Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə13/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
Bağırsaq infeksiyaları

Klinik mənzərə. Botkin xəstəliyinin inkubasion dövrü 50 günə qədər,

şpris (ineksiya) hepatetində isə çox uzun - 200 günə qədər davam edir.

Enteral yolla adi yoluxma şəraitində xəstəlik 2 gündən 10 günə qədər davam edən sarılıqönü dövrlə başlanır.

Sarılıqdan qabaqkı dövrdə xəstənin ümumi halı (əzginlik, tez yorulma, baş ağrısı, sinir-psixik sferanm çox oynaqlığı) pozulur. Xəstələrin çoxunda (təsadüflərin 50-75%-də) iştahanm itməsi, qarmüstü nahiyədə təzyiq hissi, mədə bulanması, təkrari qusma, mədənin qıcqırması ilə təzahür edən dispepsik təzahürlər müşahidə olunur. Çox vaxt gah qəbizlik, gah da ishal ilə keçən dəyişən nəcis müşahidə edilir.

Xəstəliyin erkən əlamətlərindən birisi sidiyin rənginin dəyişməsidir. Sidik tünd-qonur (pivə) rəngini ahr; bununla bir vaxtda və ya bundan 1-2 gün sonra qara ciyər tədricən böyüyür; bu zaman sağ qabırğaaltı nahiyəsində ağırlıq və küt ağırlıq hiss olunur.

Sonra xəstəliyin xüsusiyyətini müəyyən edən sarılıq dövrü başlanır.

Əwəlcə sarılıq gözlərin sklerasında, sərt damaqda görünür, sonra isə sarılığı ütün dəri örtüklərində və görükən selikli qişalarda asanlıqla tapmaq olur. Əwəlcə dəri açıq-sarı («sarı-bülbül») rəngdə olur, rəngin tündlüyü tədricən artır və sarılıq dövrünün 12-14-cü günlərində maksimal dərəcəyə çatır.

Xəstəliyin 15-20-ci günlərində dəri narmcı, zəfəran və ya torpaq rənginə çalır. Eləcə də xəstəliyin 18-22-ci günlərindən başlayaraq rəngin intensivliyi tədricən azalır (zəifləyir). Dəriyə ancaq gündüz işığında baxmaq lazımdır.

Xəstəliyin 3-11-ci günlərində nəcisin rəngsizləşməsi nəzərə çarpır, o,

bozumtul-ağ («gil») rənq alır, bu rəngsizləşmə 10-15 ün çəkir. Bu, qara ciyərin xeyli şişərək kapillyarlarla və öd yollarına təzyiq etməsi nəticəsində ödün müvəqqəti olaraq bağırsağa tökülməsi ilə əlaqədardır.

Botkin xəstəliyində temperatur adətən çox yüksək rəqəmlərə çatmır və qızdırma reaksiyası ancaq 5-8 gün davam edir.

Qaşınma tədricən əziyyətli olur, xəstələrin yuxusunu və ümumi halını poza bilir.

Xəstələrin çox hissəsində dispepsik əlamətləri: qarınüstü nahiyədə ağırlıq hissi, mədə bulanması, eləcə də çox vaxt təkrari qusma, gəyirmə, mədə qıcqırması, dəyişkən nəcis ifrazı müşahidə edilir. Müəyyən edilmişdir ki, Botkin xəstəliyi mədənin motor və evakuator funksiyasının pozulması ilə keçir; bundan əlavə mədə şirəsinin turşuluğu və onun tərkibində sərbəst duz turşusu xeyli azalmış olur.

Qara ciyərin böyüməsini hələ sarılıqdan qabaqkı dövrdə müəyyən etmək olar: xəstəliyin əwəlinci 10-15 günü ərzində qara ciyər böyüməkdə davam edir, konsistensiyası bir qədər bərkiyir və palpasiya zamanı ağrılı olur (qlission kapsulasının dartılması nəticəsində) sağaldıqca qara ciyər kiçilir, lakin regenerativ proseslərin inkişafı nəticəsində o, uzun müddət xeyli bərk qala bilər. Qara ciyər müxtəlif dərəcədə böyüyə bilər. Bu orqanı ölçülərinə nəzarət etmək imkanı əldə etmək üçün qara ciyərin vertikal ölçülərini sağ orta körpücük aksilyar və orta xətlər boyunca ölçülür (santimetrlə ifadə etməklə).

Xəstənin təxminən 45-65%-də dalaq böyüyür, onun kənarı qabırğa

qövsünün altından 1-2 sm çıxır, palpasiya zamanı ağrılı olur.

Sarılığın ən şiddətli dövründə leykopeniya (1 mm3 -da leykositlər 4000-4500-ə qədər olur) qan mənzərəsi üçün xarakterdir. Eyni zamanda nisbi limfositoz (limfositlər 60-65%-ə qədər) qeyd olunur. Bəzi xəstələrdə sağalma dövründə bəzən monositoz tapılır. EÇR normaya nisbətən bir qədər yavaşımış olur.

Bu, birinci növbədə piqment mübadiləsinə aiddir. Normada bilirubin qara ciyərin Kupfer retikulyar hüceyrələrində əmələ gəlir. Botkin xəstəliyində qara ciyər hüceyrələrinin bilirubini xaricetmə funksiyası pozulur; normada bilirubin öd axacağı ilə bağırsağa ifraz edilir; buna görə də öd piqmentləri çoxlu miqdarda qan dövranma keçir və sarılığın meydana çıxmasına səbəb olur. Qanda bilirubinin miqdarı çox yüksəlmiş olur. Himans van den Berq üsulu ilə təyin edərkən bilirubinin miqdarı normada 0,6-0,8 mq% olduğu halda, Botkin xəstəliyi olan xəstələrdə 6-10-20 mq%, tək-tək təsadüflərdə isə hətta 20-30 mq% bilirubin tapmaq olur.

Bir qayda olaraq qanda bilirubin miqdarının yüksəlməsi ilə paralel olaraq sidiklə öd piqmentlərinin ifrazı çoxalır. Nəcis ilə ifraz edilən öd piqmentlərinin miqdan hələ xəstəliyin əwəlindən başlayaraq azalır, nəcis müvəqqəti olaraq rəngsizləşdikdə isə sterkobilin (yəni bağırsaqda oksidləşmiş bilirubin) ya heç olmayır, ya da çox cüzi miqdarda ifraz edilir.

Xəstə sağaldıqca qanda bilirubinin miqdarı normaya qədər enir, bu vaxt qədər olan urobilinuriya itir; nəcisin normal rəngi və nəcislə sterkobilinin ifraz edilməsi bundan bir qədər qabaq bərpa olunur.

Həm uzun sürən, həm də xronik formalar bəzən qara ciyər sirrozunun meydana çıxmasına səbəb olur.


Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin