Qısamüddətli bərpa işləri, adətən, əlaltı materiallardan və yığılıb-sökülen
konstruksiyalardan istifadə olunmaqla aparılır. Bu zaman belə bərpa işlərinin
icra müddəti - saatlarla, bu cür bərpa olunan obyektlərin fəaliyyət müddəti isə
günlerle hesablanır. Qısamüddətli bərpanın əsas xüsusiyyəti - işlərin icrasının
təcili xarakter daşıması, bərpa olunan konstruksi-yaların isə qısamüddətli
istismar ücün nəzərdə tutulmasıdır.Dağılmış obyektin daimi və ya müvəqqəti
bərpası ise zadelənmiş qurğuları qismən (və bəzi sadələşdirmə yolu ilə) bərpa
edərək obyektin xeyli bir müddət fəaliyyət göstərməsinə nail olmaq ücün
aparılır. Məsələn, binanın ancaq bir neçə mertebesinin bərpa olunması, yaxud
deformasiyaya uğramış yol örtüyünün bütünlükdə deyil, bəzi sahələrinin
qaydaya salınması bu qabildəndir. Belə işlər müvəqqəti konstruksiyalardan və
əvvəlcədən hazırlanan materiallardan istifadə edilməklə yerinə yetirilir. Bele
hallarda bərpa edilmiş obyektlerin fəaliyyət müddəti istifade edilen
materiallardan asılı olur və bir necə ay təşkil edə bilər. Obyektlərin əsaslı
bərpası onların daimi istismarını təmin etmək ücün yerinə yetirilir. Bu zaman
qurğunun qısa müddətdə mənəvi cəhətdən köhnəlməsinin qarşısını almaq
məqsədilə qurğuları yenidən qururlar (modernleşdiririor). Dağıdılmış nadir ve
tarixi əhəmiyyətli obyektlər lazımi hallarda restavrasiya edilib əvvəlki şəklinə
salınır. İşlərin icrasında zavodlarda hazırlanan yığma konstruksiyalardan istifadə
olunur. İşlərin icrası aylarla davam edir. Bərpa edilmiş obyekt on illərlə istismar
ücün nəzərdə tutulur. Əsaslı bərpa sənaye qəzaları və təbii fəlakət nəticələrinin
tamamilə aradan qaldırılması prosesində qurğuların bərpa edilmesinin əsas
növüdür.Təbii fəlakətlərlə mübarizə və müxtəlif qəzaların məhdudlaşdırılması
işləri aparılarkən berpa işlərinin icrasını çətinləşdirən
xüsusi şərait amilləri
aşağıdakılardan ibarətdir: işlərin qısa müddət- de yerinə yetirilmesi lüzumu;
işlərin icrası layihəsinin (IL) və əvvəlcədən hazırlanmış tikinti meydancasının
olmaması; ərazinin zəhərlənməsi ehtimalı və təbii fəlakətlərin davam edən
təkrar təsiri.