Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   11   12   13   14   15   16   17   18   19

 
1.  Beynəlxalq  dəniz  hüququnun  anlayışı  və  mənbələri.  Beynəlxalq  dəniz  hüququ  –  dəniz 
məkanlarının  hüquqi  statusunu  müəyyən  edən  və  onların  tədqiq  edilməsi  və  istifadəsi  ilə 
bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir. 
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.  
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd 
mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında; 
açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının 
mühafizəsi haqqında.
 Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi 
və  xüsusilə  də  1960-70-ci  illərdə  meydana  gəlmiş  yeni  müstəqil  dövlətlərinmənafelərini  əks 
etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci 
il  oktyabrın  10-da  Dəniz  hüququ  üzrə  BMT  Konvensiyası  qəbul  edildi.  Beynəlxalq  dəniz 
hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir. 
Bundan əlavə, dəniz hüququ sahəsində dövlətlərarası  əməkdaşlığın xüsusi məsələlərinə həsr 
olunmuş  aşağıdakı  beynəlxalq  sazişləri  göstərmək  olar:  Dənizdə  gəmilərin  toqquşmasının 
qarşısının alınmasının beynəlxalq qaydaları haqqında 1972-ci il Konvensiyası; Dənizdə insan 
həyatının  qorunmasına  dair  1974-cü  il  Beynəlxalq  Konvensiyası;  Dənizdə  axtarış  və 
xilasetməyə dair 1979-cu il Beynəlxalq Konvensiyası; Neftlə çirklənməyə gətirb çıxaran qəzalar 
zamanı  açıq  dənizdə  müdaxiləyə  dair  1969-cu  il  Konvensiyası;  Dənizin  tullantılarla  və  digə
materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası və s. 
Beynəlxalq  dəniz  hüququnun  müqavilə  mənbələri  sırasında  ayrı-ayrı  dənizlərin  hüquqi 
rejimini müəyyən edən lokal sazişlərin də adını çəkmək lazımdır: Baltik dənizində balıqçılıq və 
canlı ehtiyatların mühafizəsi haqqında 1973-cü il Konvensiyası; Qara dənizin çirklənməsində 
qorunması haqqında 1972-ci il Konvensiyası və s. 
2.  Dəniz  məkanlarının  təsnifatı.  Beynəlxalq-hüquqi  baxımdan  bütün  dəniz  və  okeanlar 
aşağıdakı iki növə ayrılır: 1)  ayrı-ayrı  dövlətlərin suverenliyi  altında  olan  və  onların  ərazisini 
təşkil edən məkanlar; 2) heç bir dövlətin suverenliyi altında olamayan məkanlar. 

Dəniz sahili olan dövlətin suveren ərazisinin tərkibinə a) daxili sular və b) ərazi suları (ərazi 
dənizi)  daxildir.  Tamamilə  bir  və  ya  bir  neçə  arxipelaqdan  ibarət  olan  dövlətlərin  ərazisinə 
arxipelaqın içindəki adaların arasında yerləşən arxipelaq suları da aiddir. 
Dünya  okeanının  əsas  hissəsi  heç  bir  dövlətin  suverenliyi  altında  olamayan  ərazisidir. 
Burada  öz  hüquqi  rejiminə  görə  bir-birindən  fərqlənən  dəniz  məkanları  mövcuddur;  məsələn, 
müstəsna iqtisadi zona, kontinental şelf, açıq dəniz və s. Eyni zamanda nəzərə almaq lazımdır 
ki, dövlətin ərazisinə daxil olan daxili suların və ərazi sularının beynəlxalq-hüquqi rejimi heç də 
eyni deyildir. Arxipelaq sularının hüquqi rejimində də müəyyən spesifik cəhətlər vardır. 
3.  Daxili  dəniz  suları.Daxili  dəniz  suları  dedikdə,  sahil  xətti  ilə,  ərazi  dənizinin  eyni 
hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı başa düşülür. 
Daxili  dəniz  suları  dövlətin  tam  suverenliyi  altında  olur  və  onun  ərazisinin  bir  hissəsini 
təşkil  edir.  Dəniz  hüququ  üzrə  1982-ci  il  Konvensiyasına  görə,  daxili  dəniz  sularına  habelə 
aşağıdakılar aiddir: a) liman suları (ən qabağa çıxan daimi liman qurğularını birləşdirən xəttə 
qədər); b) eyni dövlətin quru ərazisi ilə tam əhatə olunmuş dəniz, habelə bütün sahil bir dövlətə 
məxsus olan dəniz; c) sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan 
buxtalar,  liman  və  körfəzlər;  ç)  tarixi  körfəzlər  (məsələn,  Rusiyada  Böyük  Pyotr  körfəzi, 
Kanadada Hudzon körfəzi, Norveçdə Varanğerford körfəzi və s.). 
Daxili dəniz sularının hüquqi rejimi, əsas etibarilə, müvafiq dövlət tərəfindən daxili 
qanunvericilik  vasitəsilə  müəyyən  olunur.  Bu  sularda  dövlətin  icazəsi  olmadan  hər  hansı 
təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və tədqiqatlar aparmaq əcnəbilərə qadağandır. 
Əcnəbi gəmiləri daxili dəniz sularına müvafiq icazədən sonra daxil ola bilər. 
Dövlətin  açıq  elan  etdiyi  limanlarına  əcnəbi  qeyri-hərbi  gəmiləri  sərbəst  surətdə  girə  bilər. 
Hərbi gəmilər isə yalnız sahilyanı dövlətin qabaqcadan icazəsi və ya dəvəti ilə girə bilər. Lakin 
fövqəlada hallarda (bədbəxt hadisə, qəza, kortəbii hadisə, təcili tibbi yardım göstərmək zərurəti 
və s.) gəmilərin icazəsiz yol verilir. 
  Limana  girmiş  bütün  gəmilər  sərhəd,  sanitar  və  gömrük  yoxlamasını  keçməlidir.  Daxili 
sularda və limanlarda  olan əcnəbi qeyri-hərbi  gəmiləri sahilyanı dövlətin  yurisdiksiyası  altına 
düşür.  Sahilyanı  dövlətin  səlahiyyətli  orqanları  bu  gəmilərdə  baş  vermiş  cinatət  işlərinin 
istintaqını  apara  bilər  və  həmin  işlərə  məhkəmədə  baxa  bilərlər,  bu  şərtlə  ki,  a)  baş  vermiş 

cinayət ağır xaraqterli olur, sahilyanı dövlətin və onun vətəndaşlarının mənafeyinə toxunur; b) 
sahilyanı  dövlətdə  ictimai  asayişi  və  ictimai  qaydanı  pozur  və  onun  təhlükəsizliyinə  ziyan 
vurur; c) gəminin ekipajına daxil olmayan şəxslərin maraqlarına toxunur. 
  Mülki-hüquqi yurisdiksiya öz ifadəsini onda tapır ki, sahilyanı dövlətin məhkəmə orqanları 
əcnəbi gəmilərinə qarşı, o cümlədən daxili suların çirklənməsi ilə bağlı irəli sürülmüş iddialara 
baxa bilər və qərar çıxara bilər. Mülki iddianı təmin etmək üçün gəminin üzərinə həbs qoyula 
bilər. Gəminin kapitanı və ekipajın üzvləri məsuliyyətə cəlb edilə bilərlər. 
  Limanda  yerləşən  əcnəbi  hərbi  gəmiləri  sahilyanı  dövlətin  yurisdiksiyasına  tabe  olmur. 
Onlara  qarşı  heç  bir  məcburiyyət  tədbiri  görülə  bilməz.  Bununla  belə,  bu  gəmilər  sahilyanı 
dövlətin  qanun  və  qaydalarına  riayət  etməyə  borcludur.  Dövlətin  qanun  və  qaydalarını 
pozduğuna görə əcnəbi hərbi gəmisinə qarşı daxili suları tərk etmək tələbi irəli sürülə bilər. 
4. Ərazi dənizi.Ərazi dənizi (və ya ərazi suları) – sahilyanı dövlətin quru ərazisinə və daxili 
sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına deyilir. 
  Dəniz  hüququ  üzrə  1982-ci  il  Konvensiyasına  görə,  ərazi  dənizinin  eni  12  dəniz  milindən 
artıq olmamalıdır (1 dəniz mili 1,8 km-dir).  
  Sahilyanı  dövlətin  suverenliyi  ərazi  dənizinin  səhətinə  və  dibinə,  habelə  onun  üzərindəki 
hava  məkanına  şamil  edilir.  Buna  görə  də  hər  bir  sahilyanı  dövlət  öz  ərazi  dənizinin  hüquqi 
rejimini  öz  qanunvericiliyi  ilə  müəyyən  edir.  Bununla  belə,  ərazi  dənizini  daxili  dəniz 
sularından ayıran çox mühüm bir xüsusiyyət  mövcuddur: ərazi dənizindəəcnəbi gəmilərinin 
dinc üzüb getmək hüququ var 
(Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının 17-ci maddəsi)
Bu zaman sahilyanı dövlətin qabaqcadan icazəsini almaq tələb olunur. 
  Əcnəbi  gəmiləri  ərazi  dənizindən:  1)  daxili  sulara  daxil  olmadan  ərazi  dənizini  üzüb 
keçmək; 2) daxili sulara daxil olmamaq və ya oradan çıxmaq məqsədləri ilə keçə bilər. Üzüb 
keçmə fasiləsiz və tez olmalıdır. Sualtı nəqliyyat vasitələri suyun üzü ilə getməlidir. Dinc üzüb 
keçmə o deməkdir ki, sahilyanı dövlətin əmin-amanlığı və təhlükəsizliyi pozulmasın. 1982-ci il 
Konvensiyasına  görə,  üzüb keçmə  aşağıdakı  hallarda  dinc sayılmır:  a) sahilyanı dövlətə qarşı 
güc  tətbiqi  və  ya  güclə  hədələmək;  b)  istənilən  növ  silahla  manevrlər  və  ya  təlimlər  həyata 
keçirmək; c) sahilyanı dövlətin müdafiəsi və təhlükəsizliyinin zərərinə informasiya toplamaq və 
ya təbliğat aparmaq; ç) hər hansı uçuş aparatını havaya qaldırmaq və ya gəminin üzərinə qəbul 
etmək; d) malların və ya vlyuta yükləmək və yaxud boşaltmaq; e) sahilyanı dövlətin müəyyən 

etdiyi  qaydalara  zidd  olaraq,  hər  hansı  bir  şəxsi  gəmiyə  mindirmək  və  ya  düşürtmək;  ə)  dinc 
üzüb  keçməklə  əlaqəsi  olmayan  balıqçılıq,  tədqiqat  və  digər  fəaliyyət;  f)  rabitə  sisteminə 
maneələr yaratmaq. 
  Dinc üzüb keçmə prinsipini pozan əcnəbi gəmilərinə qarşı sahilyanı dövlət zəruri tədbirlər 
görə bilər. Öz təhlükəsizlik maraqlarından çıxış edərək, o, dinc üzüb keçmə hüququnun  həyata 
keçirilməsini müvəqqəti dayandıra bilər. 
  Sahilyanı  dövlət  öz  ərazi  dənizində  gəmiçiliyin  təhlükəsizliyinə  və  gəmilərin  hərəkətinin 
tənzimlənməsinə  aid  olan  qanunlar  və  inzibati  qaydalar  verə  bilər.  Dövlət  habelə  ərazi 
dənizində dəniz dəhlizləri müəyyən edə bilər.  
  Ərazi dənizindən üzüb keçəəcnəbi gəmilərdə olan şəxslərə qarşı sahilyanı dövlət müəyyə
hallarda öz cinayət yurisdiksiyasını həyata keçirə bilər.
 Üzüb keçmə zamanı gəmidə törədilmiş 
hər hansı bir cinayətlə bağlı istənilən şəxs yalız aşağıdakı hallarda həbs edilə bilər və ya istintaq 
aparıla bilər: a) cinayətin nəyicələri sahilyanı dövlətin ərazisinə yayılarsa; b) törədilmiş cinayət 
həmin  ölkədə  əmin-amanlığa  və  ya  ərazi  dənizində  müəyyən  olunmuş  qaydanı  pozarsa;  c) 
gəminin  kapitanı,  gəminin,  bayrağı  altında  üzdüyü    dövlətin  diplomatik  agenti  və  ya  konsulu 
kömək  göstərmək  xahişilə  yerli  orqanlara  müraciət  edirsə;  ç)  bu  tədbirlər  narkotik  vasitələrlə 
qeyri-qanuni ticarətin qarşısını almaq üçün zəruridirsə. 
  Sahilyanı  dövlət  mülki-hüquqi  yurisdiksiyanı  həyata  keçirmək  üçün  öz  ərazi  dənizindən 
üzüb keçən əcnəbi gəmini dayandıra bilməz. Hər hansı mülki iş üzrə məsuliyyət tədbirləri və ya 
həbs yalnız üzüb keşmə zamanı ortaya çıxmış konkret öhdəliklərə görə həyata keçirilə bilər. 
  Xarici  dövlətlərin  hərbi  gəmiləri  ərazidənizindən  üzüb  keçərkən  sahilyanı  dövlətin 
yurisdiksiyasına  tabe  olmur.  Bununla  belə,  əgər  hərbi  gəmi  sahilyanı  dövlətin,  əcnəbi 
gəmilərinin  dinc  üzüb  keçməsi  ilə  bağlı  müəyyən  etdiyi  qaydaları  pozursa  və  bu  qaydalara 
riayət etmək tələbinə məhəl qoymursa, o halda sahilyanı dövlət həmin gəmidən ərazi dənizini 
dərhal tərk etməyi tələb edə bilər. 
5.  Bitişik  zona.  Bitişik  zona  -  əcnəbi  gəmiləri  tərəfindən  gömrük,  vergi,  sanitar  və 
immiqrasiya 
qaydalarına əməl olunmasına nəzarət həyata keçirmək məqsədilə sahilyanı dövlətin müəyyə
etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur. 

Bitişik zona açıq dənizin bir hissəsidir və sahiyani dövlətin suverenliyi altında 
deyildir. Onun eni 12 dəniz milindən artıq olmamalıdır.  
  Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyasının  33-cü  maddəsinə  görə,  bitişik  zona 
aşağıdakı  məqsədlər  üçün    zəruri  ola  bilər:  1)  sahiyani  dövlətin  ərazisi  və  ya  ərazi  dənizi 
hədlərində gömrük, fiskal, immiqrasiya və ya sanitar qaydalarının pozulmasının qarşısını almaq 
üçün; 2) bu qaydaların pozulmasına görə cəzalandırmaq üçün.  
  Bitişik zonanın aşağıdakı əsas növləri ola bilər: gömrük zonası; fiskal zonası; immiqrasiya 
zonası və sanitar zonası.  
6. Müstəsna iqtisadi zona.Müstəsna iqtisadi zona - ərazi dənizinin hüdudlarından kənarda 
yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur.  
  Müstəsna  iqtisadi  zonanın  eni  ərazi  dənizinin  enini  ölçmək  üçün  qəbul  olunmuş  düzünə 
başlanğıc xətlərdən hesablanır.  
  Müstəsna  iqtisadi  zonan,  ilk  dəfə  olaraq  dəniz  hüququ  üzrə  1982-ci  il  Konvensiyası  ilə 
nəzərdə  tutulmuş  xüsusi  hüquqi  rejimə  malikdir.  Bir  tərəfdən,  o,  açıq  dənizin  bir  hissəsidir, 
digər tərəfdən isə, sahiyani dövlət bu zonada bir sıra iqtisadi xaraqtərli suveren hüquqlar həyata 
keçirir: 1) burada olan bütün təbii ehtiyatların kəşfiyyatı və istismarı sahiyani dövlətin müstəsna 
hüququdur: xarici dövlətlərin bu fəaliyyətdə iştirakı yalnız sahiyani dövlətlə razılaşma əsasında 
olabilər;  2)  sahiyani  dövlət  burada  iqtisadi  məqsədlərlə  süni  adalar  və  qurğular  yarada  bilər, 
elmi  tədqiqatlar  apara  bilər;  3)  dəniz  mühitinin  qorunub  saxlanması  da  sahiyani  dövlətin 
yurisdiksiyasına aiddir.  
  Müstəsna  iqtisadi  zona  açıq  dənizin  bir  hissəsi  olduğu  üçün  bütün  dövlətlər  burada  açıq 
dənizin  məlum  azadlıqlarından  (gəmiçilik,  uçuş,  kabel  və  boru  çəkmək)  istifadə  edirlər.  Bu 
zaman onlar sahiyani dövlətin hüquq və qanuni mənafelərini nəzərə almalıdırlar.  
7.  Kontinental  şelf.  Kontinental  şelf  dedikdə,  sahilyanı  dövlətin  ərazi  dənizinin  xarici 
sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədə
uzanan dəniz dibi və habelə onun təki başa düşülür. 
  Kontinental şelf sahiyani dövlətin quru ərazisinin dənizin dibi ilə uzanan təbii davamıdır. O, 
daətən,  200  dəniz  mili  həddində  olur.  stənilən  halda,  1982-ci  il  Konvensiyasına  görə, 

kontinental  şelfin  xarici  sərhədi  ərazi  dənizinin  enini  ölçmək  üçün  qəbul  olunmuş  başlanğıc 
xətlərdən hesablanmaqla, 350 dəniz milindən artiq olmamamlıdır. 
  Sahiyani  dövlət  təbii  sərvətlərin  kəşfiyatı  və  istismarı  məqsədilə  kontinental  şelf  üzərində 
suveren hüquqlar həyata keçirir. 
O, bu məqsədlə şelf üzərində quğular düzəldə bilər və onların 
ətrafinda radisu 500 m olan təhlükəsizlik zonaları yarada bilər. Bu qurğular sahiyani dövlətin 
yurisdiksiyası aıtında olur.  
  Kontinental şelfin kəşfiyyatı və istismarı bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik 
və  uçuşların  həyata  keçirilməsi  məqsədləri  ilə  istifadəsi  üçün  maneələr  yaratmamalıdır. 
stənilən dövlət kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər. Lakin bu zonada 
tədqiqatların aparılması yalız sahiyani dövlətin razılığı ilə mümkündür.  
8. Açıq dəniz.Açıq dəniz – Dünya okeanının, heç bir dövlətin yurisdiksiyasına aid olmayan 
və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə deyilir. 
  Tərifdən  göründüyü  kimi,  dəniz  və  okeanların  dibi  xüsusi  hüquqi  statusa  malik  olduğuna 
görə açıq dəniz anlayışına daxil deyildir. 
  Heç bir dövlət açıq dənizin hər hansı bir hissəsini öz suverenliyinə tabe etdirə bilməz. 
  Açıq  dəniz  həm  sahilyanı  dövlətlər,  həm  də  dənizə  heç  bir  çıxışı  olmayan  dövlətlər  üçün 
azaddır.  Açıq  dənizin  hüquqi  rejiminə  aşağıdakı  azadlıqlar  daxildir:  1)  gəmiçilik  azadlığı;  2) 
uçuş azadllığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı; 5) elmi 
tədqiqatlar azadlığı; 6) süni adalar və qurğular yaratmaq  azadlığı.
 Bu azadlıqlar beynəlxalq 
hüquq  normalarının  tələblərini  və  başqa  dövlətlərin  maraqlarını  nəzərə  almaqla  həyata 
keçirilməlidir. 
  Gəmiçilik  azadlığı  o  deməkdir  ki,  hər  bir  dövlətin  gəmiləri,  daha  doğrusu,  onun  bayrağı 
altında olan gəmilər açıq dənizdə sərbəst üzə bilər. Açıq dnizdə gəmi həmin dövlətin müstəsna 
yurisdiksiyasına  tabe  olur.  Dövlət  gəminin  və  onun  ekipajının  üzərində  inzibati,  texniki  və 
sosial  məsələlərdə  öz  yurisdiksiyasını  və  nəzarətini  həyata  keçirir.  Gəminin  kapitanına  və  ya 
ekipajın hər hansı digər üzvünə qarşı cinayət və ya inzibati  məsuliyyət yalnız həmin gəminin, 
bayrağı  altında  üzdüyü  dövlətin  müvafiq  orqanları  tərəfindən  qaldırıla  bilər.  Lakin  bu 
prinsipdən  bir  sıra  istisnalar  mövcuddur;  belə  ki,  hər  hansı  dövlətin  hərbi  dəniz  və  ya  hava 
gəmisi  əcnəbi  gəmini  aşağıdakı  hallarda  (daha  doğrusu,  əgər  bu  əməllərin  törədilməsi  barədə 

şübhələnməyə  kifayət  qədər  əsas  vardırsa)  saxlaya  və  yoxlaya  bilər:  a)  əcnəbi  gəmisi  dəniz 
quldurluğu  ilə  məşğul  olursa;  b)  qul  alveri  ilə  məşğul  olursa;  c)  narkotik  maddələrlə  qeyri-
qanuni ticarətlə məşğul olursa; ç) sualtı teleqraf kabellərini və boru kəmərlərini zədələmişsə; d) 
açıq  dənizdən  icazə  verilməmiş  radio  və  ya  televiziya  proqramları  ötürürsə;  e)  sahilyanı 
dövlətin  yurisdiksiyası  altında  olan  sulard  mövcud  qaydaları  pozmuşsa  (“qaynar  izlər”  üzrə 
təqib)və s. 
  Uçuş  azadlığı  o  deməkdir  ki,bütün  dövlətlərin  hava  gəmiləri  açıq  dəniz  üzərindəki  hava 
məkanına  uçuşlar  həyata  keçirə  bilər.  Dövlətlər  öz  hava  gəmilərinin  açıq  dəniz  üzərində 
uçuşlarının təhlükəsizliyini təmin etməlidirlər. Bu uçuşlar dəniz gəmiçiliyinə və dənizin digər 
məqsədlərlə istifadəsinə maneə törətməməlidir. 
  Balıqçılıq azadlığı təkcə bilavasitə balqçılıq fəaliyyətini deyil, habelə digər canlı ehtiyatların 
da istismarını əhatə edir.  Lakin bu azadlıq dövlətlərin öz beynəlxalq öhdəliklərini və sahilyanı 
dövlətlərin  maraqlarını  nəzərə  almaqla  həyata  keçirilməlidir.  Hər  şeydən  əvvəl,  dənizin  canlı 
ehtiyatları  müəyyən  səviyyədə  qorunub  saxlanmalıdır  və  bunun  üçün  dövlətlər  əməkdaşlıq 
etməlidirlər. 
  Sualtı kabel və boru kəmərləri çəkmək azadlığı koninental şelfin hüdudlarından kənarda açıq 
dənizin dibinə şamil olunur. Kabellər və boru kəmərləri çəkərkən dövlətlər açıq dənizin sərbəst 
istifadəsinə mane olmamalıdırlar. 
  Elmi tədqiqatlar azadlığı coğrafi vəziyyətindən asılı olmayaraq bütün dövlətlərə və habelə 
səlahiyyətli  beynəlxlq  təşkilatlara  məxsusdur.  Dəniz  elmi  tədqiqatları  müstəsna  olaraq  dinc 
məqsədlərlə  həyata  keçirilməlidir  və  dənizin  başqa  formalarda  istifadəsinə  maneə 
yaratmamalıdır. 
  Süni  adalar  və  qurğular  yaratmaq  azadlığı  həm  açıq  dənizin  su  hissəsində,  həm  də  onun 
dibində (faydalı qazıntılar hasil etmək üçün) həyata küçirilir. 
9. Beynəlxalq dəniz dibi rayonu. Beynəlxalq dəniz dibi rayonu (“Rayon”)dedikdə, dəniz və 
okeanların dövlətlərin yurisdiksiyasından kənarda yerləşən dibi və onun təki başa düşülür. 
  1982-ci  il  Konvensiyasında  Rayon  və  burada  yerləşən  ehtiyatlar  bəşəriyyətin  ümumi  irsi 
elan  olunmuşdur.  Bu  o  deməkdir  ki:  a)  heç  bir  dövlət  Rayonun  hər  hansı bir hissəsi və  onun 
ehtiyatları  üzərində  suverenliyə  və  ya  suveren  hüquqların    həyata  keçirilməsinə  iddia  edə 

bilməz; b) heç bir dövlət, fiziki və ya hüquqi şəxs onların hər hansı  bir hissəsini mənimsəyə 
bilməz;  c)  Rayonun  ehtiyatları  üzərində  hüquqlar  bütün  bəşəriyyətə  məxsusdur:  bəşəriyyətin 
adından  1982-ci  il  Konvensiyasının  bütün  iştirakçı  dövlətlərin  üzv  olduğu  Dəniz  dibi  üzrə 
Beynəlxalq Orqan (“Orqan”) 
çıxış edir; ç) Rayonda fəaliyyət bütün bəşəriyyətin rifahı naminə 
həyata  keçirilir;  d)  Rayon  ayrı-seçkilik  olmadan  bütün  dövlətlərin  müstəsna  olaraq  dinc 
məqsədlərlə ietifadəsi üçün açıqdır. 
  Rayonda  bütün  fəaliyyət  Orqan  tərəfindən,  dünya  iqtisadiyyatının  və  beynəlxalq  ticarətin 
sağlam  inkişafına  dəstək  vermək  məqsədilə  təşkil  edilir,  həyata  keçirilir  və  nəzarət  olunur. 
Orqan  Rayondakı  fəaliyyətdən  əldə  olunmuş  maliyyə  və  digər  iqtisadi  mənfəətin  ədalətli 
bölünməsini  təmin  edir;  bu  zaman,  hələ  tam  müstəqilliyə  və  ya  digər  özünüidarə  sttusuna 
çatmamış  inkişaf  etməkdə  olan  dəvlət  və  xalqların  maraq  və  ehtiyacları  xüsusilə  nəzərə 
alınmalıdır. 
  Rayonun  bilavasitə  isrismarı  və  burada  hasil  olunmuş  faydalı  qazıntıların  nəql  edilməsi, 
emalı və realizəsi məqsədilə Dəniz dibi üzrə Beynəlxalq orqan əssisə yaradır. Müəssisə öz 
funksiyalarını yerinə yetirmək üçün tələb olunan bütün vasitə və texnologiya ilə təmin olunur. 
  Dövlətlər, fiziki və hüquqi şəxslər Rayonda Orqanla bağlanmış kontrakt əsasında fəaliyyət 
göstərirlər. 
  1982-ci  il  Konvensiyasına  görə,  Orqan  aşağıdakı  struktura  malikdir:  Orqanın  bürün 
üzvlərindən  ibarət  olan  Assambleya,  Orqanın  36  üzvündən  ibarət  olan  Şura,  Katiblik.  Şura 
Orqanın  fəaliyyət  dairəsində  olan  istənilən  məsələ  üzrə  konkret  siyasəti  müəyyən  etmək  və 
həyata keçirmək səlahiyyətinə malikdir. Onun üzvlərindən yarısı ədalətli coğrafi nümayəndəlik 
prinsipi əsasında, qalan yarısı isə digər əsaslar üzrə: xüsusi maraqları olan inkişaf etməkdə olan 
ölkələrdən; idxalçı ölkələrdən; quruda analoji resuslar hasil edən ölkələrdən və s. seçilir. 
 
nkişaf  etmiş  ölkələrin  maraqlarına  cavab  vermədiyinə  görə  1982-ci  il  Konvensiyasının 
Rayona  həsr  olunmuş  XI  hissəsinə  1994-cü  ildə  qəbul olunmuş və  Konvensiya  ilə  bir vaxtda 
qüvvəyə minmiş ayrıca müqavilə ilə - “Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının XI 
hissəsinin həyata keçirilməsi haqqında Saziş” 
ilə bir sıra mühüm dəyişikliklr edilmişdir. Saziş 
müəyyən edir ki, Rayondakı resusların hasil olunması həm də kommersiya prinsipləri əsasında 
həyata  keçiriləcəkdir.  Bundan  əlavə,  göstərilən  sahədə  inhisarlaşdırmaya  yol  verilməməsi  ilə 
bağlı Konvensiyanın məlum müddəaları artıq tətbiq olunmur.  

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin