Mövzu Ali məktəb psixologiyasının ümümi məsələləri Plan



Yüklə 89,63 Kb.
səhifə24/28
tarix28.01.2022
ölçüsü89,63 Kb.
#51698
1   ...   20   21   22   23   24   25   26   27   28
Ali mek. psixolog yeni son mühazireler

Yaxın perspektiv kollektivin inkişafının hər hansı bir mərhələsində irəli sürülə bilər. Yaxın prespektivə verilən əsas tələb ondan ibarətdir ki, o, tələbələrin şəxsi maraqlarına əsaslanmalıdır. Hər bir tələbə onu özünün sabahkı şəxsi sevinci kimi başa düşməlidir.

Orta perspektiv bir qədər uzun müddətdə hazırlanması və həyata keçirilməsi nəzərdə tutulan kollektiv hadisədir. Müasir praktikada geniş yayılmış orta perspektivlərə idman yarışlarının, kütləvi bayramların, ədəbi gecələrin hazırlanması, keçirilməsi və s. daxildir.

Uzaq perspektiv daha çox sosial əhəmiyyətlidir və qoyulan məqsədə çatmaq üçün xeyli səylər tələb edir. Belə perspektivdə şəxsi və ictimai tələbatlar mütləq uyğunlaşdırılır. Məsələn, təhsili müvəffəqiyyətlə bitirmək və sonradan peşə seçmək məqsədi uzaq perspektivə misal ola bilər. Tələbələrin uzaq perspektiv əsasında tərbiyəsi o zaman yaxşı effekt verə bilər ki, kollektiv fəaliyyətdə başlıca yeri əmək tutsun, qarşıdakı məqsədə çatmaq üçün kollektiv səylər göstərilsin.


Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin