Nəqliyyatda qəzaların yaratdığı ekoloji problemlər.
Nəqliyyatın işi zamanı ekoloji təhlükə. Nəqliyyat prosesləri ekoloji cəhətdən təhlükəli proseslərə aiddir, yəni ekosistemlərin bioloji, mexaniki və fiziki-kimyəvi çirklənmələrinə səbəb olur və onun tərkib hissələrinə ekoloji zərər vurur.
Ən böyük təhlükə nəqliyyatın istismarı qəza rejimlərinə keçdikdə yaranır. Onlar hərəkət tərkibinin və avadanlığın çox yeyilməsi, köhnəlmiş texnologiyalardan istifadə olunması, buraxma və daşıma qabiliyyətinin buraxıla bilən həddinin aşılması, hərəkət sürəti rejimlərinin, həmçinin nəqliyyat prosesləri iştirakçılarının davranışına təsir edən subyektiv amillərin nəzərə alınmaması səbəbindən yaranır.
Nəqliyyatın əhalinin sağlamlığına və təbiət komplekslərinə mənfi təsiri |müddətinin uzunluğuna görə iki növ ekoloji təhlükə ayırd edilir:
Daimi mövcud olan ekoloji təhlükə nəqliyyat kompleksinin adi fəaliyyətininl nəticəsidir. O təbii səviyyə ilə müqayisədə nəqliyyat magistralları boyunca atmosferin, su obyektlərinin, torpaq örtüyünün çirklənmə səviyyəsinin yüksək olması ilə özünü göstərir.
Qısa müddətli ekoloji təhlükə qəza vəziyyətlərində meydana çıxır, bu zaman atmosferin, suyun, torpağın çirklənməsi, bmjgpın ölümü və başqa hadisələr baş verir. Təhlükəli yüklərin daşınması zamanı bu daha çox büruzə çıxır. Ekoloji təhlükə ekoloji riskin səviyyəsi ilə birbaşa bağlıdır.
Dostları ilə paylaş: |