Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Əsas fondların qiymətləndirilməsi



Yüklə 0,77 Mb.
səhifə25/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   21   22   23   24   25   26   27   28   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Əsas fondların qiymətləndirilməsi

İstehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota alınır və planlaşdırılır. İstehsal əsas fondlarının natural göstəricilərlə qiymətləndirilməsi istehsal prosesinin texnoloji xüsusiyyətlərindən asılıdır və istehsal firmalarında əsas fondların texniki tərkibini, istehsal gücünü müəyyənləşdirmək, istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqlar və yollar müəyyən etmək, habelə investisiyanın və yeni maşın və avadanlıqların tətbiqi hesabına istehsalı inkişaf etdirmək üçün istifadə olunur.


Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırılması Firmanın istehsal əsas fondlarının köhnəlməsini müəyyən etmək və amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və onların geniş təkrar istehsalını planlaşdırmaq, habelə məhsulun maya dəyərini və firmaların rentabelliyini müəyyən etmək məqsədi ilə aparılır.
Əsas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və bu müddətdə təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əsas fondlar onların hərəkətinə nəzarət məqsədi ilə üç növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) qiymətləndirilir.
Əsas fondların ilkin dəyəri dedikdə onların istehsalı (yaxud inşası), əldə edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əlaqədar olan xərclərin məcmusu nəzərdə tutulur.


Fid = Fav + Fnəq + Fqur + Fsair

burada Fav – avadanlığın alınma dəyəri, manatla, Fnəq – avadanlığın gətirilmə dəyəri, manatla, Fqur – quraşdırılmanın dəyəri, manatla, Fsairsair işlərin dəyəri, manatla.


İlkin (balans) dəyərindən amortizasiya ayırmalarının istifadə göstəricilərinin hesablanmasında istifadə olunur.
Müxtəlif dövrlər üçün avadanlığın qiyməti və tikintinin dəyəri dəyişdiyinə görə bu qiymətləndirmə metodu əsas fondların dəyişmə dinamikası barədə dəqiq müqayisə edilə biləcək məlumat almağa imkan vermir. Bu çatışmamazlığı aradan qaldırmaq üçün bərpa dəyərindən istifadə olunur.
Bərpa dəyəri üzrə qiymətləndirmə yeni istehsal şəraitində (cari ildə) əsas fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə edir. İstehsal əsas fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi aşınmanın dəyər formasında ifadə olunmuş kəmiyyəti arasındakı fərq kimi müəyyən edilir.
Köhnə avadanlığın bərpa dəyərini (Fbk) yeni avadanlığın (Fby) dəyəri və onların məhsuldarlıqlarının nisbətinə görə təyin etmək olar:


,

burada Bk By – köhnə və yeni avadanlıqların məhsuldarlıqlarıdır.


Lakin əsas fondların bərpa dəyəri üzrə qiymətləndirilməsi xeyli əməktutumludur, vəsait və vaxt tələb edir. Ona görə də əsas fondların bərpa dəyərinə görə yenidən qiymətləndirilməsi vaxtaşırı aparılır.
Köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə, başqa sözlə, qalıq dəyəri ilə qiymətləndirmə əsas fondların hələ məhsulun üzərinə keçirilməyən, onun amortizasiya olunmamış dəyərini əks etdirir.
Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məqsəd onun istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini müəyyən etməkdir. Qalıq dəyəri əsas fondun likin və ya bərpa dəyərinə görə hesablana bilər.
Bu halda avadanlığın qalıq dəyərini, yəni hazır məhsula köçürülməmiş dəyəri aşağıdakı kimi təyin etmək olar:


,

burada аr – avadanlığın yeniləşməsinə. (renovasiya) illik amortizasiya norması, %; Fb – avadanlığın bərpa (və ya ilkin) dəyəri, man., Tx – əsas fondun faktiki xidmət müddəti, il.


Əsas fondların ilin əvvəlinə, ilin axırına və orta illik dəyəri fərqləndirilməlidir.
Orta illik dəyər aşağıdakı kimi hesablana bilər:


,

burada Fi.ə – əsas fondların ilin əvvəlinə (01.01.) dəyəri, man.; Fi Fj – uyğun olaraq il ərzində istifadəyə verilmiş və işdən çıxmış əsas fondların dəyəri, man.; Ti Tj – müvafiq olaraq istifadəyə verilmiş və işdən çıxmış əsas fondların fəaliyyətdə olduqları ayların sayı.


Əsas fondların təkrar istehsal prosesi istehsal fəaliyyətinin və onun səmərəliliyinin əsasını təşkil edir. Onların hərəkəti təsərrüfata rəhbərliyin bütün səviyyələrində tənzimlənir və bu prosesə nəzarət olunur. Əsas fondların təkrar istehsal xarakteristikası onların artması, təzələnməsi və sıradan çıxması göstəriciləri vasitəsilə təhlil olunur və öyrənilir.
Artma əmsalı baxılan dövrdə əsas fondların artımını əks etdirir və yeni istifadəyə verilmiş əsas fondların dəyərindən işdən çıxmış dəyəri çıxaraq ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi müəyyən edilir.


.

İstehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşmə) əmsalı ilə müəyyən olunur və bu əmsal yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbəti kimi əks etdirir.




.

Əsas fondların sıradan çıxma əmsalı baxılan dövrdə istifadədən çıxmış Əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi hesablanır.






    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin