5. Beynəlxalq-hüquqi məsuliyyətin növləri və formaları.
Beynəlxalq-hüquqi məsuliyyətin iki növü vardır: qeyri-maddi məsuliyyət (bəzən buna siyasi
məsuliyyət də deyirlər) və maddi məsuliyyət. Zərərin xaraqteri ilə (mənəvi və ya maddi zərər)
məsuliyyətin növü arasında qəti uyğunluq yoxdur; belə ki, maddi zərər qeyri-maddi məsuliyyət
də doğura bilər. Hər iki növ məsuliyyət müxtəlif formalarda ifadə oluna bilər. Beynəlxalq adət
hüququnda tanınmış və BMT Beynəlxalq hüquq komissiyasının Layihəsində öz əksini tapmış
bu formalar aşağıdakılardır:
1)
restitusiya;
2)
kompensasiya;
3)
satisfaksiya;
4)
təkrar etməmə təminatları (anoloji hüquq pozuntusunu təkrar törətməmək barədə
təminat vermə).
Restitusiya hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin (status quo
ante-nin) bərpa edilməsidir. Bu məsuliyyət formasına misal olaraq aşağıdakıları göstərmək olar:
zəbt edilmiş ərazinin bütünlüklə azd edilməsi; qeyri-qanuni ələ keçirilmiş əmlakın geri
qaytarılması; qeyri-qanuni həbs edilmiş və ya həbsdə saxlanılan şəxsin azad edilməsi və s.
Kompensasiya dövlətə və ya beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi (daha
doğtusu, iqtisadi baxımdan qiymətləndirilə bilən) zərərin pul formasında ödənilməsidir.
Satisfaksiya beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas
formasıdır. Əksər hallarda o, qeyri-maddi (mənəvi) zərərin vurulması ilə əlaqədar, yəni digər
dövlətin şərəf və ləyaqətinə toxunan hüquqa zidd əməllərlə bağlı tətbiq olunur. Satisfaksiya
aşağıdakı formalarda ifadə olunur: zərərçəkmiş dövlətdən rəsmi üzr istənilməsi; təəssf ifadə
olunması; törədilmiş əməlin hüquqa zidd olmasının etiraf edilməsi; təqsirli şəxslərin
məsuliyyətə cəlb olunması və cəzalandırılması və s.
Təkrar etməmə təminatları (guarantees of non-repetition) delikvent dövlətin bu cür hüquq
pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə öz üzərinə görürdüyü xüsusi
öhdəlikdir. Bəzən beynəlxalq-hüquqi məsuliyyətin bu forması satisfaksiyanın bir növü kimi
nəzərdən keçirilir.
6. Beynəlxalq-hüquqi məsuliyyətinhəyata keçirilməsi.Delikvent dövlət başqa dövlətə
(dövlətlərə) vurduğu zərəri könüllü ödəməklə, öz beynəlxalq-hüquqi məsuliyyətini həyata
keçirmiş olur. Əgər o, hüquqa zidd əməlinin davam etdirərsə və ya bu əməl nəticəsində dəymiş
zərəri ödəməkdən boyun qaçırarsa, onda onun beynəlxalq məsuliyyətini həyata keçirmək üçün
zərərçəkmiş dövlət (dövlətlər) məcburiyyət vasitələrinə - əks tədbirlərə (sanksiyalara) əl atmaq
hüququ qazanır. Əks tədbirlər (countermeasures) – hər hansı dövlətin beynəlxalq hüquqa zidd
ə
məli müqabilində zərərçəkmiş dövlət (və ya səlahiyyətli beynəlxalq təşkilat) tərəfindən tətbiq
olunan cavab tədbirləridir. Əks tədbirlərə aşağıdakı misalları göstərmək olar: embarqo;
boykot; müqavilənin digər iştirakçı dövlət tərəfindən pozulmasına cavab olaraq həmin
müqaviləyə birtərəfli qaydada xitam verilməsi və s.)
Əks tədbirlər beynəlxalq-hüquqi məsuliyyətin forması deyildir (ədəbiyyatda əks fikirlər
çoxdur). O, məsuliyyətin həyata keçirməsini təmin etməli olan xüsusi tədbirlərdir. Məsuliyyət
və əks tədbirlər, əsas etibarilə, onunla fərqlənir ki, məsuliyyət əgər hüquq pozuntusunu törətmiş
dövlətin hərəkətidirsə, əks tədbirlər isə zərərçəkmiş dövlətin hərəkətidir; ikincisi, məsuliyyət –
delikvent dövlətin üzərinə qoyulan vəzifədir və o, bu vəzifəni mütləq yerinə yetirməlidir; əks
tədbirlər isə - zərərçəkmiş dövlətin hüququdur və, deməli, o, bu tədbirlərə əl atmaya da bilər.
Əks tədbirlər özü-özlüyündə “beynəlxalq hüquq pozuntusudur”, çünki belə bir tədbirə əl
atmaqla, dövlət delikvent dövlət qarşısında əvvəllər öz üzərinə götürdüyü beynəlxalq öhdəliyini
pozmuş olur. Əslində isə, başqa dövlətin beynəlxalq hüquqa zidd əməlinə proporsional cavab
olduğundan, əks tədbir hüquqauyğun xaraqter alır. Yuxarıda göstərdiyimiz kimi, əks tədbirlər
məsuliyyəti aradan qaldıran hallardan biridir. Belə ki, beynəlxalq hüquqda başqa bir
məcburiyyət tədbiri sayılan retorsiyadan əks tədbir onunla fərqlənir ki, retorsiya təkcə
beynəlxalq hüquq pozuntusuna görə tətbiq olunmur və, ən başlıcası, bu zaman belə bir tədbirə
əl atan dövlət heç bir konkret öhdəliyini pozmur. Retorsiya, əsas etibarilə, digər dövlətin qeyri-
dost hərəkətlərinə cavab olaraq tətbiq edilir. Bu tədbirlər beynəlxalq hüquqla qorunmayan
hüquqların məhdudlaşdırılmasına (pozulmasına) yönəlmişdir; məsələn, gömrük rüsumlarının
qaldırılması, idxalın azaldılması, həmin dövlətdəki səfirin geri çağrılması və s.).
Əks tədbirlər cəza deyildir. Onların kokret məqsədi vardır və bu məqsəd əldə olunan kimi
əks tədbirlər dayandırılmalıdır.
Əks tədbirlər beynəlxalq hüquqla müəyyən olunmuş şərtlər çərçivəsində tətbiq olunur.
Birincisi, bu tədbirlər yalnız hüquqa zidd əməlin dayandırılması və ya dəymiş zərərin
ödənilməsi barədə ilkin tələbdən sonra tətbiq edilə bilər. Bu yönümdə ortaya çıxan problemləri,
ən əsası, zərərin ödənilməsini problemin həll etmək üçün əvvəlcə zərərçəkmiş dövlət delikvent
dövlətlə danışığa girməli və ya digər dinc nizamasalma vasitəsinə əl atmalıdır. Yuxarıda qeyd
etdiyimiz kimi, yalnız bu vasitələr bir nəticə vermədikdə, yəni irəli sürülmüş müvafiq iddialar
rədd edildikdən sonra zərərçəkmiş dövlət əks tədbirlərə əl ata bilər.
kincisi, əks tədbirlərin intensivliyi və miqyası törədilmiş hüquq pozuntusunun ciddiliyinə
və vurulmuş zərərin xaraqterinə uyğun olmalıdır.
Üçüncüsü, əks tədbirlər tətbiq edilən zaman müəyyən qadağalara əməl olunmalıdır. Belə ki:
əks tədbirlər: a) güclə hədələməyə və ya güc tətbiqinə əsaslanmamalıdır (bu qadağa fərdi əks
tədbirlərə şamil olunur); b) beynəlxalq hüququn ümumi imperativ normalarından irəli gələn
hüquqları pozmamalıdır; c) dövlətin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhlükə altına
atmamalıdır; ç) əsas insan hüquqlarına və diplomatik və konsul agentlərinin toxunulmazlığına
xələl gətirməməlidir.
Əks tədbirlər iki cür olur: 1) fərdi tətbirlər və 2) kollektiv tədbirlər (beynəlxalq təşkilatlar
çərçivəsində). Kollektiv tədbirlərə aşağıdakıları misal göstərmək olar: dövlətin təşkilatda
üzvülüyünün dayandırılması; dövlətin təşkilatdan çıxarılması, kollektiv silahlı tədbirlər və s.).
7. Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyəti.Yuxarıda
ümumi prinip kimi qeyd etdi ki, dövlətlərin məsuliyyətinin yeganə faktik əsası beynəlxalq
hüquq pozuntusudur. Lakin xüsusi sazişlərə dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə,
onun beynəlxalq hüquqa zidd olmayan əməli nəticəsində başqa dövlətə (dövlətlərə) vurulmuş
zərəri ödəmək vəzifəsi qoyula bilər. Beynəlxalq müqavilələrdə belə məsuliyyət, əsas etibarilə,
yüksək təhlükə mənbəyi olan fəaliyyət növləri ilə əlaqədar (məsələn, kosmik fəaliyyət, atom
enerjisindən istifadə və s.) nəzərdə tutulur.
Göstərilən hallarda dövlət mütləq məsuliyyət daşıyır: dövlətin əməli nəticəsində, - bu
əməl həmin dövlətin beynəlxalq öhdəliklərinə uyğun olsa da, - əgər başqa dövlətlərə zərər
dəymişsə, o, bu zərəri ödəməyə borcludur. Məsələn, Kosmik obyektlərin vurduğu zərərə görə
beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasının 11-ci maddəsində dövlətlərin
mütləq məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, kosmik obyekri buraxan dövlət
bu obyektə “yerin səthində və ya uçuşda olan hava gəmisinə vurulan zərərin müqabilində
kompensasiya ödəməyə görə mütləq məsuliyyət daşıyır”.
Beynəlxalq-hüquqi məsuliyyətin bu xüsusi növü, qeyd edildiyi kimi, yalnız müqavilə
hüququna söykənir və hər hansı bir müqavilədə nəzərdə tutulmuş bütün digər hallara tətbiq
oluna bilməz.
8. Beynəlxalq təşkilatların məsuliyyəti. Bir sıra mövcud beynəlxalq müqavilələrdə beynəlxalq
təşkilatların məsuliyyəti haqqında müvafiq müddəalar təsbit olunmuşdur.
Beynəlxalq təşkilatların məsuliyyəti onların orqanlarının və ya vəzifəli şəxslərinin
əməlləri nəticəsində dövlətlərə, digər beynəlxalq təşkilatlara və fiziki şəxslərə vutulan zərərə
görə ortaya çıxır.
Beynəlxalq təşkilat həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıya bilər. Maddi
məsuliyyətə gəlincə, beynəlxalq təşkilatlarin vəsaiti üzv-dövlətlərin üzvlük haqqından təşkil
olunduğundan, ödənilməli olan pul məbləği, əsasən, beynəlxalq təşkilat ilə üzv-dövlətlər
arasında bölünür.
Mövzu14: BEYNƏLXALQ MÜBAH SƏLƏR N N ZAMA SALINMASININ D NC
VAS TƏLƏR
Plan:
1. Dinc vasitələrin anlayışı və sistemi
2.Danışıqlar
3. Xeyirxah xidmətlər və vasitəçilik
4. Araşdыrma (təhqiqat)
5. Barışdırma
6. BMT çərçivəsində mübahisələrin nizama salınması
7. ATƏT çərçivəsində mübahisələrin nizamlanması
8. Beynəlxalq arbitraj
9. BMT-nin Beynəlxalq Məhkəmə
Ə
dəbiyyat siyahısı.
Анисимов Л.Н. Международно-правовые средства разрешения международных
споров (еонфликтов). Л., 1975.
Кожевников Ф.И., Шарманашвили Г.В. Международный Суд ООН. Организация, цели,
практика. М., 1971.
Лазарев С.Л. Международный арбитраж. М., 1991.
Левин Д.Б. Принцип мирного разрешения международных споров. М., 1977.
Пушмин Э.А. Мирное разрешение международных споров (международно-правовые
вопросы). М., 1974.
Шинкарецкая Г.Г. Международная судебная процедура. М., 1992.
Энтин М.Л. Международные судебные учреждения. Роль международных
арбитражных и судебных органов в разрешении межгосударственных споров. М.,1994.
Фифтй Йеарс оф тще интернатионал Жоурт оф Ъустиже: Ессайс ин Щоноур оф
Сир Роберт Ъеннинэс (Ед. бй В. Лоwе Анд М. Фитзмауриже). Жамбриэе, 1996. П. 63-89.
1. Dinc vasitələrin anlayışı və sistemi.Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan
beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və
əhəmiyyətini yuxarıda geniş açıqlamışdır. Göstərmişdik ki, aralarında ortaya çıxan
mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olandinc vasitələrin hər hansı
birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-
cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj,
məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya “xeyirxah
xidmətlər” daxil edilməmişdir; “müayinə” termininin əvəzinə isə hazırda “araşdırma”
(“təhqiqat”) işlədilir.
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələruni iki növə ayırmaq olar:
1)
diplomatik vasitələr;
2)
məhkəmə vasitələri.
kinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxaq
mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və onun
çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc
vasitələr çox zaman bir yerdə tətbiq olunur.
2.Danışıqlar. Beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının ən sadə, ən geniş yayılmış
və ən çox üstünlük verilən vasitəsi birbaşa danışıqlardır. Çox zaman ortaya çıxacaq
mübahisələrin məhz danışıqlar vasitəsilə nizama salınması dövlətlər trəfindən razılaşdırılır və
müvafiq olarq ikitərəfli və ya çoxtərəfli müqavilələrdə təsbit edilir.
Danışıqlar mübahisələrin nizama salınmasının başlıca diplomatik vasitəsi sayılır. Bu halda
mübahisə tərəflərinin siyasi, iqtisadi və sosial mülahizələri ön plana çəkilir. Doğrudur, birbaşa
danışıqlarda beynəlxalq hüquq da əhəmiyyətli rol oynayır.
Bəzi müqavilələrdə nəxərdə tutulur ki, mübahisənin tərəfləri arasında birbaşa danışıqlar bir
nəticə verməsə, tərəflərdən biri mübahisəni BMT-nin Beynəlxalq Məhkəməsinə və ya arbitraj
məhkəməsinə verə bilər. Tərəflərin mübahisənin həllini üçüncü tərəfə etibar etmək istəməməsi
danışıqlardan daha səmərəli istifadə olunmasını şərtləndir.
Birbaşa danışıqlara başlamış dövlət bu danışıqları vicdanla aparmağa borcludur.
3. Xeyirxah xidmətlər və vasitəçilik. Xeyirxah xidmətlər və vasitəçilik çox zaman danışıqlarla
bir zamanda tətbiq olunan vasitədir. Xeyirxah xidmətlər, əsasən, tərəflər arasında birbaşa
danışıqları təmin edir və onun başlaması üçün imkan açır. Xeyirxah xidmətlər və vasitəçilik
təklif edən şəxsə və ya dövlətə mübahisənin hər iki tərəfinin etibarı olur. Vasitəçi mübahisənin
hər iki tərəfinin bəyəndiyi və danışıqlarda bilavasitə iştirak edən şəxsdir. Onun əsas vəzifəsi
bundan ibarətdir ki, mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir və iki bir-
birinə zidd mövqe arasında kompromisə nail olunmasına səy göstərir. Son illərdə BMT-nin Baş
Katibi müxtəlif situasiyalarda öz xeyirxah xidmətlərini təklif etmişdir və bəzi hallarda bu
missiyanı davam etdirərək vasitəçi kimi də çıxış etmişdir. Misal üçün SSR , Pakistan və
Əfqanıstan arasında mübahisənin nizama salınmasını göstərmək olar. Keçmiş Yuqoslaviya
ərazisindəki münaqişələrlə bağlı Avropa ttifaqının və Birləşmiş Millətlər Təşkilatının “sülh
elçiləri” də eyni missiyanı yerinə yetirmişlər.
4. Araşdыrma (təhqiqat).Araşdırma komissiyalarından dövlətlər arasındakı mübahisənin
faktik əsasını müəyyən etmək üçün istifadə olunur. Bu zaman mübahisənin tərəfi olan dövlətlər
məsələni qərəzsiz quruma vermək haqqında razılığa gəlirlər; bu qurumun vəzifəsi zəruri
faktların obyektiv müəyyən edilməsindən ibarət olur. Bundan sonra isə tərəflər bu faktların
əsasında mübahisəni nizamlamaq barədə danışıqlara başlayırlar. Qeyd etmək lazımdır ki,
mübahisənin tərəfi araşdırma komissiyalarının ortaya çıxardığı nəticələrlə bağlı deyillər.
Mövcud beynəlxalq hüquq sistemində faktların müəyyən edilməsi üzrə məcburi mexanizmlərin
olmadığı bir şəraitdə araşdırma komissiyalarının rolu çox böyükdür.
5. Barışdırma.Barışdırma beynəlxalq mübahisəlrin həllinin elə bir vasitəsidir ki, bu zaman
mübahisə üçüncü tərəfə - vəzifəsi mübahisənin nizamlanması üçün təkliflər vermək və məruzə
təqdim etməkdən ibarət olan komissiya və ya komitəyə verilir. Barışdırma komissiyaları
araşdırma komissiyalarından onunla fərqləni ki, ikincilərin vəzifəsinə konkret təkliflər vermək
daxil deyildir. Bu mənada barışdırma arbitraja yaxındır. Lakin onların arasında çox mühüm bir
fərq mövcuddur. Bir qayda olaraq, barışdırma komissiyasının məruzələri tərəflər üçün hüquqi
cəhətdən məcburi deyildir. Barışdırma komissiyasının məruzəsi və təklif etdiyi nizamasalma
variantı gələcək danışıqlar üçün əsas rolunu oynaya bilər. Barışdırma bu baxımdan araşdırma
ilə arbitraj arasında orta mövqe tutur.
Barışdırma komissiyaları Mübahisələrin dinc yolla nizamlanması haqqında 1899-cu il Haaqa
Konvensiyaları ilə və Mübahisələrin dinc yolla nizamlanması haqqında 1828-ci il Ümumi aktı
ilə müəyyən edilmişdir. Misal kimi, dəniz sularının delimitasiyası üzrə Yan Meyen Barışdırma
Komissiyasını ( slandiya/Norveç) göstərmək olar. Dəniz hüququ üzrə 1982-ci il BMT
Konvensiyasında müvafiq mübahisələrin nizamlanması proseduru kimi barışdırma
komissiyaları nəzərdə tutulmuşdur.
6. BMT çərçivəsində mübahisələrin nizama salınması.Birləşmiş Millətlər Təşkilatı
sistemində beynəlxalq mübahisələrin nizama salınması üçün müxtəlif mexanizm və prosedurlar
mövcuddur. Biz yuxarıda BMT Baş Katibinin “xeyirxah xidmətlərində” bəhs etdik. Aşağıda
geniş şərh olunacaq BMT Beynəlxalq Məhkəməsi də bu mexanizmlər sırasındadır.
BMT-nin Baş Assambleyası beynəlxalq mübahisələrin nizama salınması istiqamətində
tövsiyələr verməklə bağlı geniş səlahiyyətlərə malikdir. Sülhə təhlükə və ya sülhün pozulması
hallarında Təhlükəsizlik Şurasının öncür mövqeyini nəzərə almaqla, Baş Assambleya
“mənşəyindən asılı olmayaraq, ümumi əmin-amanlığı və millətlər arasındakı dostluq
münasibətlərini poza bilən hər hansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər
tövsiyə edə bilər”.
Baş Assambleyanın əksər qətnamələri kimi, bu cür tövsiyələr də hüquqi cəhətdən məcburi
deyil. Ona görə də Baş Assambleya tərəflərə mübahisənin hər hansı həllini zorla qəbul etdirə
bilməz. Baş Assambleya siyasi orqan olduğuna görə, hər hansı situasiya və ya mübahisə ilə
bağlı aparılan müzakirələrdə və təklif olunan tədbirlərdə beynəlxalq hüquq deyil, siyasi
mülahizələr əsas rol oynayır.
Məlumdur ki, Namibiya probleminin həllində Baş Assambleya mühüm töhfə vermişdir.
Onun ran- raq münaqişəsində BMT Baş Katibinin səylərini dəstəkləməsi də əhəmiyyətli
olmuşdur.
BMT Nizamnaməsinin VI fəslinə (“Mübahisələrin dinc yolla həll olunması”) əsasən,
Təhlükəsizlik Şurası beynəlxalq mülahizələrin həlli ilə bağlı müxəlif səlahiyyətlərə malikdir.
Birincisi, əgər digər dinc vasitələrin tətbiqi bir nəticə verməmişsə, beynəlxalq sülhə və
təhlükəsizliyə qorxu yarada biləcək mübahisənin tərəfləri onu Təhlükəsizlik Şurasına
verməlidirlər. kincisi, BMT-nin istənilən üzvü və ya üzvü olmayan dövlət mübahisənin
tərəflərinin razılığı olmadan həmin mübahisəni, onun beynəlxalq sülhün və təhlükəsizliyin
qorunub saxlanması üçün təhlükə törədəcəyini müəyyən etmək üçün Təhlükəsizlik Şurasına
verə bilər. Göstərilən hər iki halda Təhlükəsizlik Şurası müvafiq nizamlama prosedur və ya
metodlarını tövsiyə edə bilər. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı ilə bağlı
hallarda (Bosnyada olduğu kimi) Təhlükəsizlik Şurası, mübahisənin həllini məcburən qəbul
etdirə bilər. Artıq qeyd edildiyi kimi, Təhlükəsizlik Şurası siyasi orqandır. Onun əsas vəzifəsi
sülhü qorumaqdır, hüququ qorumq deyil; bunlar isə həmişə üst-üstə düşmür. Təhlükəsizlik
Şurası, əsas etibarilə, siyasi mübahisələrlə məşğul olur, hüquqi mübahisələrə gəldikdə isə, BMT
Nizamnaməsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, o, nəzərə almalıdır ki, tərəflər bu cür
mübahisələri, ümumi qayda olaraq, Beynəlxalq Məhkəməyə verməlidirlər. Doğrudur, bir çox
mübahisəlrədə siyasi və hüquqi asbektləri bir-birində ayırmaq çətin olur və Təhlükəsizlik Şurası
müvafiq hesab etdiyi hallarda bu mübahisələrin həlli üçün əsas məsuliyyəti öz üzərinə götürür
və konkret tədbirlər görür.
BMT-nin ixtisaslaşdırılmış təsisatları da dövlətlər arasındakı mübahisələrin həll
olunmasında yardımçı ola bilər. Bu təşkilatlar BMT-nin Baş Assambleyası kimi, əsas etibarilə,
mübahisələrin nizamlanması istiqamətində forum rolunu oynayır. Xüsusən, Beynəlxalq əmək
təşkilatının, Beynəlxalq valyuta fondunun və Beynəlxalq mülki aviasiya təşkilatının bu
yönümdə fəaliyyəti əhəmiyyətlidir.
7. ATƏT çərçivəsində mübahisələrin nizamlanması.Beynəlxalq mübahisələrin dinc
vasitələrlə həlli prinsipi ATƏT-in fəaliyyətinin əsasinda dayanan fundamental prinsiplərdən
biridir. Bu prinsipin ATƏT-in (1994-cü ilə qədər – ATƏM) bütün əsas sənədlərində öz dolğun
və birmənalı ifadəsini tapmışdır. Bu prinsipin həyata keçirilməsi istiqamətində ATƏT
çərçivəsində xüsusi prosedur və mexanizmlərin yaradılmasını nəzərdə tutan bir neçə mühüm
sənəd qəbul olunmuşdur. Onlardan biri “Mübahisələrin nizamlanması prinsipləri və ATƏM-in
mübahisələrin dinc nizamlanması üzrə prosedur müddəaları
”dır (Valetta, 8 fevral 1991-ci il).
Bu sənədə müvafiq olaraq, Mübahisələrin nizamlanması üzrə xüsusi ATƏM Mexanizmi təsis
olunur. Mexanizm dövlətlərə mübahisənin nizamlanmasının opdimal prosedurları ilə bağlı
tövsiyələr verir; uğur əldə edilmədikdə, Mexanizm tərəfindən birinin tələbi ilə, mübahisənin
mahiyyəti üzrə məsləhətlər verə bilər. Mexanizm tərəfindən işin aparılması,tövsiyə və
məsləhətlər verilməsi konfidensial xaraqter daşıyır.
Daha bir mühüm sənəd “ Mübahisə lə rin dinc nizamlanması üzrə ATƏ M Müş avirə sinin
nə ticə lə ri
” (Cenevrə, 12-23 oktyabr 1992-ci il) adlanır. Bu sənəd vasitəsilə ATƏT-in dinc
nizamlama mexanizmi daha təkmil sistem şəklinə salınmışdır. Həmin sistem dörd ünsürdən
ibarətdir: 1) Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi; 2) ATƏM çərçivəsində
barışdırma və arbitraja dair Konvensiya; 3) Barışdırma üzrə Konvensiya; 4) Direktiv barışdırma
haqqında Müddəalar.
Qeyd etmək lazımdır ki, bu prosedur və mexanizmlərin praktik əhəmiyyəti olduqca azdır.
Ciddi mübahisə və ya situasiyaların həlli üçün onlar kifayət qədər səmərəli deyildir.
Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişənin ATƏT çərçivəsində
nizamlanması prosesi yaxşı məlumdur.
Dostları ilə paylaş: |