Mövzu beynəlxalq şİRKƏTLƏRİn xariCİ bazara inteqrasiyanin təŞKİlati formalari, onlarin xarakteri VƏ XÜsusiYYƏTLƏRİ


Strateji alyansların üstün və çatışmayan cəhətləri



Yüklə 74,69 Kb.
səhifə10/18
tarix02.01.2022
ölçüsü74,69 Kb.
#35398
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
movzu 4

Strateji alyansların üstün və çatışmayan cəhətləri

Strateji alyanslara verilən əhəmiyyət bir sıra faktorlarla izal olunur.

Öncəliklə biznes mühitin daha dinamik və gözlənilməz olması xarici dəyişikliklərə daha sürətlə və adekvat reaksiya verə bilən çevik təşkilati quruşların istifadəsini tələb edir.

Öz qloballaşma strategiyaların həyta keçirmək üçün hətta iri korporasiyalar belə resurslarının çatışmazlığını hiss edən bir şəraitdə strateji alyansların yaranması qloballaşma strategiyanın reallaşdırılmasının ən ucuz və sürətli yollarından biridir. İzolyasiyalı olan Şirkətin böyüməsi təbii ki daha asta və daha az səmərəli olur, son halda isə rəqabətə davamsız çünki hətta əldə olunmuş texnologiyalar ın tətbiqi personalın hazırlanması üçün uzun zaman tələb edir. Bununla yanaşı digər məsələlər də yarana bilər.



Qeyd olan fərqli xüsusiyyətlərindən irəli gələrək strateji alyansların pozitiv xüsusiyyətlərinə diqqət yetirək:

  • tərəfaşların zəif tərəflərinin konpensasiyasının mümkünlüyü, iştirakçıların rəqabət üstünlüklərinin formalaşması, tərəfdaçın dəstəklənməsi, bir-birinin tamamlanması və qiymət zəncirində zəif həlqələrin tərəfdaşa ötürülməsi;

  • lazım olunan resurslara çıxış (maddi, maliyyə, texnoloji, informaiya), istehsal gücünün istifadəsinin yaxşılaşdırılması;

  • sinergetik effektin alınması. Həmçinin fəaliyyat miqyasında qənaəta görə.

  • Yeni məhsulun yaradılması üçün tərəfdaşların səylərinin birləşməsi, ümumi xərclərin azalması, ilk öncə birgə işləmələrində.. Baha başa gələn ETTKP lərə də xərclərin azalması.

  • Yeni sahələrə daxil olma imkanları, həmçinin xarici ölkələrin bazarına daxil olmağın asanlaşması, tərəfdaşların bir-birinin bazarlarının istifadəsi öz qız şirkətinin yaradılmasından yaxud birdəfəlik idxal-ixrac razılaşmanın bağlanmasından daha səmərəlidir, əmtəələrin başqa ölkənin bazarında hərəkəti və orda müştərilərə xidmət,

  • Bu hələki bazara daxil olma metodların qanunvericilikdə daha az məhdudlaşan, tərəfdaşların səyləri isə anti monopol qanunvericiliyə düşməyınr fomasıdı. Hakimiyyətin onlara loyal yanaşması

  • risklərin azaldılması (paylaşdırılma vasitəsilə), diversifikasiya, çətin problemlərin həlli;

  • xarici mühitin dəyişikliklərinə operativ reaksiya verməyə imkan yaradan tərəfdaşların kifayət qədər fəaliyyət azadlıqları;

  • rəqiblərə qarşı birgə mübarizə aparmaq imkanı

Strateji alyansların şatışmazlıqları:

  1. Texnologi üstünlüyünün, rəqabət üstünlüyünün itirilməsi riski: alyansda iştirak edn şirkətlər tərəf müqabillərinin əməliyyatlarını yaxşı mənimsəyə bilərlər. Sonra da onları kopyalayıb istifadı edərək rəqibə çevrilə bilərlər. Bu da onların arasında rəqabəti kəskinləşdirə bilər.

  2. Firmadaxili inteqrasiyanın başqa formalarına nisbətən resurs baxımından həm xarici mühit baxımından daha yüksək dərəcəli qeyri-müəyyənlik, stabilliyin itirilməsi riski

  3. Qeyri müəyyənliyinə görə də daha çətin idarə olunan. Tərəfdaşlar uzun müddət razılığa gəlmiyə bilərlər. Zaman baxımından nəticədə də uduzurlar

  4. Koordinasiyanın çətinləşməsi: müstəqil şirkətlərin fəaliyyətinin səmərəli koordinasiyası çətin məsələdi. Bu da şirkətlərin məqsədlərinin və motivlərinin fərqli olmasından irəli gəlir. Əhəmiyyətli dərəcədə müstəqil olaraq tərəfdaşlar bütövlükdə alyansın maraqlarına zidd olan qərarlar verə bilərlər

  5. Tərəfdaşın səhvinə görə uğursusluğa malik ola bilərlər.

  6. Tərəfdaşların sayı artdıqda alyans daxilində daha xırda qrupların yaramnası riskləri artır

  7. Alyansın asancasına dağılması və payların geri alınmasında çətinliklər riski

  8. Fəaliyyət üzrə vahid nəzarətin, avtonomiyanın itirilməsi risqi

  9. Hakimiyyətin alyanslara fərqli münasibəti.



Beynəlxalq şirkətlər arasında növbəti növ qarşılıqlı əlaqələr mövcuddur - mülki, aksioner, istehsal, idarəedici, texnoloji, maliyyə və kredit əlaqələr
Beynəlxalq şirkətlər inteqrasiyanın təşkilati formalarının təsnifləşdirilməsi nöq­teyi nəzərindən inteqrasiyanın növbəti tipləri mğvcuddur:

korporativ, kooperativ, kollaborativ






Yüklə 74,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin