Stimullaşdırıcı reklam. Bu reklam növü əsasən alıcıların tələbatının artırılmasına, mal alışının stimullaşdırılmasına yönəldilir. Onun istiqaməti məhduddur. Lakin bu zaman bir qədər böyük istehlakçı auditoriyasına müraciət etmək lazım gəlir. Bir çox hallarda potensial alıcıların sayını müəyyən etmək çətin olur. Belə hallarda daha geniş auditoriyaya müraciət edilməsi təsadüfi xarakter daşıyır. Bu reklam çox yayılmış reklam növlərindəndir. Bu zaman məhsulun əsas üstünlüklərini, analoci məhsulla müqayisədə müsbət cəhətlərini qeyd etmək mümkün olur.
Stimullaşdırıcı reklamın əsas vəzifələri firmanın məhsuluna olan tələbatın stimullaşdırılmasını həyata keçirmək, alıcıları mal alışına həvəsləndirməkdən ibarətdir. Adədən xırda və orta firmalar məhsul haqqında stimullaşdırıcı reklam elanlarını verərkən imic reklamın elementlərini də göstərməyə çalışırlar. Çünki bu cür firmalar bir qayda olaraq ayrıca imic-reklam vermək imkanına malik olmurlar. Məqsədli imic-reklam adətən iri firmalar tərəfindən böyük reklam kompaniyası həyata keçirilərkən verilir. Reklam kompaniyasını həyata keçirərkən rəqib firmaların ünvanına və onların məhsulları haqqında mənfi fikir söyləməyə yol verilmir. Birincisi, bu etika nöqteyi nəzərindən düzgün hesab edilmir və hətta bir çox ölkələrdə bu qanunla tənzimlənir. İkincisi, bu cür reklam yayımı bir qayda olaraq rəqiblərin xeyrinə olur, çünki onlar əlavə reklam əldə etmiş olurlar və ola bilər ki, bu zaman rəqiblərin məhsulu daha çox yadda qalsın. Üçüncüsü, psixoloci nöqteyi nəzərdən alıcılarda reklam olunan məhsulun keyfiyyətinə şübhə yarana bilər. Nəzərdə saxlamaq lazımdır ki, stimullaşdırıcı reklam adətən imic-reklamın tərkib hissəsi hesab olunur.
Firma və onun məhsulu haqqında bir neçə müxtəlif reklam elanı verildikdə bu alıcılarda firma haqqında elə təsəvvür yarada bilər ki, o firmanın həqiqi obrazına uyğun gəlmir. Odur ki, reklam tədbirlərini hazırlayıb həyata keçirərkən firma öz imicini unutmamalı, onu qoruyub saxlamağa və daha da yaxşılaşdırmağa çalışmalıdır. Bütün bunlara nail olmaqda firmanın ümumi reklam kompaniyasının düzgün planlaşdırılması və həyata keçirilməsi mühüm rol oynaya bilər.
Stimullaşdırıcı reklam üçün ən səmərəli yayım vasitəsi kimi aşağıdakılar daha məqsədəuyğun hesab edilirlər:
-qəzet və curnallarda təkrar olunan reklam yazıları;
-birbaşa poçt göndərişləri;
-radioda reklam;
-sərgilərdə iştirak etmək;
-televiziyada reklam.
Az.da stimullaşdırıcı reklam ümumi reklamın tərkibində çox az yer tutur. Bu əsasən onunla izah olunur ki, Az.da yerli istehsalçılar arasında güclü rəqabət yoxdur və onlar öz məhsullarının keyfiyyət xarakteristikasını reklam etdirməyə ehtiyac duymurlar. Bu zaman əsas vəzifə məhsul və firma haqqında məlumatları daha çox alıcıya çatdırmaqdan ibarətdir.