Mövzu 2 Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır



Yüklə 356,12 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix02.01.2022
ölçüsü356,12 Kb.
#42297
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 2 - metn-beynelxalq emek bolgusu (1)

BƏB-in sahədaxili forması milli təsərrüfatın hər hansı bir eyni sahəsinə aid olan müxtəlif 

ölkə  müəssisələrinin  müəyyən  predmet,  o  cümlədən  detal,  aqreqat  və  s.  istehsalı  və  mübadiləsi 

üzrə (məsələn, müxtəlif növ traktorların və onların hissələrinin istehsalı və mübadiləsi) səylərini 

təmərgüzləşdirmələri deməkdir. 




BƏB-in  sahələrarası  forması  əmək  bölgüsünün  milli  təsərrüfatların  müxtəlif  sahələri 

(məsələn, maşınqayırma və bitkiçilik) arasında peyda olması demək deyil. Bu zaman söhbət eyni 

növ  istehsalın,  yəni  sənayenin  və  ya  kənd  təsərrüfatının  müxtəlif  sahələri  arasında  əmək 

bölgüsündən gedir. 

Yuxarıda  qeyd  olunan  iki  formadan  fərqli  olaraq  BƏB-in  növlərarası  forması  istehsalın 

müxtəlif növləri (məsələn, sənaye və kənd təsərrüfatı) arasında əmək bölgüsü deməkdir. 

Nəhayət,  BƏB-in  milli  təsərrüfat  forması  ölkələr  arasında  əmək  fəaliyyətinin  bölgüsünün 

onların  milli  iqtisadiyyatları  miqyasında  baş  verməsidir.  Bu  forma  ayrı-ayrı  ölkələrin  ümumi 

daxili  məhsulun  xarici  bazarda  satış  üçün  nəzərdə  tutulmuş  müəyyən  hissəsinin  istehsalı  üzrə 

səylərini cəmləşdirməsini əks etdirir. 

BƏB  prosesində  əsas  budur  ki,  bu  prosesin  hər  bir  iştirakçısı  BƏB-də  iştirakdan  iqtisadi 

maraq,  mənfəət  güdür  və  son  nəticədə  onu  tapır.  Beynəlxalq  mübadilə  zamanı    BƏB-in 

üstünlüklərinin reallaşdırılması hər bir ölkəyə ən azı aşağıdakıları əldə etməyə imkan verir: 

1)  ixrac edilən əmtəə və xidmətlərin beynəlxalq və daxili qiymətləri arasında fərqi; 

2)  daha  ucuz  idxaldan  istifadə  etməklə  milli  istehsaldan  imtinanın  daxili  xərclərin  qənaətinə 

gətirib çıxarmasını. 

Yuxarıda deyilənlərdən çıxış edərək BƏB-in məzmununu açan əsas tezisləri aşağıdakı kimi 

formalaşdırmaq olar: 

  BƏB ictimai əmək bölgüsünün xüsusi növüdür, ölkə daxili əmək bölgüsündən fərqli olaraq 

BƏB müxtəlif ölkələrin müəssisələri arasında baş verir; 

  BƏB iki xarakterik cəhətə - istehsalın ixtisaslaşması və mübadiləyə malikdir

  müəssisələrin ixtisaslaşması üç formada – predmet, peşəkar və ərazi formalarında baş verir; 

  istehsalın ixtisaslaşması formalarından fərqli olaraq BƏB-in müxtəlif formaları (sahədaxili, 

sahələrarası, növlərarası və milli təsərrüfat) müəyyən qrup müəssisələr arasında mübadiləni 

əks etdirir. 

 


Yüklə 356,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin