Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Danışanın nitqinı münasibət bildirmə



Yüklə 262,64 Kb.
səhifə78/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   74   75   76   77   78   79   80   81   ...   142
1634046683046 Mühazirələr 1

Danışanın nitqinı münasibət bildirmə

 Danışanın nitqinə münasibət bildirmə bacarığı nitq-ünsiyyət prosesində formalaşdırılır və dialoji nitqdə bacarıqdan səmərəli istifadə ünsiyyət üçün yüksək səmərə verir.  Danışanın fikrinə münasibətini ifadə edərkən etik normaları gözləmək olduqca vacib amildir. Danışana elə müraciət etmək lazımdır ki, bu, söhbətin, məruzənin gedişatını pozmasın və danışanın fikrini mövzudan kənara çəkməsin. Deməli, danışan şəxsin fikrinə münasibət bildirilərkən hər şeydən öncə, yersiz müdaxilələrdən qaçmaq lazımdır. Öz münasibət və mövqeyimizi bildirdiyimiz zaman bu müdaxilənin vaxtında edilib-edilməməsini müəyyənləşdirməliyik. Münasibət və mövqe bildirməzdən öncə, danışılan məsələ ilə bağlı ətraflı, dolğun məlumata yiyələnməli, haqqında danışılan məsələ, problemlə ilə bağlı geniş təsəvvürə malik olunmalıdır. Danışanın fikrinə münasibətimizi bildirmək üçün bir sıra nitq etiketlərindən istifadəyə gərək duyulur: “İcazənizlə, öz fikrimi bildirmək istəyirəm”, “Bağışlayın, mən öz fikrimi söyləmək istərdim”, “Mən bu məsələyə başqa cür yanaşardım”, “Fikrimcə, problem başqa şəkildə qoyula bilərdi”, “Zənnimcə, məruzədə qeyd edilməyən məsələlər yetərincədir”. Münasibət, rəyin bildirilməsivasitəsilə danışanın fikrinə  hörmət və rəğbət bildirilməklə yanaşı, onun söyləmiş olduğu fikirlərin insanda müəyyən bir fikir, ideya yaratmaq imkanı xüsusi qeyd olunmalıdır.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin