Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə68/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   64   65   66   67   68   69   70   71   ...   142
1634046683046 Mühazirələr 1

6.AKT

"Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə", "sənəd", "cinayət işi" deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması:

1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir.

2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.

3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir.

4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.

5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:

6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.

7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.

8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin