Mövzu Azərbaycanda monqol əsarəti. Azərbaycan xalqının monqollara qarşı mübarizəsi



Yüklə 34,72 Kb.
səhifə6/9
tarix02.01.2022
ölçüsü34,72 Kb.
#47905
1   2   3   4   5   6   7   8   9
A.Mövzu 5

Tibb sahəsində Fəzlullah Rəşidəddinin böyük rolu olmuşdur. Ölkədə əhalinin xəstəliklərdən mühafizə və müalicəsi məqsədi ilə xüsusi müəssisələr-dar ül-şəfalar (şəfa evləri) fəaliyyət göstərirdilər. Təbrizin Rəbi Rəşidi məhəlləsində fəaliyyət göstərən şəfa evində Hindistan, Çin, Misir, Şam və s. vilayətlərdən gəlmiş 50 tanınmış həkim çalışırdı. Ölkədə darülxanalar (aptek) mövcud idi. Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin, Azərbaycan alimi Əbdürrəşid Bakuvinin əsərləri meydana gəldi. Dilçilik sahəsində Azərbaycan alimləri Hinduşah Naxçıvani və oğlu Məhəmməd Naxçıvani daha çox tanındılar. Bu dövrdə ikidilli, üçdilli lüğətlər meydana gəldi. “Azərbaycan dili” ifadəsi işlənməyə başladı. Azərbaycanda fəlsəfə, hüquq və s. elmlər də inkişaf etdi. Azərbaycan mütəfəkkiri Mahmud Şəbustəri (1287-1320) ərəb və fars dillərinin kamil bilicisi, fəlsəfə, məntiq, etika, psixologiya, anatomiya, mineralogiya elmləri sahəsində tanınmış şəxsiyyət idi. Azərbaycan dilində klassik poeziyanın ilk məlum nümayəndəsi Həsənoğlu Şeyx İzzəddin (XIII əsr) “Pur Həsən” təxəllüsü ilə Azərbaycan və fars dillərində divanlar yaratdı. Nizami ədəbi mühitinə mənsub Əssar Təbrizi (1325-1390) dövrünün tanınmış şairi, alimi olmuşdu.


Yüklə 34,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin