Etnik təmsilçiliyin/həssaslığın dövlət mediasına və ya media lisenziyalaşdırmasına daxil edilməsi;ABŞ nümunəsində: Bu tələb ABŞ-da qismən yerinə yetirilir. Belə ki,dövlətə məxsus media vasitələrində etnik təmsilçiliyə dəstək verilsə də, özəl me-dia şirkətlərinin lisenziyalaşdırılması zamanı bu tələb gözardı edilir. Tənqidçilər hesab edir ki, Federal Kommunikasiya Komissiyası lisenziya alan özəl media şirkətlərinə belə tələb qoysa da, bu tələb sözdə qalır.
Qanunla və ya məhkəmənin qərarı ilə qəbul olunmuş geyim for-malarından azadolmaların tətbiq edilməsi;
ABŞ-da multikulturalizmin spesifik modeli artıq XX əsrin 60-70-ci illərində mütləq şəkildə Amerika cəmiyyətinin ideoloji konstruksiyasına çevrildi. Bu diyarda da multikulturalizm kənardan gətirilmiş siyasi məsələ, sosial problem deyildi. Müxtəlifliklər, fərqliliklər məsələsi kimi multikulturalizm, əzəli olaraq Amerika ənənələrinin öz təbiətində qərar tutmuşdu. Lakin ABŞ-da multikulturalizm əlavə rənglərlə və çalarlarla seçilirdi. Kanadadan fərqli olaraq, burada “Əridən qazan”ın sinkretik ideologiyası və plüralist milli identifikasiya (lat.“identifiko” - eyni - etnoqrafiyada və antropologiyada insanın müəyyən millətə mənsubiyyəti) üstünlük təşkil edirdi.
ABŞ etnik-siyasi inkişaf modelinin modifikasiyası olan “Melting pot” Amerika cəmiyyətində və mədəniyyətində özünəməxsus bir etnik-siyasi tərəqqini nəzərdə tutur. “Əridən qazan” siyasəti multikulturalizm prinsiplərinə tamamilə zidd fenomen hesab olunur. Bu termin Britaniya jurnalisti və dramaturqu İzrael Zanqvilin (ing. Israel Zangwill - 1864-1926) eyni adlı “Əridən qazan” pyesindən götürülmüşdür. Pyesin əsas ideoloji məzmunu ondan ibarətdir ki, ABŞ-da müxtəlif xalqların və milli mədəniyyətlərin qarışığından (sintezindən) yeni, vahid “Amerika milləti” yaradılır. Pyesin baş qəhrəmanı, Rusiya imperiyasından ABŞ-a mühacirət edən yəhudi mənşəli gənc Horas Elcer Nyu-York limanına yaxınlaşan immiqrant gəmisinin göyərtəsindən şəhəri görən kimi deyir: ”Amerika tanrının yaratdığı çox böyük əridən bir tiyandır və bu tiyanda Avropadan gələn bütün nəcib xalqlar əriyirlər... Almanlar və fransızlar, irlandlar və ingilislər, yəhudilər və ruslar - hamısı bu özəl tiyana atılır. Beləcə, tanrı Amerika millətini yaradır”. Məlum olur ki, “multikulturalizmin ABŞ modifikasiyası” bütün xalqların və mədəniyyətlərin “vahid Amerika kimliyi” ideyası altında assimilyasiyasını, yəni 100% amerikanlaşdırılmasını nəzərdə tutur.
Əsas məlumat üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ing.United States of America) Şimali Amerikada 1776-cı ildə yaradılmış müstəqil, demokratik, 50 ştatdan və 1 Kolumbiya dairəsindən ibarət olan federativ dövlətdir. Ərazisi 9 519 431 km2 , əhalisi 325 milyon nəfərdir (2016). Paytaxtı Vaşinqton şəhəridir. ABŞ-ın gerbində Qədim Roma siyasətçisi və filosofu Mark Tulliy Siserona (lat. Marcus Tullius Cicero – e.ə. 106-43) məxsus bu sözlər yazılıb:“E pluribus unum” (“Çoxluqlardan yaranmış vəhdət”). Beləliklə, ümumi cizgilərdə ABŞ-da həyata keçirilən etnik siyasəti “Əridən qazan”, yaxud “Əridən tiyan” adlandırmaq qəbul
olunmuşdur. Bu isə XX əsr ərzində Amerika mədəni mühitində, dövlət səviyyəsində həyata keçirilən etnik inkişaf modelidir. Sözügedən etniksiyasi paradiqmaya görə, Amerika milli kimliyinin formalaşması ölkədə təmsil olunan bütün xalqların “mədəni və bioloji cəhətdən bir-birinə tam qarışması” düsturu üzrə baş verməlidir. Bununla əlaqədar “Əridən tiyan” ifadəsi XX əsrdə Amerikanın digər əsas simvolları ilə yanaşı ölkənin ən populyar milli simvoluna çevrilmişdir. “Əridən tiyan” konsepsiyası multikulturalizm siyasətinin antipodu sayılır. Lakin dərindən təhlil edərkən, bu konsepsiyanın assimilyasiya siyasəti olmadığı və çoxlu sayda üstünlüklərə və əsl mütərəqqi dəyərlərə malik olduğu məlum olur. “Əridən tiyan” modeli ABŞ-da XX əsrin 20-ci illərində I Dünya müharibəsinin törətdiyi fəsadlarla əlaqədar Avropadan, Afrikadan və Asiyadan ölkəyə miqrantların kütləvi axınları ilə əlaqədar formalaşmağa başlamışdı. Yeni şəraitdə isə Amerika cəmiyyəti ingilissakson konformizminin (lat. conformism - uyğun gələn, oxşar - siyasətdə uyğunlaşma, yaxud razılaşma mənasında işlədilir) hökmranlığı şəraitində artıq inkişaf edə bilməzdi. Dövrün tələblərinə uyğun olaraq, “yeni siyasi millətin” formalaşdırılması kimi zərurət gündəmə gəlmişdi. Qeyd etmək lazımdır ki, hələ “Amerika inqilabından” (1775-1783) bir müddət sonra ölkədə “amalqamasiya” (lat. amalgama - ərinti, qarışıq) adlanan, çoxlu müxtəlif Avropa xalqlarının və mədəniyyətlərinin azad şəkildə bir-birinə qarışmasını və qovuşmasını, nəticədə isə yeni, vahid Amerika millətinin yaradılmasını nəzərdə tutan etnik-siyasi bir nəzəriyyə meydana gəlmişdi. Beləliklə, “Əridən qazan” metaforası hələ XVIII və XIX əsrlərdə müxtəlif etnosların və millətlərin qovuşmasını və mədəniyyətlərin birbirinə qarışması aktını təsvir etmək üçün işlədilirdi. Bu termin sözügedən dövrlərdə, “Yeni dünyada” çox unikal bir dövlətin təşəkkülü ilə əlaqədar dillərdə əzbər olan “Yeni Yərusəlim”, “Yeni vəd almış torpaq”, “Təpə üzərində şəhər” ifadələri ilə yanaşı işlədilirdi. Amerika ədəbiyyatında isə “əritmək” anlayışına məşhur Hektor Sent-Con de Krevkerin (1735-1813) əsərlərində rast gəlinirdi. Bu yazılarda (“Amerika fermerinin məktubları” - 1784) Con Krevker “Bu amerikalı, bu yeni adam kimdir?” sualına belə cavab verir: “Amerikalı bütün qədim önmühakimələrdan və vərdişlərdən imtina etmiş, yeni həyat tərzindən ən gözəl olan yenilikləri mənimsəyən insandır”. Qeyd etmək lazımdır ki, “Əridən qazan” mexanizmini az qala mürtəce hadisə kimi qiymətləndirən İzrael Zanqvilin nəzəriyyəsi zaman keçdikcə özünü doğrultmadı. Bu gün Amerika milləti yer üzərində ideal etnik birlik prinsipləri olan millətlərdən biridir. “Əridən qazan” adlanan “assimilyasiya dəzgahı” isə millətləri əsla öz mədəniyyətlərini tamamilə unutmuş “manqurtlar həddində bişirmir”. Bu gün ABŞ-da Amerika vətəndaşlığını daşıyan hər kəs, həm öz milli mənsubiyyətinə, həm də amerikalı olduğuna görə eyni qürur hissi keçirir. Bunu, son illərdə əldə olunmuş statistik faktlar da tam sübut edir. 325 milyonluq ABŞ əhalisinin 38 mil-nu afro-amerikalılardan, 12 mil-nu əslən Asiyalı olan amerikalılardan, 34 mil-nu İspaniya mənşəli amerikalılardan, 48 mil-nu almanlardan, 37 mil-nu ingilis-amerikalılardan, 26 mil-nu italyanlardan, 6 mil-nu yəhudilərdən, 5 mil-nu ruslardan, 5 mil-nu ukraynalılardan, 4,5 mil-nu hollandlardan, 1 mil-nu yunanlardan, eləcə də digər millətlərdən ibarətdir.
ABŞ-da ingilis, fransız, ispan və digər dillərin ən populyar dillər olmasına baxmayaraq, amerikalılar gündəlik həyatlarında - evdə, işdə, küçədə 322 dildən istifadə edirlər. Təkcə Kaliforniya ştatında əhali 207 dildə danışır. Vayominqin əhalisi 56, Nyu-Yorkun əhalisi isə 129 dildən istifadə edir.
ABŞ-da etnik-irqi və etnik-mədəni müxtəlifliklərin israrlı şəkildə qorunub saxlanması da danılmaz faktdır. Ölkədə inam və inancla bağlı hüquqlar ölkə konstitusiyasında təsbit olunmuşdur və müqəddəs dəyər kimi qorunur. Burada bütün mövcud dünya dinlərini təmsil edən kilsələr, məbədlər, məscidlər, sinaqoqlar, digər dini xarakterli tikililər mövcuddur.
Beləliklə, Zanqvil və Krevker kimi ədəbiyyatçılar tərəfindən yaradılmış “Əridən tiyan” adlı “amerikalanşdırma mifi” ABŞ reallıqlarını dərindən öyrəndikcə, göz qabağında əriyib itir və Amerika etnik-siyasi birliyinin əsl demokratik mahiyyəti ortaya çıxır. Bu birlikdə isə “Amerika” ideyası milli mədəniyyətləri, xalqların minilliklər ərzində formalaşmış dini və əxlaqi dəyərlərini tam əridən “rəhmsiz assimilyasiya maşını” kimi deyil, bütün etnik-mədəni müxtəliflikləri yeni spesifik ideyalarla zənginləşdirən yüksək təşəkküllü inteqrativ mədəni məfkurə kimi təzahür edir. Məhz bu xüsusiyyətlərinə görə “Amerika” və “amerikanlaşma” kimi məfhumlar həmişə cazibədar görünmüş və bu gün də görünür. Amerikaya gələn hər bir miqrantın “Amerika” məfkurəsinə əsl məhəbbəti elə ilk addımlardan,
Amerika torpağına qədəm qoyan kimi başlayır. Çünki bu məkan “yeni insana” öz keçmişi ilə, ona o qədər də çox xoşbəxtlik gətirməyən köhnə həyatı tərzi ilə vidalaşmaq, yoxsulluqdan, zorakılıqdan və istibdaddan birdəfəlik qurtulmaq, dünyanın ən azad və tükənməz imkanları olan bir ölkəsinin vətəndaşı olmaq imkanı verir.
İstifadə olunmuş ədəbiyyat siyahısı 1.Azərbaycan mulikulturalizmi.Dərslik.Bakı 2017
2.Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.Bakı 2016
3.Cəfərov N.Azərbaycançılığın əsasları.Bakı 2005