Problemli və fəal təlim texnologiyaları
Problemli təlim texnologiyası təlim prosesinin xüsusi formada təşkilini nəzərdə tutur. Bu, təlim metodlarının seçilməsində və sturukturunda öz ifadəsini tapır. Aydın olur ki, problemli təlim – özünəməxsus texnologiyası olan müasir didaktik sistemdir.
Problemli təlim texnologiyasının mühüm elementləri aşağıdakılardır:
mövcud biliklərin yeni situasiyalarda istifadəsi;
öyrənilən obyektin sturukturunu “görmək”;
tanış obyektdə yeni mahiyyətin aşkarlanması;
məsələnin həllinin alternativ yollarının müəyyənləşdirilməsi;
məsələnin həllinin məlum yollarından yenisinin kombinə edilməsi;
məsələnin həllinin orijinal həlli yollarının tapılması.
Problemli təlim texnologiyalarından müvəffəqiyyətlə istifadə etmək üçün ali məktəb müəllimi problem situasiyaların strukturunu və tipologiyasını, həlli yollarını, problemli təlimin taktikasını yaxşı bilməlidir.
Problemli təlim texnologiyasının struktur elementləri aşağıdakılardır:
öyrənilmiş materialın aktuallaşdırılması;
problem-situasiyanın yaradılması;
təlim probleminin qoyulması;
problem məsələnin qoyulması;
əqli fəaliyyət və problemin həlli;
problemin həllini yoxlanması.
Ali məktəb təcrübəsində problemli təlim aşağıdakı formalarda təşkil olunur:
1.Problemli təlimin monoloji mühazirə vasitəsilə təşkili forması.
2. Problemli təlimin seminar məşğələlərində dialoq vasitəsilə təşkili forması.
3.Eksperiment aparılarkən problemli təlimin qismən-axtarıcılıq formasında təşkili.
4. Problemli təlimin tələbənin müstəqil tədqiqatçılıq fəaliyyətində təşkili forması.
Dostları ilə paylaş: |