MÖvzu 7 Beynəlxalq və transmilli şirkətlər, onların beynəlxalq iqtisadi münasibətlərdə rolu



Yüklə 0.76 Mb.
PDF просмотр
səhifə1/7
tarix19.07.2017
ölçüsü0.76 Mb.
  1   2   3   4   5   6   7

 

1

 



MÖVZU 7 

Beynəlxalq və transmilli şirkətlər,  

onların beynəlxalq iqtisadi münasibətlərdə rolu 

 

7.1. Beynəlxalq şirkətlərin meydana gəlməsinin nəzəri əsasları,  



onların mahiyyəti və formaları 

 

 

Beynəlxalq  şirkətlərin  yaranması  dünya  iqtisadiyyatının  və  beynəlxalq  iqtisadi 



münasibətlərin  inkişafının  qanunauyğun  nəticəsi  olmaqla  yanaşı,  onların  inkişafının  güclü 

amili kimi də çıxış edir. 

 

XX  əsrin  sonlarında  beynəlxalq  şirkətlər  dünya  iqtisadiyyatının  və  beynəlxalq 



iqtisadi  münasibətlərin  inkişafının  vacib  elementlərindən  birinə  çevrilmişdilər.  son 

onilliklərdə  onların  sürətli  inkişafı  istehsalın  və  kapitalın  beynəlmiləlləşməsi  proseslərini, 

dünya  təsərrüfatı  əlaqələrinin  qloballaşmasını  əks  etdirir.  Beynəlxalq  şirkətlər  dünya 

iqtisadiyyatının “lokomotivləri” rolunu oynamağa başlayırlar. 

Beynəlxalq  şirkətlər  bir  tərəfdən  sürətlə  inkişaf  edən  beynəlxalq  iqtisadi 

münasibətlərin məhsulu olsa da, digər tərəfdən ona güclü təsir mexanizmi kimi də çıxış edir. 

Beynəlxalq iqtisadi münasibətlərə aktiv surətdə təsir göstərməklə beynəlxalq şirkətlər  yeni 

münasibətlər formalaşdırır, artıq formalaşmış münasibətlərin mahiyyətini isə dəyişirlər. 

 

Dünya  inkişafının  təcrübəsi  göstərir  ki,  istehsalın  beynəlmiləlləşməsi  prosesi 



beynəlxalq  şirkətlərin  yaranmasına  təkan  verən  əsas  amil  olmuşdur.  Bu  prosesin  əsasında 

ardıcıl beynəlmiləlləşmə modeli durur ki, onu da Sxem 9.1-də görmək olar. 

 

 

Sxem 9.1 

İstehsalın ardıcıl beynəlmiləlləşməsi modeli 

 

Mənşə ölkəsində kapital qoyuluşları və 



idarəetmənin nəticələri 

100% 


 

 

 



 

 

 



Xarici müəssisə 

Firma markasının 

ötürülməsi (françayzinq) 

Lisenziyaların ötürülməsi 

Əmtəə ixracı 


 

2

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



100% 

Təyinat ölkəsində kapital qoyuluşları və  

idarəetmənin nəticələri 

 

 



Xaricdə  satışın  genişləndirilməsinə  və  istehsalın  təşkilinə  yönəlmiş  bu  model 

beynəlmiləlləşmənin tarixən və məntiqi olaraq birinci forması - əmtəə ixracının beynəlxalq 

sahibkarlıq  fəaliyyətinin  yeni  formaları  –  lisenziyaların,  ticarət  markasının  ixracı,  birbaşa 

xarici investisiyalar ilə ardıcıl tamamlanmasını əks etdirir. 

Ümumilikdə  beynəlxalq şirkətlər  bir sıra  amillər kompleksinin təsiri altında  yaranır 

ki, onların da sırasına aşağıdakıları aid etmək olar: 

 

məhsuldar qüvvələrin inkişafı əsasında istehsalın və kapitalın beynəlmiləlləşməsi; 



 

kapitalın xaricə ekspansiyası, xaricdə müəssisə və filialların yaradılması; 



 

yüksək gəlirin əldə edilməsinə yönəlmiş səylər; 



 

beynəlxalq  və  milli  masştabda  istehsalın  və  kapitalın  təmərküzləşməsinə  aparan 



kəskin rəqabət; 

 



geoiqtisadi sərhədlərin əhəmiyyətinin azalması. 

Beynəlxalq şirkətlərin yaranması birbaşa xarici investisiyalar ilə birbaşa əlaqədardır. 

Dünya  təcrübəsində  beynəlxalq  şirkətə  müxtəlif  dünya  ölkələrinə  birbaşa  investisiyaları 

həyata keçirən iri şirkətin struktur təşkili forması kimi baxılır. Beynəlxalq şirkətin birbaşa 

xarici  investisiyasının  nəticəsi  müxtəlif  ola  bilər.  Bu  zaman  birbaşa  qeyri-rezident 

sərmayəçinin  50%-də  az  paya  malik  olduğu  xarici  müəssisə,  onun  payının  50%-i  keçdiyi 



qız firması və ya tam olaraq ona məxsus olan xarici filial yarana bilər. 

 

Beynəlxalq şirkətləri kapitalın mənşəyinə görə şərti olaraq üç qrupa bölmək olar.  



 

3

 



 

Transmilli şirkətlər baş şirkəti bir ölkənin kapitalına məxsus olan, filialları isə bütün 

dünya üzrə səpələnən şirkətlərə deyilir. Onlar kapitalına görə milli, fəaliyyətlərinə görə isə 

beynəlməliləldirlər. 

 

Çoxmilli şirkətlər dedikdə baş şirkəti iki və ya daha çox ölkənin kapitalına məxsus 

olan,  filialları  isə  müxtəlif  ölkələrdə  yerləşən  şirkətlər  başa  düşülür.  Bu  şirkətlər  həm 

kapitallarına, həm də fəaliyyət sferalarına görə beynəlmiləldirlər. 

Ümüncü qrupa isə beynəlxalq kartelləri aid edirlər. bu zaman firmalar vahid ticarət 

siyasəti  həyata  keçirmək  üçün  birləşirlər.  Onlar  satış  bazarının  bölüşdürülməsi  və  öz 

məhsullarına minimal qiymətlərin müəyyənləşdirilməsi üzrə razılığa gəlirlər. 

 

Transmilli  (TMŞ)  və  çoxmilli  (ÇMŞ)  şirkətlərə  beynəlxalq  şirkətlərin  mövcudluğu 



forması  kimi  baxılır.  Beynəlxalq  şirkətlərin  iki  yerə  bölünməsi  isə  kifayət  qədər  şərtidir, 

çünki onların əsas keyfiyyət əlaməti kimi baş şirkəti neçə ölkənin kapitalının yaratdığı deyil, 

şirkətlərin  fəaliyyətinin  beynəlmiləl  xarakteri  çıxış  edir.  Çox  zaman  isə  TMŞ  və  ÇMŞ-lər 

sinonimlər kimi istifadə olunurlar. Lakin, TMŞ anlayışı daha çox yayılmışdır. 

Yuxarıda deyilənlərin kontekstində birbaşa xarici investisiya əsasında yaradılmış bir 

xarici filiala sahib olan şirkətləri belə beynəlxalq hesab etmək olar. 

Bununla  belə,  beynəlxalq  şirkətlərin  müəyyən  edilməsinin  bir  neçə  variantı 

mövcuddur.  TMŞ  üzrə  BMT  komissiyası  beynəlxalq  şirkətlər  kateqoriyasına  aşağıdakı 

əlamətlərə malik şirkətləri aid edir: 

 



hüquqi forması və fəaliyyət sferasından asılı olmayaraq iki və  ya daha artıq ölkədə 

təsərrüfat vahidlərinə malik olanlar; 

 

bir  rəhbər  mərkəz  vasitəsilə  razılaşdırılmış  siyasət  və  ümumi  strategiya  həyata 



keçirməyə imkan verən sistem çərçivəsində fəaliyyət göstərənlər; 

 



şirkətin  ayrı-ayrı  vahidləri  mülkiyyət  vasitəsilə  və  ya  digər  şəkildə  elə  cür  əlaqədə 

olmalıdır  ki,  bu  vahidlərdən  biri  və  ya  daha  artığı  digərlərinin  fəaliyyətinə 

əhəmiyyətli təsir göstərir, onlarla biliklərini, təcrübəsini və məsuliyyətini bölüşdürür. 

YUNKTAD-ın sənədlərində transmilli şirkət özünə ana şirkəti və onun filiallarını aid 

edən  səhmdar  və  ya  özəl  şirkət  kimi  göstərilir.  Bu  zaman  ana  şirkət  yerləşdiyi  ölkədən 

kənarda aktivləri və ya digər vahidləri idarə edən müəssisədir. 

TMŞ-lərin əsas əlaməti kimi onların fəaliyyətinin beynəlxalq xarakter kəsb etməsini 

göstərmək lazımdır. TMŞ-lər aşağıdakı əsas cəhətlərlə xarakterizə olunurlar: 



 

4

 



 

TMŞ-lər dünya təsərrüfatının inkişafının, beynəlxalq əmək bölgüsü prosesinin aktiv 



iştirakçısıdır; 

 



bu  şirkətlər  üçün  kapitalın  hərəkətinin  milli  sərhədlərdə  mövcud  olan  maneələrdən 

nisbi müstəqilliyi xarakterikdir; 

 

TMŞ-lər  bir  çox  dünya  ölkələrində  öz  əməliyyatlarını  həyata  keçirməklə  dünya 



təsərrüfat əlaqələrinin tənzimlənmsində iştirak edirlər. 

Dünya  praktikasında  isə  beynəlxalq  şirkət  dedikdə  doğrudan  da  dünya  əmtəə  və 

istehsal  amilləri  bazarlarına  əhəmiyyətli  təsir  göstərə  bilən  iri  şirkətlər  başa  düşülür.  Bir 

qayda olaraq onların sırasına aşağıdakılara malik şirkətlər aid edilir: 

 

satışın illik həcmi 1 milyard ABŞ dollarından az olmamalıdır; 



 

ümumi dövriyyənin 1/5-dən 1/3-nə qədəri xarici əməliyyatların payına düşür; 



 

xarici aktivlərin payı 25%-dən az deyildir



 

ən azı altı ölkədə filialları mövcuddur. 



Beləliklə,  beynəlxalq  şirkətlərin  əsas  keyfiyyət  əlaməti  kimi  birbaşa  xarici 

investisiyalar  prosesi  çıxış  edir.  Bununla  əlaqədar,  beynəlxalq  şirkətlərin  yaranması 

prosesini  xaricdə  birbaşa  investisiyaların  yerləşdirilməsinin  motivləri  (satış  bazarlarının 

genişləndirilməsi, ucuz resurslara çıxışın əldə edilməsi, mülkiyyətin alınması) ilə izah etmək 

olar. 

Bununla  yanaşı,  bu  zaman  beynəlxalq  sahibkarlıq  fəaliyyətinin  daha  konkret  motiv 



və məqsədlərini də nəzərə almaq lazımdır. 

Transmilli  xərclər  nəzəriyyəsinə  görə,  istehsalın  beynəlmiləlləşməsinin  ən  vacib 

stimulu kimi ana və xarici firmaların resurs potensialının (əsas fondlar, kadrlar, nou-haular) 

konkret xüsusiyyətləri çıxış edir. 

1980-ci  illərdən  etibarən  xarici  istehsalın  inkişafının  izahı  üçün  əsasən  perspektivdə 



firmanın  rəqabət  üstünlüklərinin  təmin  edilməsi  motivindən  çıxış  edirlər.  Bu  zaman 

rəqabət  qabiliyyətlilik  potensialına  istehsal  edilən  əmtəə  və  xidmətlərin  keyfiyyət 

xüsusiyyətlərinin yüksəldilməsi üzrə, innovasiya, istehsal və satış potensialının inkişafı üzrə 

ilkin  siqnal  rolunu  oynayan  amillər  kompleksi  kimi  baxılır.Şirkətin  fəaliyyətinin 

səmərəliliyi  birbaşa  olaraq  daxili  və  xarici  korporativ  əlaqələrin  optimallaşdırılması, 

partnyorlarla qarşlıqlı fəaliyyətin daha səmərəli zəncirinin seçimi ilə əlaqələndirilir. 

Baş  firma  və  onun  xarici  filialları  arasında  qarşılıqlı  faydalı  uzunmüddətli  işgüzar 

əlaqələrin məcmu müsbət potensialı aşağıdakılardan irəli gəlir: 



 

5

 



 

nəqliyyat xərclərinin qənaətinə imkan verən qarşılıqlı çatdırma sisteminin inkişafı; 



 

şaquli əlaqələr əsasında ümumi satış şəbəkəsinin təşkil edilməsi; 



 

ümumi  inkişaf  strategiyası  və  idarəetmə  sistemi  çərçivəsində  maliyyə,  kadr, 



informasiya resursları ilə mübadilə

 



şirkətin  gəlirlərinin  məqsədəmüvafiq  differensasiyası  məqsədilə  şirkətdaxili 

qiymətlərin və əmək münasibətlərinin harmonlaşdırılması; 



Maliyyə  idarəetməsi  nəzəriyyəsinə  görə  xarici  istehsalın  mövcudluğu  aşağıdakılara 

gətirir: 

 

idarəetmə  funksiyalarının  bir-birini  təkrarlamasının  aradan  qaldırılması,  bu 



funksiyaların  mərkəzləşdirilməsi  və  məhsulu  satışına  sərf  edilən  xərclərin 

azaldılmasına hesabına qənaət; 

 

masştab effekti hesabına qənaət; 



 

şirkətdaxili  bölmələrin  sərbəst  pul  vəsaitlərindən  müəyyən  müddət  istifadə 



imkanlarının artması; 

 



korporativ  risqlərin  azaldılması  və  uzunmüddətli  rəqabət  üstünlüklərinin  əldə 

edilməsi məqsədilə istehsalın diversifikasiyası. 

Beynəlxalq  şirkətlərin  xarici  sahibkarlıq  fəaliyyətlərinin  yuxarıda  sadalanan  nəzəri 

əsaslandırmalarının demək olar ki, hamısında transfert qiymətlərindən istifadə edilməsi ilə 

transmilli xərclərin azaldılması xüsusi yer tutur. 

Transfert  qiymətləri  beynəlxalq  şirkətlərin  daxili  ticarətdə  istifadə  etdikləri  və  öz-

özünə  deyil  (tələb  və  təklifin  təsiri  altında),  şirkətin  strateji  məqsədlərindən  çıxış  edilərək 

müəyyən edilən daxili şərti hesablaşma qiymətləridir. Bununla əlaqədar, bu qiymətlər tətbiq 

məqsədlərindən  və  rəqabət  şəraitindən  asılı  olaraq  dünya  qiymətlərindən  bu  və  ya  digər 

istiqamətə fərqlənə bilərlər. 

Transfert  qiymətlərinin  beynəlxalq  şirkətlərin  firmadaxili  ticarətində  tətbiqinin  əsas 

məqsədləri kimi aşağıdakıları göstərmək olar: 

 



bazarda inhisar mövqeyinin qorunması; 

 



yeni satış bazarlarının əldə edilməsi; 

 



vergi və gömrük rüsumlarının minimumlaşdırılması; 

 



valyuta  nəzarətindən  yan  keçmə,  valyuta  möhtəkirliyi,  zəif  valyutadan  güclü 

valyutaya konvertasiya; 

 

inflyasiya templərində olan fərqdən istifadə



 

6

 



 

mənfəətin köçürülməsi yolu ilə xarici filialın maliyyə vəziyyətinə təsir etmə; 



 

qız firma tərəfindən mənfəətin real səviyyəsinin gizlədilməsi və s. 



TMŞ-lərin fəaliyyətinin genişlənməsi həm üfiqi, həm də şaquli istiqamətdə baş verir. 

Üfiqi  istiqamətdə  fəaliyyət  göstərən  xarici  filiallar  ana  şirkətin  istehsal  etdiyi  məhsul 

çeşidinə tam və ya qismən uyğun məhsullar istehsal edirlər. bu cür hərəkət etməklə TMŞ-lər 

ekspansiyanı  həyata  keçirir,  yəni  gömrük  və  qeyri-gömrük  maneələrini  aşmaqla  xarici 

bazara daxildən girirlər. müxtəlif ölkələrdə filiallara malik olmaqla TMŞ-lər milli bazarların 

spesifik  şərtlərinə  asanlıqla  uyğunlaşırlar.  Ekspansiyanın  üfiqi  forması  yüngül  və  yeyinti 

sənayesində daha geniş yayılmışdır. 

TMŞ-lərin  şaquli  ekspansiyası  ana  şirkət  və  ya  onun  məhsullarının  alıcıları  üçün 

xammal  təchizatçısı  rolunu  oynayan  filialların  yaradılmasını  nəzərdə  tutur.  Məsələn,  neft 

sənayesində filiallar neft hasil edərək onu ana şirkətə göndərir, o isə öz növbəsində həmin 

nefri emal edərək hazır neft məhsullarını öz filiallarına göndərir. 

Öz filiallarını idarəetmə formasına görə TMŞ-ləri şərti olaraq üç tipə bölmək olar. 

Birinci  tip  TMŞ-ləri  idarəetmə  xarakterinə  görə  ekomərkəzçi  hesab  etmək  olar.  Bu 

idarəetmə  sistemi zamanı ana  şirkət xarici filiallar üzərində  sərt  idarəetmə  nəzarəti həyata 

keçirir və bu filiallara ana şirkətin yerləşdiyi ölkənin nümayəndələri rəhbərlik edirlər (yəni, 

əgər  TMŞ-nin  baş  ofisi  ABŞ-da  yerləşirsə,  onda  onun  filiallarına  amerikanlar  rəhbərlik 

edirlər). 

İkinci tip TMŞ-lər polimərkəzçi idarəetmə formasını nəzərdə tutur. Bu zaman xarici 

filiallara əhəmiyyətli hüquqlar verilir və onlar yarıavtonom rejimdə fəaliyyət göstərirlər. 

Son  zamanlar  xarici  filialların  idarəedilməsində  filialların  tam  surətdə  avtonom 

fəaliyyət  göstərmələrinə  üstünlük  verilməyə  başlanmışdır.  Bu  cür  idarəetmə  sistemi 



geomərkəzçi (TMŞ-lərin üçüncü tipi) adını almışdır. Bu idarəetmə üsulu yerli şəraitə daha 

yaxşı uyğunlaşmağa imkan verir. 

XIX  əsrin  sonlarından  etibarən  yaranmağa  başlamış  beynəlxalq  şirkətlər  kifayət 

qədər  uzun  təkamül  yolu  keçmişlər.  Bu  inkişaf  prosesi  zamanı  onların  forma  və  fəaliyyət 

sferalarının prioritetləri, şirkətdaxili strukturları və strategiyaları dəyişmişdir. 

Beynəlxalq  şirkətlərin  yaranmasının  birinci  mərhələsi  (XIX  əsrin  sonu  XX  əsrin 

əvvəli)  sənaye  inhisarlarının  transmilli  fəaliyyəti  ilə  əlaqədardır.  Bu  inhisarlar 

müstəmləkələrin  xammal  bazalarını  öz  maraqlarına  daxil  edərək  onların  siyasi  asılılıq 



 

7

 



münasibətlərini  iqtisadi  asılılıqla  tamamladılar.  Onlar  öz  əlaqələri  ilə  bir  çox  ölkələri 

birləşdirdilər və son nəticədə dünya kapitalist təsərrüfatının yaranmasına gətirib çıxardılar. 



İkinci  mərhələ  (iki  dünya  müharibəsi  arasındakı  dövr)  ikinci  dünya  müharibəsinə 

hazırlığın,  hərbi  məqsədlərə  yönəlmiş  dövlət  xərclərinin  artımının  beynəlxalq  şirkətlərin 

hərbi-sənaye TMŞ-lər formasında inkişafına gətirib çıxarması ilə xarakterizə olunur. 

Üçüncü mərhələ (1950-ci illər) zamanı həm baş şirkətin mənşə kapitalı üzrə, həm də 

fəaliyyət  sferası  üzrə  inteqrə  olunan  beynəlxalq  şirkətlər  intensiv  surətdə  inkiaş  etmişlər. 

1960-cı  illərə  qədər  istehsalın  inteqrasiyası  həm  üfüqi,  həm  də  şaquli  istiqamətdə  getmiş, 

xammal  dünya  bazarları  ilə  yanaşı,  sənaye  əmtəələrinin  dünya  bazarları  yaranmışdır. 

Bazarın  əldə  edilməsi,  sənayecə  inkişaf  etmiş  ölkələrin  yüksək  həyat  standartlarına  malik 

istehlakçıları üçün kütləvi tələb əmtəələrinin istehsalı və çirkli və əməktutumlu istehsalların 

inkişaf  etməkdə  olan  ölkələrə  köçürülməsi  beynəlxalq  şirkətlərin  inkişafının  strateji 

məqsədlərinə çevrildi. 



Dördüncü mərhələdə (1960-1970-ci illər) beynəlxalq şirkətlər elmi-texniki inqilabın 

nailiyyətlərindən, istehsalın ölkələrarası kooperasiyasının üstünlüklərindən və öz ölkələrinin 

hökumətlərinin dəstəyindən istifadə edərək əsasın öz fəaliyyətlərinin xarici iqtisadi sferasına 

istiqamətləndilər.  Bu  sfera  onların  əsas  gəlir  mənbəsinə  çevrildi.  Bu  dövrdə  beynəlxalq 

şirkətlərin xarici filial və müəssisələri ana şirkətlə istehsal, satış, idarəetmə sferasında vahid 

standart  və prinsiplər üzrə işləyərək  qəbuledici ölkələrdə formalaşmış mənfi münasibətləri 

(bu münasibətlər onlardan bir çoxunun milliləşməsinə gətirib çıxarmışdı) aradan qaldırmağa 

və  bu  ölkələrin  milli  iqtisadiyyatlarının  üzvi  hissəsi  olmağa  səy  göstərirdilər.  Bir  çox 

beynəlxalq şirkətlər bu məqsədlə çirkli istehsalın inkişaf etməkdə olan ölkələrə köçürülməsi 

strategiyasından  imtina  etdilər,  milli  kadrlardan  istifadə  edərək  elmi-texniki  inqilabın 

nailiyyətlərinin  bu  ölkələrə  gətirilməsinə  yardım  etməyə  başladılar.  Onlar  yerli  firmalarla 

əməkdaşlıq əlaqələri quraraq sonradan onları öz tərkiblərinə daxil etməyə başladılar. 

Bu mərhələdə beynəlxalq şirkətlər keyfiyyətcə vacib digər cəhətləri də əldə etməyə 

başladılar: 

 

dəqiq sahə orientasiyasından imtina edildi



 

sənaye kapitalı maliyyə və ticarət, elm kapitalı ilə daha sıx birləşməyə başladı; 



 

istehsalın  unifikasiyası  və  standartlaşdırılması,  elmi-texniki  tədqiqat  prosesləri 



aktivləşdi. 

 

8

 



Beynəlxalq  şirkətlər  yuxarıda  sadalananların  bazasında  beynəlxalq  istehsal 

kompleksinə çevrildilər. 

Müasir beşinci mərhələdə (1980-ci illərdən indiyə qədər) beynəlxalq şirkətlərin yeni 

forması – qlobal şirkətlər meydana gəlmişdir. Onların keyfiyyət fərqləri aşağıdakılardır: 

1)

 

Onlar ümumdünya qlobal strategiya çərçivəsində fəaliyyət göstərirlər. Bu strategiya 



dünya bazarının ayrı-ayrı seqmentlərinin əldə edilməsinə deyil, istehsal və məhsulun 

reallaşdırılmasında əsas dünya təsərrüfatı mövqelərinin əldə edilməsinə yönəlmişdir. 

Bu  strategiyaya  istehsal,  elmi-texniki  tədqiqatlar  və  onların  nəticələrinin  əyani 

tətbiqi,  korporativ  idarəetmə,  əmtəə  və  xidmətlərin  yeni  növlərinin  istehsalı,  qlobal 

marketinq və satışdan sonrakı xidmət, istehlakçılarla (real və potensial) daimi əlaqə 

aiddir. 


2)

 

Onları istehsalın qlobal amillərindən (kapital, işçi qüvvəsi, təbii resurslar, sahibkarlıq 



bacarıqları)  istifadə  edirlər.  Hesablamalar  göstərir  ki,  dünyanın  ən  iri  350  şirkəti 

qlobal  potensialın  40%-ni  və  texnoloji  yeniliklərin  80%-ni  öz  əllərində 

cəmləşdirmişlər. 

3)

 



Onlar dünya ölkələrinin əksəriyyətində yerləşən qlobal beynəlxalq istehsal sistemini 

yaratmışlar. 

Qərbin  elm  dairələrində  dünya  iqtisadiyyatının  transmilliləşməsinin  bir  sıra 

konsepsiyaları mövcuddur. Onların arasında üç ən populyarını ayırmaq olar. 



Böyük  Britaniya  professoru  C.Danninqin  “Firma  artımı”  nəzəriyyəsi.  Redinq 

Universitetinin  (Böyük  Britaniya)  professoru  C.Danninqin  nəzəriyyəsinin  mahiyyəti 

firmanın müvəffəqiyyətli fəaliyyəti ilə xarici bazara çıxış arasında birbaşa əlaqənin mövcud 

olmasından ibarətdir. Bu nəzəriyyəyə görə, əgər bazar genişlənirsə, deməli firma da artmalı 

və  inkişaf  etməlidir.  Əgər  firmanın  artımı  dayanırsa  o,  sadəcə  məhv  olur.  Lakin  əmtəə 

bazarında daim mövcud olma proteksionizm səbəbindən çox çətindir. Buna görə də, firma 

xaricdə kapital qoyuluşu həyata keçirməli, özünün filiallarını açmalıdır. 

Amerika  iqtisadçıları  R.Vernon  və  S.Haylerin  “Məhsulun  həyat  dövrü” 

nəzəriyyəsi.  Bu  iqtisadçılar  TMŞ-ləri  formalaşmasının  zəruriliyi  konsepsiyasını  irəli 

sürmüşlər.  Bu  konsepsiya  yeni  məhsulun  mənimsənilməsi  səviyyəsindən  asılı  olaraq 

istehsalın ana şirkətdən xaricdə yerləşən qız filiallarına keçidini əks etdirir. Istehsalın bütün 

dövrü üç mərhələyə bölünür: 



 

9

 



 

Ekstremal  mərhələ.  Bu  mərhələdə  yeni  məhsul  mənimsənilir.  Məhsul  tələbin 



elastiklik səviyyəsi aşağıdır və buna görə də istehsala adətən daha çox inkişaf etmiş 

ölkələrdə (ABŞ, Yaponiya, Almaniya və s.) başlanılır; 

 

Yetkinlik  mərhələsi.  Yeni  məhsulun  istehsalının  inkişaf  etməsi  ilə,  onun 



standartlaşması  və  istehsal  dəyərinin  aşağı  düşməsi  ilə,  bu  əmtəə  istehsalı  digər 

inkişaf etmiş ölkələrdə də təşkil olunur; 

 

İstehsalın  əyalətləşməsi.  Digər  ölkələr  də  əmtəə  istehsalı  texnologiyasını 



mənimsədikcə,  əmtəə  daha  aşağı  xərclərin  mövcud  olduğu  inkişaf  etməkdə  olan 

ölkələrdə də istehsal olunmağa başlayır. 



Kanada iqtisadçısı A.Raqmenin “Beynəlmiləlləşmə nəzəriyyəsi”. Bu iqtisadçı hesab 

edir  ki,  xarici  bazar  amillərinin  təsirini  aradan  qaldırmaq  üçün  TMŞ-lər  digər  ölkələrdə 

filiallar  açmaqla  “özlərinin”  xarici  bazarlarını  yaradırlar.  Bu  halda  ana  şirkət  və  onun 

filialları  arasında  ticarət  dünya  qiymətləri  ilə  deyil,  müqavilə  sazişləri  əsasında  həyata 

keçirilir ki, bu da istehsalın səmərəliliyinə müsbət təsir göstərir. 

Beynəlxalq  şirkətlərin  inkişafının  müasir  mərhələsi  təkcə  qlobal  şirkətlərin  peyda 

olması ilə deyil, həmçinin fəaliyyətin təşkilində meydana gələn keyfiyyət dəyişiklikləri ilə 

də xarakterizə olunur: 

1.

 

Elmi-texniki  inqilab  və  kəskin  rəqabət  şəraitində  onların  fəaliyyətinin  əsas  məqsədi 



maksimal  mənfəət  əldə  etmək  deyil.  Bu  göstərici  prioritetinə  görə  hazırda  5-6-cı 

yerdə 


durur. 

Əsas 


məqsəd 

maliyyə 


davamlılığının 

və 


“bazarın 

maksimumlaşdırılması”nın təmin edilməsidir. 

2.

 

Şirkətin vahid qlobal strategiyası çərçivəsində istehsal və satışın qlobal şəbəkəsinin 



yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  zaman  beynəlxalq  şirkətlər  istehsalın 

tam  tsiklini  bir  ölkədə  yaratmaqla  qane  olmayaraq  qlobal  şəbəkənin  hər  bir 

müəssisəsini  ayrı-ayrı  detal  və  komponentlərin  daha  rasional  istehsalında 

ixtisaslaşdırmağa  səy  göstərirlər.  Bu  zaman  son  yığım  prosesi  daha  sərfəli  yerdə 

yerləşən müəssisələrdə həyata keçirilir. 

3.

 



Beynəlxalq  şirkətlər  çərçivəsində  beynəlxalq  əmək  bölgüsünün  masştabının 

genişlənməsi  şirkətin  dünyanən  müxtəlif  hissələri  üzrə  səpələnmiş  bölmələrinin 

istehsal, tədqiqat, satış və s. fəaliyyətlərinin üfüqi və şaquli inteqrasiyasına əsaslanır. 

4.

 



Beynəlxalq  şirkətlər  tərəfindən  yaradılan  maddi  və  qeyri-maddi  beynəlxalq  istehsal 

da  yeni  keyfiyyətlər  əldə  etmişdir.  Son  onillikdə  beynəlxalq  şirkətlərin  xidmət 



 

10

 



sferasına, o cümlədən informasiya, reklam, konsaltinq xidmətlərinə, elmin inkişafına 

birbaşa xarici investisiyaları intensiv surətdə artır. 

5.

 

Beynəlxalq  şirkətlərin  hasilat  sənayesinin  inkişafında  həyata  keçirdikləri  strategiya 



maddi,  maliyyə  və  insan  resurslarının  keyfiyyətcə  yeni  (qlobal)  kombinasiyasına 

əsaslanır  və  əməyin  məhsuldarlığının  yüksəldilməsinə  və  istehsalın  səmərəliliyinin 

artırılmasına  yönəldilmişdir.  Bəzi  qiymətləndirmələrə  görə,  2025-ci  ildə  hasilat 

sənayesinin  payı  dünya  ÜDM-nin  10%-ni  keçməyəcək,  lakin,  istehsalın 

səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək. 

6.

 



Beynəlxalq şirkətlərin bölmələri arasında şirkətdaxili ticarət intensiv surətdə inkişaf 

edir. O, hazırda bütün dünya ticarətinin 1/3-ni təşkil edir. 

7.

 

Beynəlxalq  şirkətlər  tərəfindən  kapital  ixracı  təkcə  xarici  filialların  sayının 



artırılmasına  deyil,  həm  də  müxtəlif  ölkələrdə  istehsalın  təşkil  və  texnologiyasında 

olan  fərqlərin  aradan  qaldırılmasına  yönəlmişdir.  Şirkətin  məhsul  və  xidmətlərinin 

keyfiyyəti istehsal yerindən asılı olmayaraq dünya standartlarına uyğun olmalıdır. 

8.

 



Beynəlxalq  şirkətlər  texnologiyaların  işlənməsi,  ötürülməsi  və  istifadə  edilməsini 

adətən  qapalı  korporativ  struktur  çərçivəsində  həyata  keçirirlər.  Eyni  zamanda, 

rəqabət mübarizəsində meydana gələn risqlərin azaldılması üçün birgə elmi-tədqiqat 

mərkəzləri  və  proqramları  yaradılır,  digər  şirkətlərlə  (həm  partnyor,  həm  də  rəqib) 

kəsişmə lisenziyalaşdırılması həyata keçirilir. 

9.

 



Beynəlxalq  şirkətlər  fəaliyyət  formalarının  diversifikasiyasını  həyata  keçirirlər. 

Xarici iqtisadi fəaliyyətin hibrid və ya kompleks formaları ən səmərəli forma hesab 

edilirlər.  Dünya  praktikasında  “lifreksdinq”  –  lisenziyalarla  mübadilə,  françayzinq, 

əmtəə  ixracı  və birbaşa  xarici investisiyaların kompleks  birləşməsi  –  getdikcə daha 

çox  yayılır.  Qeyri-maddi  istehsal  sferasında  xarici  iqtisadi  fəaliyyətin  müəəyn 

növündə (maliyyə, satış, idarəetmə, sığorta və s.) ixtisaslaşma meyli də gözə çarpır. 

10.

 

 Müxtəlif milli və beynəlxalq mərkəzlərə məxsus beynəlxalq şirkətlərin birləşməsi və 



qovuşması  və  onların  strateji  sistem,  ailə,  alyans  formalarında  qarşılıqlı 

fəaliyyətlərinin güclənməsi baş vermişdir. 

11.

 

 Dünyanın üçqütblü modelinə uyğunlaşmağa səy göstərən beynəlxalq şirkətlər ABŞ – 



Qərbi Avropa  – Yaponiya triadasının hər  bir mərkəzində ən azı bir iri koordinator-

müəssisənin fəaliyyətini təşkil etməyə çalışırlar. 



 

11

 



Beləliklə,  müasir beynəlxalq  şirkətlər  öz  fəaliyyət sferalarına  görə  beynəlmiləl olan 

iri sənaye-maliyyə birləşmələridir. Onlar dünya masştabında mərkəzləşdirilmiş planlaşdırma 

və  idarəetmə  prinsipi  üzrə  qurulmuşlar  və  dünya  ticarəti,  kapital  qoyuluşları, 

texnologiyalarla mübadilə, istehsal və elmi-texniki əməkdaşlıq, işçi qüvvəsinin miqrasiyası 

proseslərində  aktiv  surətdə  iştirak  edirlər.  Onlar  beynəlxalq  əmək  bölgüsünün  obyektiv 

meyllərindən  aktiv  surətdə  istifadə  etməklə  dünyada  gedən  beynəlmiləlləşmə  prosesini 

gücləndirir,  ümumdünya  əmək  bölgüsündə  yeni  sxemlərin  meydana  gəlməsinə  təkan 

verirlər. 

 

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə