Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 265,2 Kb.
səhifə49/84
tarix03.03.2023
ölçüsü265,2 Kb.
#86539
1   ...   45   46   47   48   49   50   51   52   ...   84
entomologiya

Çuğundurun zərərvericiləri
Çuğundur bitkisi zərif və şirəli bitki olduğu üçün zərərvericiləri özünə cəlb edir. Çuğundur bitkisi üzərində 120 növ zərərvericiyə təsadüf olunur. Bunların əksəriyyəti polifaq həşəratlardır. Bununla yanaşı çuğundur bitkisinin bir sıra xüsusiyyətlənmiş zərərvericiləri vardır. Onlardan geniş yayılanları və zərərverənləri çuğundur adi uzunburun böcəyi, çuğundur birəcikləri, çuğundur bağacığı və s. göstərmək olar.
Çuğundur adi uzunburnu (Bothynoderes punctiventris G.) - Böcəklər (Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.
Yetkin fərd bozumtul-qonur rəngdədir. Ön qanadları üzərində nöqtələrdən ibarət 10 ədəd cərgə zolağı vardır. Uzunluğu 1,2-1,4 sm-dir.
Yumurtası ovalvaridir, sarımtıl ağ rəngdədir.
Sürfəsi ağdır, ayaqsızdır və qövsvari bükülmüşdür, axırıncı yaşda sürfənin uzunluğu 30 mm-ə çata bilir.
Zərərverici böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-120S temperatur olduğu zaman onlar qış yuxusundan oyanır və torpağın üst səthinə çıxırlar. Onlar əvvəlcə tərçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtiləri üzərinə keçirlər. Böcəklər çuğundur yarpaqlarının ayəsini və saplaqlarını yeyir, nəticədə cücərtilər məhv olur.
Bir müddətdən sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəltdiyi çökəkciyə qoyulur. Bir dişi böcək orta hesabla 200 ədədə qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan 7-10 gün sonra sürfələr çıxır. Sürfələrin inkişafı 2-3 ay çəkir. Bu müddət ərzində onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmələ gətirir. Belə zədələnmiş bitkilər zəif inkişaf edir, bəzən də quruyub məhv olur.
İnkişafını başa çatdırmış sürfələr torpaqda yuva düzəldib orada pup halına keçir. Təxminən iki həftədən sonra puplardan böcəklər çıxır və oradaca qışlamaya gedir.
Zərərverici il ərzində bir nəsil verir.
Mübarizə tədbirləri.
1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Ev quşlarından istifadə edilməlidir.
3. Səpin zamanı torpağa 30-35 kq/ha hesabilə 12%-li heksaxloran verilməlidir.
4. Qışlamadan çıxan böcəklərə qarşı 85%-li sevinins suspenziyası, vegetasiya dövründə 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis – 0,4 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar.

Yüklə 265,2 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin