1
Mövzu 3
Kurikulumun növləri
Avstraliya təhsilşünası
Hitendra Piley apardığı araşdırmasında kurikulumun
müxtəlif növdə olduğunu biliklərin müxtəlif olması ilə əlaqələndirir. Hitendra Piley
Azərbaycanda “Ümumi təhsilin dövlət standartları və kurikulum islahatı” mövzusunda
apardığı tədqiqatlarda kurikulum növlərini aşağıdakı kimi təsnif edir:
Azərbaycanda kurikulumun növləri bunlardır:
1. Rəsmi kurikulum – rəsmi məktəbləri dövlət səviyyəsində əhatə edir. Rəsmi məktəb
sistemində formalaşmış və biliklərin tədrisi ilə əlaqədar olan xüsusi kurikulum növüdür.
Şagirdə A hərfini öyrətmək.
2. Qeyri-rəsmi kurikulum- Rəsmi məktəbə aid olmayan kurikulum. Rəsmi məktəb
kurikulumun tərkib hissəsi olmayan biliklərin tədrisidir. Məsələn: dərnəklər, rəsm