Həvəsləndirmə və intizam tənbehinin tətbiqi və icra olunması qaydaları
40. İntizam tənbehi intizam qaydasının pozulması barədə məlumat, yaxud sıravi və rəis heyəti yığıncaqlarının vəsatəti müvafiq səlahiyyətli rəisə daxil olduqdan 10 gün ərzində verilir.
Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda – onun başa çatdırıldığı gündən 1 aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır.
41. Ezamiyyətdə, məzuniyyətdə və ya xəstə olduğu müddətdə əməkdaşa intizam tənbehi verilə bilməz.
42. Həvəsləndirmə tədbiri kimi qüvvədə olan intizam tənbehinin vaxtından əvvəl götürülməsi tənbehi vermiş rəis, yaxud ona bərabər vəzifəli və vəzifəcə böyük birbaşa rəis tərəfindən həyata keçirilir.
43. İntizam pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə tətbiq olunmur. (Məzuniyyət, xəstəlik müddəti daxil deyil)
44. İntizam tənbehi qəbahətin ağırlığına müvafiq olmalıdır.