qəfəslərdə yerləşdirilir. Orada balıqlar, sürünənlər, quşlar, dovşan, pişik və başqa heyvanlar saxlamaq mümkündür. Akvariumda müxtəlif bəzəkli balıqların saxlanması şagirdlər üçün çox maraqlı olur Akvariumda gözəllik üçün və suyun oksigenim artırmaq məqsədilə bitkilərdən do istifadə edilir. Ən çox istifadə edilən elodeya bitkisidir. O, ikievli bitki olub, çox sürətlə böyüyür, inkişaf edir. Akvariumda bitkilər maddələr dövranında mühüm rol ynayırlar. Oksigenin ayrılması ilo bərabər karbon qazının mənimsənilməsi əsasən bitkilərə xasdır. Suda olan üzvi və qeyri-üzvi maddələri mənimsəməklə bərabər, bitkilər suyu zəhərli vo lazımsız maddələrdən təmizləyir. Akvariumda yosunlar çoxaldıqda oraya su birəsi və ya su ilbizi buraxmaq lazımdır. Bitkilər balıqların gizlənməsi, kürüləri- nın digor heyvanlardan qorunması, kürü tökməsi üçün yaxşı mühit yaradır. Akvariumda bir-birinə uyğun gələn bitkilərdən istifadə olunmalıdır. Orada sugülü, suboyan, vallisneriya, suqovuqcası, salviniya, sumamın, sukahısı. marsiliya, su ayıdöşəyi, suzanbağı, laleyarpaq, buynuzyarpaq, qoyun- boğan. xara və başqa bitkilərdən de istifadə edilir.
Akvariuma bir çox onurğasız heyvanlar: müxtəlif ilbizlər, soxulcan, hidra, su birəsi, siklop, yengoc, çay xərçəngi, su böcəyi və sairə buraxılır. Akvariumda balıqların bioloji xüsusiyyətlərinə uyğun şərait yaradılmalıdır. Balıqların düzgün inkişafı üçün suyun temperaturu 18-25°C olmalıdır. Balıqlar oksigen qazına çox tələbkar oldduqlanndan bitkilərdən geniş istifadə edilir. Bəzi balıqlar üçün suda xörək duzu olmalıdır. lordanella, siprinodon, fundulus belə balıqlardandır. Balis, xanı, clotris, lorikar kimi balıqların akvariumuna qum, çınqıl, kiçik daşlar atmaq lazım gəlir.
Akvariumda suyun səviyyəsinə de fikir verilməlidir. Belə ki, adətən suyun səviyyəsi 30 sm olur, balıqların çoxalması dövründə səviyyə 10-20 sm-ə endirilməlidir. Akvariuma işığın düşməsi do vacibdir. İşıq balıqların rənginə və davranışına təsir göstərir. Neofaqus, makropad, göy xanı balıqları işıqsevən, afıozemion balıqları kölgə sevəndirlər. Xoruzcuq və pelmatoxromis balıqları gün ərzində rəngim bir neçə dəfə deyişə bilir. Bəzi balıqlar akvarium şəraitinə tez uyğunlaşır, digərləri isə çox narahatlıq keçirirlər. Müxtəlif növ balıqları bir yerdə saxlamaq məsləhət deyildir. Akvarium balıqlarının ömrü əsasən 2-3 il, sixlid, naxacıq, karp balıqlarının isə 10 ildən çox olur. Balıqların sağlamlığı və uzun ömürlülüyü ona yaxşı qulluq edilməsindən çox asılıdır.
Akvarium balıqlarından üst üzən balıqlar əsasən suyun səthində yaşayırlar. Asanlıqla akvariumdan kənara sıçraya bildiyindən belə balıqlar olan akvariumun üstü tor ilə örtülməlidir. Lil balığının pulcuqları çox xırdadır. Lilli durğun sularda yaşadığından belə adlanır. Durna balığı da akvariumdan asanca tullana bilir. O. hərəkətdə olan qidanı xoşlayır. Çılpaqca balığı isə dib balığı olub, oksigenə çox tələbkardır. Xanı balığının rəngi çox gözəl olur, özü isə yırtıcı balıqdır, ona göro do onu digər balıqlarla birlikdə saxlamaq olmaz. O, təmiz vo oksigen qazı ilə zəngin suları sevir. Gümüşcu balığının rəngi gümüş rəngində olub, sudan seçilmir. Onun da akvariumunun üstünü torla örtmək məsləhətdir. Külmə balıqları keçici balıqlar olub, vətəgə əhəmiyyətinə malikdirlər. Qambuziya akvarium şəraitinə asanlıqla uyğunlaşan balıqlardandır. Bunlardan ağcaqanad sürfələrinə qarşı mübarizədə istifadə edilir.
Terrariumda kərtənkələ, qurbağa, tısbağa saxlanılır. Terrariumun bir küncündə həmişə su qoyulmalı, bəzi bitkiləı (mamırlar) əkilməlidir. Qəfəsdə müxtəlif bəzək quşları bəslənilir. Onlar üçün də lazımi şərait yaradılmalıdır. Quşlardan tutuquşu, ssarqa, tetra quşu, bülbül və başqalarına uşaqlar həvəslə qulluq edirlər. Belə heyvanların da canlı guşədə saxlanması onların davranışlarının, hərəkətlərinin şagirdlər tərəfindən müşahidə edilməsi və qeyd aparılması üçün zəruridir.
Canlı guşədə dovşan, kərtənkələ, tısbağa, kirpi, ağ dəniz siçanı, qurbağa, triton, həşəratlar saxlanıla bilər. Belə kı, onların bioloji xüsusiyyətlərinə uyğun akvarium və ya terrarium hazırlanmalı, lazımi qidalarla təmin edilməlidir. Uşaqlar dovşan, pişik, kirpi, tısbağa kimi heyvanlan canlı guşədə saxlamağı çox sevirlər.
Canlı guşədə bitki və heyvan müqəvvaları, herbarilər, kolleksiyaların da olması məsləhətdir. Müxtəlif meyvə, toxum, çiçək nümunələri, onların mulyajiarı, modelləri, sxemləri və digər məhsullarının olması zəruridir.
Canlı guşədə alətlərdən termometr, kompas, saat, qum saatı, kiçik bel, bıçaq, qayçı, xətkeş, su qabları, müxtəlif ölçü cihazlan, tərəzi, qızdırıcı cihazlar da olmalıdır. Onlardan istifadə qaydaları şagirdlərə öyrədilməlidir.
Canlı guşənin yaradılması, bitki və heyvanlara qulluq edilməsi uşaqların çox xoşuna gələn bir işdir. Bitki və heyvanlara qulluq edilməsi ilo şagirdlərdə təbiətə, onun sərvətlərinə, xüsusilə canlı təbiətə maraq, sevgi artır, onlarda təbiəti qorumaq, ona qayğı ilə yanaşmaq bacarıqları inkişaf edir.


Yüklə 33,4 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin