Şprislərin sterilizasiyası İnyeksiya üçün alətləri sterilizatorda qaynatmaqla sterilizə edirlər. Sterilizator düz bucaqlı qapaqlı metal qutudur və içərisində həmin şəkildə bir qədər kiçik deşikli qabı vardır. Deşikli qabın qulpları vardır ki, bunlardan tutub onun içərisində olan alətlərlə birlikdə sudan çıxarırlar.
Sterilizasiyadan əvvəl sterilizatorun təmizliyini yoxlamaq və əgər o, lazəmi dərəcədə təmiz deyilsə, onu isti suda sabun və soda ilə şotka vasitəsi ilə yuyub qurutmaq lazımdır. Şprisləri sterilizatora qoyduqda onları yoxlamaq lazımdır və əgər onlardan birində yağlı çöküntü (kamfora yağı) aşkar edilərsə, quru pambıq ilə silmək, yaxud sabunla yuyub hər hansı yağ əridici məhlul ilə (spirt, efir, benzin) təmizləmək lazımdır, bundan sonra hissələri ayırmaq, tənzifə büküb, sterilizatora qoymaq lazımdır.
Sterilizasiyadan əvvəl hər bir iynənin keçirmə qabiliyyətini diqqətlə yoxlamaq lazımdır. Bunu ya mandren vasitəsi ilə, yaxud iynədən su şırnağı buraxmaqla (şprisə keçirərək) edirlər. Bu zaman iynəyə lupa ilə diqqətlə baxaraq itiliyini də yoxlamaq lazımdır. İynələri mandrensiz, iti hissəsini sterilizə torun metal divarlarına toxunmaqdan qorumaq üçün (onlar bundan kütləşə bilər) və alətlərin üzərinin daş bağlaması üçün tənzifə büküb sterilizasiya edirlər. Şpris və iynələrdən başqa sterilizatora iki ədəd anatomik pinset, deşikli qab üçün qarmaqlar qoyulur. Alətləri distillə edilmiş suda, əlacsız halda isə otaq temperaturlu qaynadılmış və süzülmüş suda qaynatmaq daha yaxşıdır. Suyu əvvəlcədən qaynatmaq və süzməklə onu sterilizasiya zamanı alətlərin üzərində çöküntü verə biləcək duzlardan təmizləyirlər. Şprislərin silindri çatlamasın deyə su şox soyuq olmamalıdır, sterilizatora o qədər su tökürlər ki, o, bütün alətlərin üstünü örtsün. Qaynatma müddəti 30 dəqiqədir.
Alətlər sterilizasiya olana qədər tibb bacısı proseduranı aparmaq üçün əllərini hazırlamalıdır: 1) əllərini ilıq su və sabunla şotka ilə yumalı; 2) əlləri, xüsusilə, barmaqlarını spirtlə silməli; 3) dırnaqyanı dəri büküşlərinə yod tinkturu sürtməlidir.
Sterilizatoru qaynatdıqdan sonra onun qapağını götürüb, içəri (steril) səthi yuxarı olmaqla stolun üstünə qoyurlar. Kornsanqla qarmaqları götürürlər, onların bir ucundan tuturlar, digər (steril) ucunu deşikli qaba bənd edir və onu alətlərlə birlikdə çıxarıb sterilizatorun üstünə köndələn vəziyyətdə qoyurlar. Sonra kornsanqla pinsetləri götürür, onlarla tənzifi açır və lazım olan şpris və iynəni götürürlər, porşeni dəstəyindən, silindri xarici səthindən, iynəni isə yalnız muftasından tuturlar. Şprisi pinset ilə sterilizatorun qapağı üzərində yığırlar, iynəni taxıb buraraq möhkəmləndirirlər və qapağın içərisinə qoyurlar (iynə heç bir şeyə toxunmamalıdır). “Rekord” qapağını əl ilə bağlamaq olar.