Dərmanların ampuldan və flakondan yığılması Yeridiləcək dərman ampulunun, yaxud flakonun üzərindəki etiketi həkimin eşitməsi üçün ucadan oxumaq, onun şəffaflığına əmin olmaq (bulanıq olarsa, onu işlətmək olmaz) və etibarlılıq müddətini (sterilizasiya tarixini) yoxlamaq lazımdır. Yoxlamadan sonra ampulun nazik hissəsini oda verilmiş xüsusi mişarcıq ilə kəsirlər, kəsilmiş yeri spirtli pambıqla silib ampulun ucunu sındırırlar. Mişarcıqdan istifadə etmək vacibdir. Boş ampulları bir neçə saat saxlamaq lazımdır: silindri 1 və 3-4 barmaqlar arasında sıxırlar, 2 barmaqla iynənin muftasını, 5 barmaqla isə porşenin dəstəyini, yaxud oxunu saxlayırlar. Dərmanı ampuldan şprisə yığmaq üçün onu sol ələ alırlar və iynəni (2 barmaq iynənin muftasının, 5 barmaq isə porşenin dəstəyinin üstündə olur) ampulun deşiyinə keçirirlər. Sağ əl ilə porşeni dartmaq (sol əlin 2 barmağı indi iynənin əvəzinə ampulu tutur) ampulanın içərisindəkini sorub yığırlar. İynəni ampula salarkən çalışmaq lazımdır ki, iynə ampulun xarici səthinə toxunmasın. Əgər steril dərman flakondadırsa, flakonu açırlar, şprisdən porşeni çıxarıb dərmanı flakondan bir az boşaldırlar və sonra onu şaquli saxlanan (5 barmaq iynənin muftasında olur) silindrə tökürlər. Dərman olan silindrə porşeni salıb, iynəni yuxarı çevirirlər, porşeni yuxarı itələyərək, havanı sıxışdırıb çıxarırlar.
Bəzi dərman maddələri flakonlarda toz şəklində buraxırlar və onları mütləq inyeksiya qabağı həll etmək lazımdır. Zavodda hazırlanmış flakonda olan dərman maddələri rezin qapağı ilə bağlı olur. Rezin qapağın üstündən isə metalik qapaqla örtürlər. Flakonda olan antibiotiklər müəyyən qayda ilə həll olunur. Benzilpenisilinin kalium və natrium duzları flakonlarda aşağıdakı dozalarda buraxılır: 250.000, 500.00 TV(təsir vahidi).
Parenteral yeridilmə zamanı flakonun içində olan toz şəklində dərman maddəsinə 1-3 mm inyeksiya üçün maye, natrium-xloridin izotonik məhlulu və ya novokain 0,5 % məhlulu əlavə olunur. Əvvəlcə flakonun üzərindəki yazını oxumaq lazımdır. Sonra isə alüminium metaldan olan qapağı spirtlə silmək. Şprisə lazım olan dozada həlledici məhlulu yığmaq. Hər 100.000 quru maddəyə 0,5-1 ml həlledici maye əlavə olunur. Flakonu çalxalayarıq, tam tozun həll edilməsinə qədər. Flakonu yuxarı qaldıraraq dibi yuxarıda olmaq şərtilə, flakondan iynə və şpris vasitəsi ilə dərman mayesi sorulur. Şprisdən havanı çıxartmaq, inyeksiyanı başlamaq.