Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan


Kolorado kartof böcəyi (Leptinotarsa decemlineata Say)



Yüklə 265,2 Kb.
səhifə47/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   43   44   45   46   47   48   49   50   ...   84
entomologiya

Kolorado kartof böcəyi (Leptinotarsa decemlineata Say) – Böcəklər (Coleoptera) dəstəsinin yarpaqyeyənlər (Chrysomolidae) fəsiləsinin nümayəndəsidir.
Kolorado böcəyinin bədəni ovalvari olmaqla, uzunluğu 7-12 mm arasında dəyişir. Bədən üst tərəfdən qabarıqdır, sarımtıl rəngdədir. Alnında üçbucağı xatırladan ləkə vardır. Bığcığı 11 buğumdan ibarətdir. Qabaq kürəkciyi üzərində 11 ədəd ləkə vardır. Ortadakı ləkə ən böyük olmaqla «V» rəqəminə bənzəyir. Qanadları üzərində uzununa 10 qara zolaq vardır. Qanadları qaramtıl-sarıdır.
Yumurtası qırmızımtıl-sarı, yaxud narıncı rəngdədir, ovalvaridir, uzunluğu 0,8-1 mm-dir.
Sürfəsi aşağı tərəfdən yastı, üst tərəfdən qabarıqdır. Ortası yoğundur, qılçıqlarla örtülmüşdür. Rəngi əsasən narıncı-qırmızı olub, üzərində uzununa düzəlmiş iki cərgə qara nöqtə vardır. Uzunluğu 15-16 mm-dir.
Pupu narıncı rəngdədir, uzunluğu 9 mm-ə çatır.
Böcəyin vətəni Şmiali Amerikanın cənub-qərb hissəsidir. Zərərverici oradan Şimali Meksikaya, oradan Kolorado Ştatına yayılaraq kartof bitkisinə böyük zərər vermişdir. Elə burada da onu Kolorado böcəyi adlandırmışlar.
Bu zərərverici 1922-ci ildə Fransada müşahidə edilmişdir. Bundan sonra zərərverici avropanın bir sıra ölkələrinə yayılmışdır. İkinci dünya müharibəsi zamanı alman faşistləri qəsdən bu zərərvericini bir ölkədən digər ölkələrə yaymışlar.
Sonradan isə bu zərərverici keçmiş SSRİ-yə yayılmış, karantin tədbirlərinə zəif əməl edilməsi nəticəsində Qazaxıstana, Orta asiya ölkələrinə, Zaqafqaziyaya, eləcə də Azərbaycana yayılmışdır. Hal-hazırda respublikamızın elə rayonu yoxdur ki, orada bu zərərvericiyə rast gəlinməsin.
Kolorado kartof böcəyi torpağın 25-30 sm dərinliyində böcək fazasında qışlayır. Yazda temperatur 14-150S olduqda böcəklər torpağın üst səthinə çıxırlar və acgözlüklə su içməyə başlayırlar. Bu dövrdə böcəklər kütləvi halda su arxları kənarlarına toplaşırlar. Böcəklər su ehtiyatı topladıqdan sonra bir müddət kartof bitkisinin yarpaqları ilə qidalanmağa başlayır. Əgər böcəklər qışlamadan çıxdığı vaxt tarlada kartof cücərtiləri olmazsa, onlar bir müddət yabanı badımcançiçəklilərlə qidalanırlar. Qida bitkiləri olmadıqda belə böcəklər aylarla ac qala bilir.
Böcəklər qışlamadan çıxdıqdan təxminən bir ay sonra cütləşmə prosesi gedir və dişi fərdlər yumurta qoymağa başlayırlar. Yumurta qoyma bütün vegetasiya dövrü davam edir. Yumurtalar topa halında qoyulur. Hər bi topada 25-30 ədəd yumurta olur. Yumurtalar kartof, badımcan, pomidor, bibər və s. bitkilərinin yarpağının alt səthinə qoyulur. Bir dişi fərd 400-800 ədədə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 5-10 gün sonra sürfələr çıxır, üç həftə qidalanır, inkişaf edir, 4 dəfə qabıq dəyişir və bundan sonra pup halına keçirlər. Puplardan 6-15 gün sonra böcəklər çıxır və ikinci nəslin inkişafı başlayır. Bu nəslin inkişafı da birinci nəsildə olduğu kimi davam edir.
Havanın soyuması ilə əlaqədar olaraq böcəklər qışlamaya gedir.
Kartof bitkisinə ən çox sürfələr zərər verir. Belə ki, onlar bitkinin yarpaqlarının ətli hissəsini tamamilə yeyir, orada yarpağın yalnız damarları qalır. Zərərverici bir bitki ilə qidalandıqdan sonra digər sağlam bitki üzərinə keçir. Yarpaqları yeyilmiş bitkinin inkişafı zəifləyir, eləcə də məhsuldarlıq aşağı düşür. Zərərverici il ərzində 1-3 nəsil verir.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin