Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Azərbaycan Respublikasında təhsil sisteminin quruluşu



Yüklə 0,49 Mb.
səhifə14/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   10   11   12   13   14   15   16   17   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

4.Azərbaycan Respublikasında təhsil sisteminin quruluşu

Təhsil sisteminin bir sıra özünəməxsus əlamətləri var. Bunlar aşağıdakılardır:

-Təhsil sistemi hər bir xalqın milli xüsusiyyətləri nəzər alınmaqla iqtisadi, siyasi, elmi, texniki, mədəni inkişaf səviyyəsinə uyğun qurulur, cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir.

-Təhsil sistemi ölkə daxilində mövcud olan bütün təhsil – tərbiyə müəssisələrini əhatə edir və onların qarşılıqlə əlaqə və asılılıqda fəaliyyətini təmin edir.

-Təhsil sistemi idarə olunan mürəkkəb və dinamik qurumdur.

-Təhsil sistemi Təhsil Qanunu ilə təsdiq olunur.

-Təhsil sistemi cəmiyyət üzvlərinin milli mənlik şüurunu, intellektual və emosional sferalarını inkişaf etdirir, onların əməyə, ictimai fəaliyyətə, şəxsi həyata hazırlığını təmin edir.

-Təhsil tendensiyalarına verilən tələblər dövlətin təhsil sahəsindəki strategiyası ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır (I fəsil, maddə 4):

– Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;

– milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;

– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Azərbaycanda təhsil sistemi vahiddir və bütün tədris müəssisələri arasında qarşılıqlı əlaaqə, vəhdət, ardıcıllıq mövcuddur.

Respublikamızda fasiləsiz təhsil sistemi ailə tərbiyəsi zəminində qurulur. Məktəbəqədər tərbiyə müəssisələri - körpələr evi; körpələr evi - uşaq bağçası; uşaq bağçası; əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri, məktəb - uşaq bağçası fasiləsiz təhsil sisteminin ilk pilləsidir.

Məktəbəqədər tərbiyə - müəssisələrində uşaqların fiziki və psixi sağlamlıqları təmin edilir, şəxsiyyətləri ahəngdar surətdə inkişaf etdirilir, normal həyat tərzi üçün şərait yaradılır, davranışlarında özünü göstərən çatışmayan cəhətlər, nöqsanlar korreksiya edilir, ümumi təhsilə hazırlanır.

Ümumi təhsil - icbari olduğundan fasiləsiz təhsil sistemində baza mərhələsini təşkil edir. Üç pillədən (I-IV, V-IX, X-XI siniflər) ibarət olan orta ümumi təhsil müəssisələri şagirdlərin meyl və maraqlarını, fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq onlara elmlərin əsaslarını öyrədir.

Peşə təhsili - ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün ixtisaslı peşə sahibləri hazırlayır.

Orta ixtisas təhsili - natamam orta, ümumi orta təhsil bazasında təşkil olunur (liseylər, kolleclər, gimnaziyalar və s.) və ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün orta ixtisaslı mütəxəssislər yetişdirir.

Ali təhsil - ümumi orta təhsil, peşə təhsili, yaxud orta ixtisas təhsili bazasında qurulur. Ali təhsil universitetlərdə, institutlarda, akademiyalarda, konservatoriyalarda, ali hərbi məktəblərdə həyata keçirilir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin