Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu.
Zədələnmə ocaqlarının yaranma səbəbləri.
Nüvə silahı istifadə ediləndə yaranan radiasiya ocağının xarakteristikası.
Kimyəvi silah işlədiləndə yaranan ocağın xarakteristikası.
Bakterioloji ocaqlarin xarakteristikası.
Sual 1. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu.
Bu qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edir.
Bu qanunda istifadə olunan əsas anlayışlar:
Radioaktiv maddə - kənar (xarici) təsir olmadan atom nüvəsinin çevrimləsi nəticəsində ionlaşdırıcı şüa buraxan izotoplar (atomlar);