Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan



Yüklə 126,25 Kb.
səhifə8/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2

Peşədaxili münasibətlər prinsipi. Psixoloq öz həmkarları ilə qarşılıqlı münasibətlərində səmimi olduğunu göstərməlidir.

  • Əməyin ödənilməsi prinsipi. Peşəkar təcrübədə psi­xoloqun əməyinin ödənilməsi ilə bağlı maliyyə məsələləri peşə standartlarına, müraciət edənin və peşənin maraqlarına uyğun həll edilir.

  • Testin nəticələrinin məxfiliyi prinsipi. Psixoloji testlərin və digər tədqiqat metodlarının nəticələri sınanılan şəx­sin xəbəri olmadan kütləvi nəşrlərdə əks oluna bilməz.

  • Testin interpretasiyası prinsipi. Testin qiymətinin nəticələri, o cümlədən test materialları yalnız o şəxslərə verilə bilər ki, onlar həmin nəticələri interpretasiya etmək və onlardan lazımi səviyyədə istifadə etmək qabiliyyətinə malik olsunlar.

  • Testin nəşri prinsipi. Psixoloji testlər kommersiya nəşri üçün yalnız o nəşriyyatlara verilə bilər ki, onlar həmin testləri peşəkarlıqla iş apara bilən mütəxəssislər arasında yayıl­masını təmin etməyə zəmanət vermiş olsunlar.

  • Tədqiqatlarda ehtiyyatlilığın gözlənilməsi prinsipi. Psixoloqun tədqiqatları insanlara ziyan vurmamalıdır. Şəxsiyyətin eneıji və imkanlarını qiymətləndirmək üçün psixoloq alternativ üsulların tətbiqinə görə məsuliyyət daşıyır. Hər bir şəxsin üzərində aparılan tədqi­qat onun razılığına əsaslanmalı, bu zaman həmin şəxsin şərəf və ləyaqətinə hörmət bəslənilməli, etik məsuliyyət gözlənilmə­lidir.

  • Nəşrlərin əhəmiyyəti prinsipi. Psixoloji tədqiqatın nəticələri çap olunarkən təcrübəçi və müəllif nəşr üçün prinsipial əhəmiyyətli şəxs olduğuna görə, onun adı siyahıda birinci yerdə yazılmalıdır. Çap olunmuş ədəbiyyatlar vasitəsilə tədqi­qata birbaşa və ya dolayısı təsir göstərmiş materialların müəl­liflərinin hüquqları qorunur. Onların adı sitatlarla qeyd olunma­lıdır.

  • Təşkilat qarşısında məsuliyyət prinsipi. Psixoloq ta­be olduğu təşkilatın və ya institutun hüquq­larına hörmətlə yanaşmalıdır. Psixoloq tərəfindən hazırlanmış və istifadə olunan materiallar onun üzv olduğu təşkilatın mül­kiyyəti hesab edilir.


  • Yüklə 126,25 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin