memarlıq daha da inkişaf etdi. Təbriz memarlıq məktəbi Beyləqandan Həmədana, Qəzvindən Şərqi Anadoluya kimi olan böyük bir ərazidə şəhərsalma işinin geniş inkişaf etməsində mühüm rol oynadı. Monqolların 2-ci yürüşündən dağıdılan Gəncə 1239-cu ildən bərpa olunmağa başladı. XIII əsrin sonu-XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri tikildi. Qazan xan Xəzər dənizi yaxınlığında Mahmudabad şəhərini inşa etdirdi. Bu dövrdə Mərdəkandakı dairəvi qala və dördkünc qala, Nardaran və Ramana qalaları inşa olundu. XIII-XIV əsrlərdə Azərbaycanın müxtəlif yerlərində Şərq memarlığına məxsus kubşəkilli, səkkiz bucaqlı, qülləvari türbələr meydana gəldi. Naxçıvanın Cuğa kəndi yaxınlığında tikilmiş Gülüstan türbəsi Möminə xatın türbəsi üslubunda inşa olundu. 1305-1313-cü illərdə Sultaniyyədə Şərq türbələrinin qiymətli incilərindən sayılan Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, Qarabağlar kəndində memarlıq kompleksindəki türbə (Baştağ) özünəməxsus yer tuturdu. Qoşaminarəni birləşdirən Baştağ XIV əsrin əvvəllərində Hülakü xanın arvadı Qutuy xatının şərəfinə inşa olunmuşdu.
Azərbaycan
Dostları ilə paylaş: |