Mövzu Elmi–tədqiqat prosesinin məntiqi quruluşu



Yüklə 70,83 Kb.
səhifə4/4
tarix11.01.2022
ölçüsü70,83 Kb.
#51185
1   2   3   4
Mövzu 4 Tədqiqat işinin aparılması

Elmi hipotezin əsaslandırılması

Qoyulmuş problemin nəzəri araşdırılması hipotezlərin irəli sürülməsi və

əsaslandırılması ilə başlayır. Elmi hipotez (və ya fərziyyə) – bütün tədqiqat

prosesini təşkil etmək üçün tətbiq olunan metodoloji alət olub, baş verən

hadisənin ehtimal edilən səbəbinin yoxlanmasını və təsdiqini tələb edir.

Məntiqə görə hipotez yalnız ehtimal xarakteri daşıyır, yəni o əsas səbəb

haqqında geniş məlumata malik deyil. Buna baxmayaraq hipotezlər problemin ilkin həlli üçün baza rolunu oynayır və mövcud problemin köhnə

nəzəriyyələrlə izahının mümkünsüzlüyü, bəzi hallarda isə onlarla ziddiyətdə

olmasını göstərməlidir. Etibarlı və təsdiq olunmuş hipotezlər araşdırılan hadisələr arasındakı münasibəti düzgün izah etməyə imkan verərsə, son nəticədə yeni qanunların kəşfinə imkan yarana bilər. Proses zamanı hipotezlərin yoxlanılması lazımı nəticəni vermədikdə onun dəyişdirilməsi labüddür.

D.Mendeleyev və Ç.Darvin də öz elmi tədqiqatları zamanı hipotez

mərhələsini keçiblər. M.Lomonosovun işlərində hipotezlərin tətbiqi onun dahi kəşflərinə imkan açmışdır. Mendeleyevə görə hipotez elmi–tədqiqatın

əsas elementi sayılır. O, faktların yığılması, təsviri, sistemləşdirilməsi və

öyrənilməsini; hadisənin baş verməsi üçün hipotezin yürüdülməsini; hipotezdən

doğan məntiqi nəticənin sınaqlarla yoxlanılmasını; hipotezin əsaslı

qanuna çevrilməsi və ya ondan imtinanı tələb edirdi

Qeyd edildiyi kimi hipotezin əsas sütunu ehtimaldır. Məhz onun

ətrafında digər elementlər birləşərək biliklər sistemini yaradırlar. Elmi

problem nə qədər çətin həll olunandırsa, hipotezlərdə elmin sistemləşdirilməsi

səviyyəsi də bir o qədər yüksək olur. Bu sistemdə hipotez nə

qədər müsbət nəticə əldə edərsə, o, bir o qədər predmet ilə real hadisə arasında

əlaqəni dəqiq qiymətləndirməyə imkan verər. Hipotezin yürüdülməsi

və təsdiqi vahid proses daxilində bir–birindən asılı olmayan iki sərbəst

mərhələ sayılır. Müxtəlif hipotez və mərhələlərdə əqli işin bu və ya digər

forması başqa elementlərlə münasibətdə dominantlıq edə bilər. Hipotezin

yoxlanması yalnız ona daxil olan anlayışların hamısının empirik interpretasiyası

mövcud olduqda mümkündür.

Hipotezləri təsviredici, izahedici proqnozedici olaraq üç növə

bölürlər. Təsviredici hipotez obyektin mövcud xarakteri, onunla ayrı–ayrı

elementlər arasında əlaqənin xarakteri haqqında ehtimaldır. İzahedici

hipotez səbəb–nəticə arasındakı asılılıq haqqında ehtimaldır. Proqnozedici

hipotez isə tədqiqat obyektinin inkişafındakı tendensiya və qanunauyğunluqlar

haqqında ehtimaldır.

Hipotezlərin roluna Evklid həndəsəsinin yaranması misalında baxaq.

XIX əsrin ortalarında bir çox riyaziyyatçı alimlər Evklid həndəsəsinin

(Müstəvi həndəsəsi) əsasında duran aksiomları araşdırarkən Evklidin 5-ci

postulatının dəyişilməsinin mümkünsüzlüyünü göstərmişdilər [12]. Yəni

düz xətdən kənarda yerləşən nöqtədən ona yalnız paralel bir düz xətt

keçirmək olar. Bu hipotezin geniş araşdırılması sayəsində müsbət və mənfi

əyriliyə malik bir çox qeyri-standart həndəsələr yaranmışdır (Lobaçevski və

Riman həndəsləri). Bu yeni həndəsi elmlər fəza strukturlarının tədqiqində

tətbiq tapmış və hal–hazırda kosmologiya və fizikada geniş istifadə olunur.

Buradan görünür ki, Evklid hipotezi rədd edilə bilmədi, ancaq onun

əvəzində daha dəyərli elmi nəticələr əldə edildi. Sosial sahələrdə

hipotezlərin rolu böyükdü. Belə ki, ingilis iqtisadçı alimi Con Meynard Keynsin (1883‒1946) araşdırmaları iqtisadiyyatdakı periodik neqativ

dəyişilmələri proqnoz etməyə imkan vermişdi. Nəticədə onun cəmiyyətə

təsirinin qarşısını almaq üçün preventiv tədbirlər görməyə imkanlar

yaranmışdır. Fransız alimi Leverye (1811‒1877) Merkuri planetinin trayektoriyasında olan anomaliyanı əsas götürərək onunla günəş arasında daha bir planetin olması hipotezini irəli sürür. Uzun illər bu planetin axtarışı ilə

məşğul olan astronomlar hipotezin yanlış olması qərarına gəlirlər. Amma



axtarışların nəticəsində Neptun planeti kəşf edilir
Yüklə 70,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin