Bu ehtimallar düzgün müəyyən edilməli və konkret şəkildə göstərilməlidir;
Gələcəkdə qeyd olunan ehtimallar ortaya çıxdıqda onları müəyyən etmək mümkün olmalıdır;
Hər ehtimal üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir;
Tərəflər müqavilə şərtlərinə əməl eməkdə istəkli olmalıdırlar;
Tərəflər müqavilə şərtlərinə əməl edilməsi məqsədilə digər tərəflərin davranışını azad şəkildə müşahidə edə bilməlidirlər.
Müqavilə şərtlərinə əməl edilmədikdə tərəflər onun icrası üçün istək və bacarığa malik olmalıdırlar
Məhdud rasionallıq: Qeyri-mükəmməl kontraktlar məhdud rasionallıq nəticəsində ortaya çıxır. Məhdud rasionallıq insanların problemləri mükəmməl, xərcsiz və həmin anda həll edə bilməmə xüsusiyyətidir.
Mükəmməl olmayan kontraktlar gizli informasiya və gizli fəaliyyət problemləri ortaya çıxarır.