Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm


Beynəlxalq  ekologiya  hüquqununanlayı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   11   12   13   14   15   16   17   18   19

1.Beynəlxalq  ekologiya  hüquqununanlayışı  və  mənbələri.  Beynəlxalq  ekologiya  hüququ  - 
ə
traf  mühitin  çirklənmədən  qorunması  və  təbii  ehtiyatların  rasional  istifadəsi  ilə  bağlı 
dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir. 
  Təbiətin  qorunması  və  onun  ehtiyatlarından  məqsədəuyğun  istifadə  olunması  –  müasir 
dövrün  qlobal  problemlərindən  biridir.  Bu  problemin  həllində  bütün  dövlətlər  maraqlı 
olmalıdırlar. 
    Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması, demək 
olar ki, qeyri-mümkündür. Yalnız birgə səylərlə,  müvafiq hüquqi rejim  yaratmaqla, bu günkü 
və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Buradan belə bir məntiqi 
nəticə  alınır  ki,  ətraf  mühitin  qorunub  saxlanmasında  və  ekoloji  ehtiyatların  adekvat 
mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynaya bilər və oynamalıdır. 
  Beynəlxalq  ekologiya  hüququnun predmetinə  aşağıdakı  məsələlər daxildir:  1)  ətraf  mühitə 
müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması; 2) 
təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin  təmin edilməsi; 
3) ətraf mühitin  mühafizəsi ilə bağlı dövlətin elmi-texniki əməkdaşlığı. 

  Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri vardır: 
1)
  milli təbii ehtiyatlar; dövlətin yurisdiksiyası altında yerləşən bu ehtiyatların 
hüquqi  rejiminin  müəyyən  edilməsində  daxili  hüquq  normaları  başlıca  rol  oynasa  da,  onların 
mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur; 
2)
  beynəlxalq təbii ehtiyatlar; milli yurisdiksiyanın hüdudlarından kənarda və ya 
özünün  təbii  dövretmə  prosesində  müxtəlif  dövlətlərin  ərazisində  olur.  Bu  ehtiyatların 
mühafizəsi və onlardan istifadə rejimi beynəlxalq hüquq normaları ilə müəyyən edilir; iki növü 
vardır: a) universal ehtiyatlar; bütün dövlətlərin  ümumi istifadəsində olur (açıq dəniz, kosmos, 
Antarktida, beynəlxalq dəniz dibi rayonu); b) bölünə bilən təbii ehtiyatlar; iki və ya daha çox 
ölkəyə  məxsus  olur  və  ya  onlar  tərəfindən  istifadə  edilir  (məsələn,  beynəlxalq  çaylarda  olan 
ehtiyatlar, sərhədyanı təbii komplekslər və s.). 
2.  Beynəlxalq  ekologiya  hüququnun  prinsipləri.  Ətraf  mühitin  indiki  və  gələcək  nəsillə
naminə  mühafizəsi
  –  beynəlxalq    ekologiya  hüququnun  mərkəzi  prinsipidir.  Bu  prinsipin 
mahiyyəti  ondan  ibarətdir  ki,  dövlətlər  indiki  və  gələcək  nəsillər  naminə  ətraf  mühitin 
keyfiyyətinin  qorunub  saxlanması  və  yaxşılaşdırılması  və  təbii  ehtiyatların  rasional  idarə 
olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər. 
  Beynəlxalq ekologiya hüququnun aşağıdakı digər xüsusi prinsipləri vardır: 
a)
  transsərhəd ekoloji zərərin yolverilməzliyi. Öz yurisdiksiyasi çərçivəsində 
dövlətlər  digər  dövlətlərin  və  beynəlxalq  rejimli  ərazilərin  təbii  mühitinə  zərər  yetirə  bilən 
hərəkətlərdən  çəkinməli,  habelə  belə  zərər    yetirə  bilən  fəaliyyətin  qarşısını  almalıdırlar.  lk 
dəfə  1972-ci  il  Stokholm  Bəyannaməsində  təsbit  olunmuş    bu  prinsip  hazırda  beynəlxalq 
praktikada hamılıqla tanınmışdır. 
b)
  təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi. Hələ tam 
dəqiq  normativ  məzmuna  malik  olmayan  bu  prinsipin  mahiyyəti  aşağıdakılardan 
ibarətdir:indiki  və  gələcək  nəsillərin  mənafeyi  naminə  Yerin  bərpa  oluna  bilən  və  bərpa 
olunmayan  ehtiyatlarının  rasional  planlaşdırılması  və  idarə olunması;  ekoloji  fəaliyyətin  uzun 
müddətə  planlaşdırılması;  dövlətlərin  öz  yurisdiksiyası  çərçivəsində  fəaliyyətinin  bu 
hüdudlardan kənarda yerləşən təbii mühitə göstərə biləcəyi nəticələrin qiymətləndirilməsi. 
c)
  ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi;  

ç) dəniz mühitinin mühafizəsi; 
d) ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmə
məqsədlərlə istifadə olunmasınınqadağan edilməsi; 
e) milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ekoloji sistemlərə vurulmuş 
zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti və s.  
3. Beynəlxalq ekologiya hüququnun mənbələri. Beynəlxalq ekoloji standartların ən yaxşı və 
ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hal-hazırda ətraf mühitin mühafizəsinin 
müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli 
regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı 
ekoloji  sistemlərin  –  dəniz  mühitinin,  atmosferin,  yerətrafı  kosmik  fəzanın  mühafizəsinə  həsr 
olunmuş  müqavilələr  vardır.  Lakin  bu  sahədə  bu  günə  qədər  vahid  məcəllələşdirilmiş  akt 
işlənib hazırlanmamışdır. Universal müqavilələrə misal olaraq aşağıdakı aktları göstərmək olar: 
Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-
ci  il  Konvensiyası;  Gəmilərdən  çirkləndirmənin  qarşısının  alınmasına  dair  1973-cü  il 
Beynəlxalq  Konvensiyası;  Vəhşi  fauna  və  floranın  yox  olmaq  təhlükəsində  olan  növlərinin 
beynəlxalq  ticarəti  haqqında  1973-cü  il  Konvensiyası;  Ətraf  mühiti  dəyişikliyə  uğradan 
vasitələrdən  hərbi  və  ya  istənilən  digər  düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan 
edilməsi haqqında 1976-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT  Konvensiyası; 
ozon  qatının  mühafizəsi  haqqında  1985-ci  il  Vyana  Konvensiyası  və  bu  Konvensiyaya  əlavə 
olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası və 
s. 
Lakin  sözü  gedən  sahədə  beynəlxalq-hüquqi  tənzimləmənin  əsas  “yükü”  regional 
müqavlələrin  üzərinə  düşür.  Bu  müqavilələr,  demək  olar  ki  bütün  regionları  və  bütün  ekoloji 
sistemləri  əhatə  edir.  Onlara  misal  olaraq  aşağıdakıları  göstərmək  olar:  Yuyucu  və  təmizləyici 
vasitələrdə  bəzi  bəzi  maddələrin  istifadəsinin  qadağan  olunması  haqqında  1968-ci  il  Avropa 
sazişi:  Təbiətin  və  təbii  ehtiyatların  qorunub  saxlanması  haqqında  1968-ci  il  Afrika 
Konvensiyası; Avropada vəhşi fauna və floranın mühafizəsi haqqında 1979-cu il Konvensiyası; 
Havanın uzaq məsafələrə transsərhəd çirkləndirməsi haqqında 1979-ui il Konvensiyası; Sənaye 
qəzalarının transsərhəd təsiri haqqında 1992-ci il Konvensiyası; Aralıq dənizinin çirklənmədə
qorunması  haqqında  1976-cı  il  Konvensiyası;  Sakit  okeanın  cənubi-şərqi  hissəsinin  dəniz 
mühiti  və  bitişik  zonalarının  mühafizəsi  haqqında  1981-ci  il  Konvensiyası;  Şimal  dənizinin 

neftlə və digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında 1983-
cü il Sazişi; Baltik dənizi rayonunun dəniz mühitinin çirklənmədən qorunması haqında 1992-ci 
il Konvensiyası; Qara dəniz çirklənmədən qorunması haqında 1992-ci il Konvensiyası; Şimali 
Atlantikanın dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il Konvensiyası və s. 
 
  Ə
traf  mühitin  mühafizəsi  və  ətraf  mühitə  vurulan  zərərin  ödənilməsi  ilə  bağlı  bir  sıra 
mühüm normalar beynəlxalq adət hüququna daxildir.  
  Beynəlxalq ekologiya hüququnda tövsiyə xaraqterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif 
xaraqterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda 
və  s.  əks  olunur  (belə  normalara  beynəlxalq  hüquq  elmində  “yumşaq  hüquq”  da  deyirlər), 
müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da 
beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xaraqterli aktlara misal 
olaraq,  yuxarıda  adları  çəkilmiş  Stokholm  və  Rio-de-Janeyro  Bəyannamələrini,  1982-ci 
Ümumdünya  təbiəti  mühafizə  Xartiyasını 
göstərmək  olar.  Məsələn,  Rio  Bəyannaməsində 
dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: ətraf mühitin mühafizəsi sahəsində hər bir 
dövlət  tərəfindən  effektiv  qanunların  qəbul  edilməsi;  ətraf  mühitin  çirkləndirilməsinə  görə 
dövlətlərin  məsuliyyəti; ətraf mühitə və insana zərər vuran çirkləndiricilərin digər dövlətlərdə 
yerləşdirilməsinə  yol  verilməməsi;  ətraf  mühit  üçün  neqativ  nəticələr  verə  biləcək  tədbirlər 
haqqında  dövlətlərin  bir-birinə  məlumat  verməsi;  Yerin  ekosistemlərini  qorumaq  məqsədilə 
dövlətlərin  qlobal  əməkdaşlığı;  planlaşdırılan  fəaliyyətin  ekoloji  nəticələrinin  qabaqcadan 
qiymətləndirilməsi;  ətraf  mühitin  vəziyyətinin  pisləşməsi  hallarının  qarşısının  alınması  üzrə 
bürün  zəruri  tədbirlərin  görülməsi;  hərbi  münaqişələr  dövründə  ətraf  mühitin  mühafizəsinin 
təmin edilməsi və s. 
4.  Dəniz  mühitinin  mühafizəsi.  Dünya okeanının mühafizəsi məqsədilə bir sıra universal və 
regional müqavilələr qəbul edilmişdir. 
  Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyası  bu  sahədə  əsas  beynəlxalq-hüquqi  akt 
hesab  edilə  bilər.  Konvensiyada  birbaşa  bəyan  edilir  ki,  iştirakçı  dövlətlər  dəniz  mühitini 
mühafizə etməli və qoruyub saxlamalıdırlar. Dövlətlər bütün zəruri tədbirləri görməlidirlər ki, 
onların yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyət digər dövlətlərə və onların 
dəniz  mühitinə  zərər  yetirməsin.  Bu  tədbirlərə  aşağıdakılar  daxildir:  quruda  yerləşən 
mənbələrdən,  atmosferdən,  gəmilərdən  və  dəniz  dibinin  və  onun  təkinin  təbii  ehtiyyatlaranın 
kəşfiyyatı  və  çıxarılması  üçün  istifadə  olunan  qurğulardan,  zərərli  və  ya  zəhərli  maddələrin 

dənizə  atılmamasına  mümkün  dərəcədə  yol  verilməməsi;  dənizdə  aparılan  bütün  işlərin 
təhlükəsizliyinin  təmin  edilməsi,  qəzaların  qarşısının  alınması  və  fövqəladə  situasiyaların 
aradan    qaldırılması  və  s.  Müxtəlif  mənbələrdən  dəniz  mühitinin  çirklənməsinin  qarşısını 
almaq,  bu  çirklənməni  azaltmaq  və  nəzarətdə  saxlamaq  üçün  dövlətlər  müvafiq  qanun  və 
qaydalar qəbul etməlidirlər. Konvensiyada göstərilir ki, dəniz mühitinin qorunub saxlanması ilə 
bağlı  öz  beynəlxalq  öhdəliklərini  yerinə  yetirməyən  dövlət  beynəlxalq  hüquqa  uyğun 
məsuliyyət daşıyır. 
  Gəmilərdən  çirkləndirmənin  qarşısının  alınmasına  dair  1973-cü  il  Beynəlxalq 
Konvensiyasında 
dənizin neftlə və gəmilərdə daşınan və ya onların istismarı prosesində yaranan 
digər  maddələrlə  çirklənməsinin  qarşısının  alınmasına  dair  texniki-hüquqi  normalar  təsbit 
olunmuşdur.  Konvensiyanın  qüvvəsi  altına  düşən  gəmilər  beynəlxalq  şəhadətnaməyə  malik 
olmalıdır.  Konvensiya  gəmilərin  istismarı  nəticəsində  yaranan  bütün  növ  zərərli  maddələrlə 
dənizin çirklənməsinin qarşısının alınmasına dair vahid beynəlxalq standartlar müəyyən edir və 
bu bu standartları nəinki Konvensiya iştirakçılarına, habelə onu imzalamamış dövlətlərə şamil 
edir.  
  Neftlə çirklənməyə gətirib çıxaran qəzalar zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il 
Konvensiyasında
 bu cür qəzaların ardan qaldırılması üzrə zəruri tədbirlər müəyyən edilmişdir. 
Konvensiyaya  müvafiq  olaraq,  sahilyanı    dövlət  qəzanı  aradan  qaldırmaq  məqsədilə 
məcburiyyət  tədbirlərinə  əl  ata  bilər  və  sahilboyunun  çirklənmə  təhlükəsi  olduqda,  həmin 
gəmini batıra bilər. 
  Neftlə  çirklənmədən  dəyən  zərərə  görə  mülki  məsuliyyət  haqqında  1992-ci  il  Beynəlxalq 
Konvensiyasında  nəzərdə  tutulmuşdur  ki,  gəminin  sahibi  çirklənmədən  dəyən  istənilən  zərərə 
görə məsuliyyət daşıyır. 
  Neftlə  çirklənmə  hallarına  hazırlığın  təmin  edilməsi,  onunla  mübarizə  və  əməkdaşlıq 
haqqında  1990-cı  il  Beynəlxalq  Konvensiyası  xəbərdaredici  və  preventiv  tədbirlərin  həyata 
keçirilməsini nəzərdə tutur. Hər bir iştirakçı dövlət, onun bayrağı altında üzən gəmilərdə neftlə 
çırklənmə ilə mübarizə üzrə fövqəladə  tədbirlər planının olmasını təmin etməlidir. 
  Dənizin  tullantılarla  və  digər  materiallarla  çırklənməsinin  qarşısının  alınması  haqqında 
1972-ci 
il 
Konvensiyası 
gəmilərdən, 
təyyarələrdən, 
platformalardan 
və 
digər 
konstruksiyalardan  dənizə  tullantıların  və  digər  materialların  atılmasını,  bu  materialların 

ayrılıqda  və  yə  daşınma  vasitələri  ilə  bir  yerdə  batırılmasını  qadağan  edir.  Bu  qadağandan 
istisnaya  yalnız    “insanların  həyatının  və  ya  gəmilərin,  təyyarələrin,  platformaların 
təhlükəsizliyini  təmin  etmək  üçün  və  yaxud  fors-major  hallarda”  yol  verilir.  Konvensiyada 
dənizə atılması tamamilə qadağan edilmiş maddələrin siyahısı (xlor üzvi birləşmələr; civə; neft 
və onun qarışıqları; radioaktiv tullantılar və s.) verilmişdir.  
5. Dənizin canlı ehtiyatlarının mühafizəsi. Hazırda canlı dəniz ehtiyatlarının mühafizəsinə və 
balıqçılığın  tənzimlənməsinə  həsr  olunmuş  yüzdən  artıq  universal  və  regional  müqavilə 
mövcuddur.  Bu  məsələ  ilə  bağlı  əsas  prinsip  və  mexanizmlər  Dəniz  hüququ  üzrə  1982-ci  il 
BMT Konvensiyasında təsbit olunmuşdur. Konvensiya iştirakçı dövlətlərdən canlı ehtiyatların 
qorunub saxlanması üçün bütün  zəruri  tədbirlərin görülməsini  tələb edir.  Dövlətlər  bu sahədə 
bir-biri  ilə  əməkdaşlıq  etməli,  müvafiq  subregional  və  regional  təşkilatlar  vasitəsilə  müəyyən 
ehtiyatların qorunub saxlanması və sayının artırılması üçün səy göstərməlidirlər.  
  Bir  çox  konkret  balıq  növlərinin  qorunub  saxlanması  və  rasional  istifadəsi  məsələlərini 
nizama  salmaq  məqsədilə  1995-ci  ildə  Dəniz  hüququ  üzrə  BMT  Konvensiyasının  müvafiq 
müddəalarının  həyata  keçirilməsi  haqqında  xüsusi  Saziş  bağlamışdır.  Maddi  normalardan 
başqa, Saziş beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutulur.  
  Dünya  okeanının  canlı  ehtiyyatlarının  mühafizəsi  sahəsində  bağlanmış  digər  müqavilələrə 
misal  olaraq  aşağıdakıları  göstərmək  olar:  Atlantik  okeanın  şimal-qərb  hissəsində  balıqçılıq 
üzrə gələcək çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antraktikanın canlı dəniz 
ehtiyyatlarının  mühafizəsi  haqqında  1980-cı  il  Konvensiyası  və  s.  Bu  və  digər  müqavilələrdə 
Dünya  okeanının  müvafiq  akvotoriyasında  canlı  ehtiyyatların  qorunub  saxlanması  ilə  bağlı 
dövlətlərin  öhdəlikləri  müəyyən  edilmiş,  bu  öhdəliklərin  yerinə  yetirilməsi  üzərində  milli  və 
beynəlxalq nəzarət nəzərdə tutulmuşdur.  
6.  Beynəlxalq  çay  və  göllərin  mühafizəsi.  Beynəlxalq  çay  və  göllərin  çirklənməsinə  yol 
verilməməsi  və  onların  canlı  ehtiyyatlarının  mühafizəsi  müvafiq  sahilyanı  dövlətlərin  üzərinə 
düşən vəzifədir. Bu vəzifələrin həyata keçirilməsi üçün sahilyanı dövlətlər regional və ikitərəfli 
müqavilələr  bağlayırlar.  Müqavilələrin  başlıca  məzmunu  ondan  ibarət  olur  ki,  sahilyanı 
dövlətlər  beynəlxalq  çayın  və  gölün  mövcud  çirklənməsinin  azaldılması  üçün  bütün  zəruri 
tədbirlər  görməlidirlər.  Belə  tədbirlərin  məqsədi  digər  dövlətə  (dövlətlərə)  və  Dünya  okeanı 
sularına dəyə bilən zərərin qarşısını almaqdan ibarətdir. Bu müqavilələrdə göstərilir ki, suların 
çirklənməsində təqsirli olan dövlət bütün dəymiş zərəri ödəməlidir.  

  Hazırda  beynəlxalq  çayların  çirklənmədən  qorunmasına  dair  100-dən  artıq  beynəlxalq 
müqavilə  mövcuddur.  Bu  müqavilələrdə,  əsas  etibarilə,  neft, kimyəvi  və  üzvi  maddələrin  çay 
mühitinə  atılmasını  qadağan  edən  müddəalar  təsbit  olunmuşdur  (məsələn,  Reynin  xloridlərlə 
çirklənmədən  qorunması  haqqında  1976-cı  il  Konvensiyası;  Reynin  kimyəvi  maddələrlə 
çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası və s.). 
  Transsərhəd suaxınlarının  və  beynəlxalq göllərin  mühafizəsi  və  istifadəsinə dair 1992-ci il 
Konvensiyası isə nisbətən ümumi xaraqter daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir 
göstərən  və  ya  göstərə  bilən  çirklənmənin  qarşısını  almaq  və  azaldtmaq  üçün  bütün  müvafiq 
tədbirləri görməlidirlər. Bu tədbirlərin görülməsi ilə bağlı bütün xərclər çirklənməyə yol vermiş 
dövlətin  üzərinə  düşür.  Konvensiya  iştirakçı  dövlətlərdən,  habelə  müvafiq  hüquqi,  inzibati, 
iqtisadi və maliyyə tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.  
7.  Ətraf  mühitin  radioaktiv  yoluxmadan  mühafizəsi.  Ətraf  təbii  mühitin  radioaktiv 
maddələrlə  çirklənmədən  beynəlxalq-hüquqi  mühafizəsi  iki  istiqamətdə  həyata  keçirilir:  1) 
nüvə,  radioloji  və  neytron  silahlarının  sınağı  və  ya  tətbiqinin  qadağan  edilməsi  və  ya 
məhdudlaşdırılması;  2)  “dinc  atom”un  istifadəsi  prosesində  ortaya  çıxan  neqativ  nəticələrin 
qaşısının alınması və ya aradan qaldırılması.  
  Birinci  istiqamətdə  aşağıdakı  mühüm  tədbirlər  həyata  keçirilmişdir:  üç  mühitdə  - 
atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə, 
kosmik  fəzada  və  su  altında  nüvə  silahı  sınaqlarının  qadağan  edilməsi  haqqında  1963-cü  il 
Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılması haqqında 
1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda 
yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq, Nüvə silahının və kütləvi qırğın silahlarının 
digər  növlərinin  dəniz  və  okeanların  dibində  və  onun  təkində  yerləşdirilməsinin  qadağan 
edilməsi  haqqında  1971-ci  il  Konvensiyası;  Antarktikada  haqqında  1959-cu  il  Müqaviləsi  və 
Ay  və  digər  səma  cisimləri  də  daxil  olmaqla,  kosmik  fəzanın  tədqiqi  və  istifadəsi  üzrə 
dövlətlərin  fəaliyyətinin  prinsipləri  haqqında  1967-ci  il  Müqaviləsi);  Afrikada,  Antarktikada, 
Latın  Amerikasında,  Sakit  okeanın  cənub  hissəsində  və  digər  regionlarda  nüvəsiz  zonalar 
yaradılmışdır. 
 
kinci  istiqamət  üzrə  qəbul  olunmuş  beynəlxalq  sazişlərə  misal  olaraq  aşağıdakıları 
göstərmək  olar:  Nüvə  gəmilərinin  məsuliyyəti  haqqında  1962-ci  il  Beynəlxalq  Konvensiyası; 
Nüvə  materiallarının  dəniz  daşımaları  sahəsində  mülki  məsuliyyət  haqqında  1971-ci  il 

Konvensiyası;  Nüvə  materiallarının  fiziki  müdafiəsi  haqqında  1980-cı  il  Konvensiyası;  Nüvə 
qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və 
ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyas.  
8. Heyvan və bitki aləminin müdafiəsi. Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir 
neçə istiqamətdə aparılır: 
  a)  bütövlükdə  flora  və  faunanın  mühafizəsi  (məsələn,  Fauna  və  floranın,  onların  təbii 
vəziyyətində  qorunub  saxlanması  haqqında  1933-cü  il  Konvensiyası;  Quşların  mühafizəsi 
haqqında  1950-ci  il  Beynəlxalq  Konvensiyası;  Bitkilərin  mühafizəsi  haqqında  1951-ci  il 
Beynəlxalq Konvensiyası); 
  b)  balıqçılığın  və  dənizin  digər  canlı  ehtiyatlarının  ovunun  nizama  salınması  (məsələn, 
Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası; Dünya sularında 
balıqçılıq  haqqında  1958-ci  il    Konvensiyası;  Antarktikanın  canlı  dəniz    ehtiyatlarının 
mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.); 
  c) konkret növlərin mühafizəsi (məsələn, Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il 
Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.) 
  ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox 
olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il  Konvensiyası; 
Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.). 
9.  Ətraf  mühitin  müharibə  dövründə  qorunması.Özündə müharibə dövründə təbii mühitin 
qorunması  ilə  bağlı  normalar  ehtiva  edən  bir  sıra  beynəlxalq-hüquqi  aktlar  mövcuddur. 
Onlardan  Quru  müharibəsinin  qanun  və  adətləri  haqqında  1907-ci  il  Haaqa  Konvensiyasını; 
Müharibə 
qurbanlarınınmüdafiəsinə 
dair 
1949-cu 
il 
CenevrəKonvensiyalarını; 
CenevrəKonvensiyalarına  I  Əlavə  Protokolu;  Ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən 
hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 
1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən 
müəyyən  adi  silah  növlərinin  istifadəsinə  qoyulan  qadağalar  və  ya  məhdudiyyətlər  haqqında 
1980-cı il Konvensiyasını göstərmək olar. 
  Məsələn, I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və 
təbii  mühitə  genişmiqyaslı,  uzunmuddətli  və  ciddi  zərər  yetirmək  məqsədi  düdən  hərbi 

əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə 
çevrilməsi qadağan olunmuşdur.     
  Ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən  hərbi  və  ya  istənilən  digər  düşmən 
məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı 
dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və sturukturunu, onun 
canlı  aləmini,  litosferi,  hidrosferi,  atmosferi  və  ya  kosmosu  qəsdən  dəyişikliyə  uğradan 
vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii 
mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə 
edilməsində  digər  dövlətlərə  və  ya  qurumlara  yardım  etməmək;  c)  təbii  mühiti  dəyişikliyə 
uğradan vasitələrdın yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan 
hər  hansı  fəaliyyətin  qadağan  olunması  və  qarşısının  alınması  istiqamətində  istənilən  qanuni 
tədbirləri görmək və s. 
  Adi  silah  növləri  haqqında  1980-cı  il  Konvensiyasına  əlavə  olunmuş  Yandırıcı  silahların 
tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və 
bitki  örtüyünün  digər  növlərinin  yandırıcı  silahların  tətbiqi  ilə  hücum  obyektinə  çevrilməsi 
qadağan olunmuşdur. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin