1961-ci il yanvarın 6-da işə başlayan Müəssislər məclisi Konstitusiya layihəsini və seçki qanununu hazırlayıb qəbul etməli idi. Mayın 27-də Konstitusiya qəbul edildi. TBMM-ə Keçirilən seçkilərdə Ədalət partiyası (ƏP) səslərin sayına görə birinci yeri tutdu. Onun Yeni Türkiyə partiyası (YTP) ilə təşkil etdiyi Koalision hökumətə köhnə siyasətçi İsmət Ünönü rəhbərlik edirdi. bu dövr Türkiyə tarixində İkinci respublika adlandırılır.Lakin yeni məclis və ilkKoalision hökumət təxirəsalınmaz sosial-iqtisadi problemləri həll edə bilmədi. Siyasi böhran da artmaqda davam edirdi. 1962-ciil fevralın 22-də Kursantların növbəti hərbi çevriliş cəhdi hökumət qüvvələri tərəfindən pozuldu. İ.Ünönü istefa verdi və hökumət dağıldı. İyun ayında ikinci Koalision hökumət təşkil edildi.
1963-1966-cı illərdə ölkədə fasiləsiz olaraq hökümət böhranları baş verdi. Hökümət Kabinetləri bir-birini əvəz edirdi. Yalnız 1966-cı il martın 28-də ordu generalı Cövdət Sunayın prezident seçilməsi ilə ölkədəki siyasi gərginlik bir qədər zəiflədi.
1970-ci ilin martında Ədalət partiyasının lideri, görkəmli siyasətçi Süleyman Dəmirəl yeni hökumət təşkil etdi. O, həmkarlar ittifaqı və tətil haqqında qanuna dəyişiklikləri məclisin müzakirəsinə verdi. Bu, ölkədə siyasi gərginlik yaratdı. İyunun 15-16-da İstanbul-İzmit yolunda kütləvi yürüş oldu. Yürüş iştirakçıları hökumətin istefasını tələb edirdilər. Hökumət qüvvələri ilə toqquşma zamanı yüzdən çox nümayişçi öldürüldü və yaralandı. Həmkarlar ittifaqlarının çağırışı ilə 113 müəssisənin yüz min fəhləsi tətil etdi. Fəhlə hərəkatının geniş miqyas almasından qorxuya düşən hökumət İstanbulda fövqəladə vəziyyət elan etdi.