Mövzu 2 Siyasi fikir tarixi Plan Qədim Şərqin siyasi fikir tarixi Qədim Yunanıstanda və Romada siyasi fikir



Yüklə 35,02 Kb.
səhifə5/6
tarix10.04.2023
ölçüsü35,02 Kb.
#95458
1   2   3   4   5   6
M-2

Liberalizm
«Liberalis» latın sözü olub «azadlığa toxunan» mənasını verir. Politoloq E. Heyvud yazır ki, «hər cür siyasi ideologiyanın təsnifatı liberalizmdən başlamalıdır». Heç şübhəsiz, bu fikirlərdə həqiqət yox deyil. Müasir liberalizmin təməlində tarixi burjua liberalizmi dayanır ki, onun da yaradıcıları C. Lokk, A. Smit, Ş. Monteskyö, A. Tokvil, T. Cefferson, T. Peyn və b. sayılır. Liberalizmin əsas prinsipləri aşağıdakılardır: vətəndaş cəmiyyəti, plüralizm, parlament demokratiyası, hakimiyyət bölgüsünün tam həyata keçirilməsi, qanunun aliliyi, şəxsiyyətin toxunulmazlığı, fikir və söz azadlığı və s. Liberalizm həm maarifçilik, həm də mütləqiyyətin kontrmoedeli olan bir ideologiyadır. Dini görüşlərdəki «təbii hüquqlar» (bütün insanların azadlığı və bərabərliyi) prinsipinə əsaslanan liberallar bu prinsipləri «şəxslərin əsas hüquq və azadlıqları» səviyyəsinə qədər genişləndirdilər. İnsan hüququnun dövlət hüququndan yuxarıda dayandığını iddia edən liberallar dövləti sadəcə bir «gecə gözətçisi» adlandırırlar. Onlara görə ən yaxşı dövlət ən az hiss olunan dövlətdir. Liberalizm siyasi doktrin kimi XII-XIII əsrlərdə Qərbi Avropada kilsə hakimiyyətinə qarşı etirazlar əsasında meydana gəlmişdi. 15 iyun 1215-ci ildə Rannimid adlanan yerdə İngiltərə kralı Yohan Plantagenit arxiyepiskop Stevan Layktonun başçılıq etdiyi qiyamçı feodalların təzyiqi ilə Böyük Azadlıqlar Toplusu (Maqna Karta) adlı sənəd imzaladı. Bu tarixi sənəddə deyilirdi: «Heç bir azad insan, onunla bərabər hüquqlu insanların qanuni hökmündən və ya ölkə qanunlarından savayı başqa bir əsasla tutulub həbs edilə, yaxud mülkiyyətindən məhrum oluna bilməz». Monarxın hüquqlarını məhdudlaşdıran 63 maddəlik bu sənəd siyasi fikir tarixində ilk liberal sənədlərdən biri kimi dəyərləndirilir. Bu toplu yeni hakimiyyət tipinin-konstitusiyalı hakimiyyətin əsasını qoydu. 1689-cu il inqilabı nəticəsində isə İngiltərədə yeni dövlət quruluşu-konstitusiyalı monarxiyanı bərqərar edən növbəti liberal sənəd-«Hüquqlar Haqqında Bill» qəbul edildi. Bu zamandan etibarən qanunverici hakimiyyətin-parlamentin fəaliyyət tarixi başlanır. Sonrakı dövrlərdə liberal görüşlər xeyli təkmilləşdirildi. Ş. Monteskyö «təmsiledici demokratiya» (seçilmiş nümayəndələrin formalaşdırdığı xalq hakimiyyəti), T. Hobbs, və J. J. Russo ictimai müqavilə (könüllü müqavilə əsasında yaranan dövlət), C. Lokk hakimiyyətin bölünməsi prinsiplərini hazırladı. Az sonra ABŞ Konstitusiyası meydana gəldi və ictimai-siyasi fikri inkişaf etdirdi, siyasi praktikaya örnək təcrübələr verdi. XX əsrdə liberalizmlə bağlı yeni-yeni nəzəriyyələr meydana gəldi. Hazırda bir çox siyasi fikir adamları liberalizmin bir neçə tipinin olduğunu iddia edir: iqtisadi liberalizm, yəni iqtisadiyyatın liberallaşmasına xüsusi önəm verənlər; hüquq dövləti tərəfdarlırı; böyük çoxluğa maksimal imkanlar yaradan radikal liberalizm; sosial liberalizm tərəfdarları və s. XX əsrdə yeni bir konsepsiya-neoliberalizm meydana gəldi. Bu konsepsiya tərəfdarları liberal iqtisadiyyatın (azad bazar iqtisadiyyatının) inkişafını, dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını zəruri sayırlar. Neoliberalizmin görkəmli təmsilçiləri Avstriya iqtisadçısı Fridrix fon Hayek (1899-1992), ABŞ iqtisadçısı Milton Fridmandır (1912). F. Hayek bildirir ki, fərd iqtisadi cəhətdən azad deyilsə, siyasi cəhətdən də azad ola bilməz. Demokratiya «fərdiyyətçi institut» kimi xarakterizə olunur və şəxsi mülkiyyət, azad rəqabət prinsiplərinə dayanır. «Cəmiyyətə kollektivçilik ovqatı hakim kəsiləndə, demokratiyanın sonu çatır». M. Fridman da «Kapitalizm və azadlıq», «Seçki azadlığı» əsərlərində F. Hayekin ideyalarını inkişaf etdirərək yazır ki, müasir liberalizmin məqsədi dövlət sərhədlərinin aradan qaldırılmasıdır. Bu kapitalist bazarının öz özünü tənzimləməsinə, iqtisadi azadlıqların çiçəklənməsinə, iqtisadiyyatın effektliliyinin artırılmasına, nəhayət azad bazar seçiminə gətirib çıxarır. Lakin heç də bütün neoliberallar dövlətə münasibətdə bu fikirləri bölüşmür. Yəni, barışdırıcı mövqedən çıxış edənlər də az deyil. Məsələ burasındadır ki, vaxtilə sənaye kapitalizmi çoxsaylı insanları «bazarın ümidinə» buraxdı və onlar bu şəraitə uyğunlaşa bilmədilər. Belə vəziyyət sinfi münasibətlərin kəskinləşməsinə və sosial gərginliyin artmasına gətirib çıxarır. Ona görə də neoliberalların bir qismi («sosial liberalizm», «ümumi rifah liberalizmi») insanların sosial müdafiəsi barədə fikirləşməyi zəruri hesab edir ki, belə mövqe dövlətin iqtisadiyyatın tənzimlənməsinə nisbi müdaxiləsinin məqbul sayıldığını deməyə əsas verir. Beləliklə, müasir liberalizmdə iki əsas cərəyan özünü büruzə verir. Onlardan biri tam mənada bazar azadlığını və dövlətin bu sahəyə müdaxilə etməməsi fikrini, digərləri isə daha böyük sosial ədalətin bərqərar olması üçün dövlətin sosial-iqtisadi proseslərə nisbi müdaxiəlsinin zəruriliyi fikrini müdafiə edir. Son zamanlar qloballaşma tərəfdarları kimi də məhz daha çox liberallar çıxış edir. Frensis Fukuyama da liberalizmi ümumdünya dövlətinin qurulması barədə nəzəriyyə hesab edir. İlk liberal partiya XIX əsrdə meydana gəlib. Liberal partiyalardan ən böyüyü və dünyada populyar olanı 1828-ci ildə ABŞ-da yaranan Demokratlar partiyası, 1832-ci ildə İngiltərədə fəaliyyətə başlayan liberallar partiyasıdır. Hazırda dünyanın 89 ölkəsində 100-ə yaxın siyasi partiya liberalizm ideologiyasının daşıyıcısıdır Azərbaycan siyasi fikir tarixində liberal görüşlərin təzahürlərinə XIX əsrin ikinci yarısında M. F. Axundovun yaradıcılığında təsadüf olunur. M. F. Axundov yazırdı: «Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları atababasının qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa məcbur edərsə, bu halda onlar dəyirman atlarına bənzərlər». 1918-ci il mayın 28-də Tiflisdə müstəqilliyi elan olunan Azərbaycan Xalq Cumhuriyyətinin «İstiqlaliyyət Bəyannaməsi»ndə də liberal dəyərlərə önəm verilirdi: «...Azərbaycan Xalq Cümhuriyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir; AXC ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün geniş imkan verir...”

Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin