Mövzu 2 Strateji planlamanın əhəmiyəti və maraqların təsiri Plan Strateji planlaşdırmanın rolu


Strateji menecment prosesində iştirakçılar (stakeholders)



Yüklə 269,98 Kb.
səhifə6/6
tarix09.06.2023
ölçüsü269,98 Kb.
#127725
1   2   3   4   5   6
2 5348270654833565487

Strateji menecment prosesində iştirakçılar (stakeholders)

Stakeholder” ifadəsini ingilis dilindən tərcümə etmək elə də asan alınmır. Mənası sözügedən işdə vəya mövzuda rəy sahibi olan, gedişatdan təsirlənən və gedişata təsir edə biləcək amma pay mülkiyyəti olmayan şəxs vəya qrupdur. Yəni “stakeholder” – bundan sonra “rəydar” – səhmdardan fərqli olaraq şirkətin ortaqlarından deyil amma şirkətin fəaliyyəti ilə maraqlanır və onun rəyi bu fəaliyyətə təsir göstərir. Məlumatlı istehlakçı ən təsirli rəydar sayılır. Bundan əlavə QHT-lər, media, dövlət vs. də əsas rəydarlardan sayılır. Hər birinin şirkətin fəaliyyəti ilə maraqlanması bir-birindən fərqli motivə edici amillərə bağlıdır.
Rəydar ifadəsinin və belə bir mövhumun yaranması isə biznesin gündəlik həyatda tutduğu mövqenin qüvvətlənməsi və şəffaflıq ehtiyacı ilə bağlıdır. Şirkətlər artıq öz fəaliyyətini “səhmdarların çörək ağacı” çərçivəsində görə bilməzlər. Bütövlükdə cəmiyyətə təsir edən qurumlardırlar. Nahaq yerə Amerika höküməti ilk növbədə nəhəng avtomobil konsernlərinin və maliyyə şirkətlərinin xilası üçün səfərbər olmamışdı.
Beləliklə, aydın olur ki,

1 – Şirkət artıq sahibinin çörək qapısından daha geniş bir mövhumdur


2 – Rəydarlar qrupu şirkətin fəaliyyətində çox vacib mövqedə dururlar... RAZI SALINMALIDIRLAR
3 – İstehlakçılar “rəydar” olduğunu dərk edənə qədər 1-ci bəndin gücü azalır, 2-ci bənddəki qrupdan kənar qalır.
Real olaraq məsələ istehlakçıların özlərini kral kimi aparması, gücünü dərk etməsi və şirkətlərin fəaliyyəti ilə maraqlanmasından keçir. Burada isə bir məqam çox önə çıxır. Belə çıxır ki, şirkət rəydarlarını razı salmalıdır. Media məlumat+maddi dəstək formulası ilə razı qaldığı halda, dövlətin və dövlət xadimlərinin fərqli tələbləri olur – pul, seçkidə üstünlük təmin edəcək fəaliyyətlər, maddi rifahı artıran investisiyalar vs. Bəs istehlakçı?
Azərbaycan istehlakçısı adətən qiymət/keyfiyyət (buna necə baxdığı vacibdir) balansı ilə qərar verir, verməyə çalışır vəya verdiyini düşünür. Amma xidmət, sosial məsuliyyət, müştəriyə hörmət və müştərinin məmnun etmə cəhdlər kimi mövzular çox da aktual deyil. Getdikcə aktuallaşması göz qabağında olsa. Belə olan halda yuxarıda sadalanan 3 bənddən birincisinə baxaq. Sən demə sahibkar bir yana istehlakçı üçün də əksi keçərli imiş.
Deməli məntiqi tsikli tamamlayası olsaq istehlakçı özünü rəydarlar arasında görmür. Satınalma fəaliyyətinə çox dar çərçivədə - əmtəə-pul mübadiləsi prizmasından yanaşır. Yenə qayıtdıq başa. Deməli Azərbaycan cəmiyyəti istehlakçı olaraq hələ ki, müştəri mərtəbəsindən rəydar mərtəbəsinə yüksəlmək üçün iradə və inama sahib deyil.
Sadəcə müəyyən (amma getdikcə gəlirləri artan) bir qrup formalaşır ki, onlar interneti çox aktiv istifadə edirlər və şirkətlərin fəaliyyəti ilə “endirimlərin izlənməsi”ndən daha yaxın maraqlanırlar. Əslində mak.az kimi bir portalın məşhurluğunun davamlı artması bu fenomen ilə bağlıdır.
O ki qaldı rəydarlığından xalis qruplara.... Bizdə buna misal sadəcə dövlət var. O da öz növbəsində şirkətləri necə faydalı (kim üçün? Sualı yerinə düşür) hala gətirə biləcəyi ilə bağlı mexanizmləri davamlı düşünür. Təbii ki, mövzunun siyasiləşdirmək də olar. Amma ehtiyac yoxdur. Bir o fakt var ki, bəzi şirkətlər “dövlət” (vəya adının necə qoyursunuz qoyun) adlı rəydarı məmnun etmək üçün çoxlu gəlirsiz investisiyalar edirlər.
Yüklə 269,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin