Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu


Marketinqin kommunikasiya prosesi



Yüklə 0,9 Mb.
səhifə3/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   2   3   4   5   6   7   8   9   ...   60
Маркетингин коммуникасийа системи (3)

1.2. Marketinqin kommunikasiya prosesi.
Marketinqin kommunikasiya prosesi özündə doqquz tərkib elementi birləşdirir. Bir sıra mütəxəsislər (F.Kotler, Q.Baqiyev və başqaları) marketinqin kommunikasiya prosesini sxem şəklində göstərmişlər. Ümumiləşdirilmiş formada bu prosesi şəkil 2-də nəzərdən keçirək.
Prosesin iki elementi : - Göndərici və qəbul edən əlaqənin əsas iştirakçılarıdırlar. Digər iki element müraciət və kanallar əsas əlaqə alətləri hesab olunurlar. Dörd element - kodlaşdırma, şifraçma, nəticə, əks əlaqə əsas funksional hissələrdir. Hər bir elementi nəzərdən keçirək:

Кодлашдырма

Шифр ачма


Мцраъият Каналлар



Гябул едян

Эюндяриъи




Манеяляр





Якс ялагя



Нятиъя (еффект)



Şəkil 2. Marketinqin kommunikasiya prosesi.


- göndərici- müraciəti yaradan və göndərən tərəfdir . Bu həm fiziki, həm də hüquqi şəxs ola bilər;
- kodlaşdırma- fikrin, ideyanın rəmzi şəkildə ifadə olunması prosesidir;
- müraciət- göndəricinin ötürdüyü məlumatlar dəstidir;
-kanal- informasiya yayım vasitələri, müraciəti göndəricidən qəbul edən və əks tərəfə ötürən vasitədir;
-şifraçma –göndəricinin ötürdüyü məlumatlara qəbuledən tərəfin mənavermə prosesidir.
- qəbuledən- göndərici tərəfin göndərdiyi müraciəti alan şəxsdir;
- nəticə- (effekt) müraciətlə qəbul edən tərəfdə təmas nəticəsində yaranan rəy, fikir formalaşmasıdır.
-əks əlaqə- göndəricinin qəbul edən tərəfdən əldə etdiyi məlumatlar toplusudur;
-maneələr- əlaqə prosesində ətraf mühit amillərinin planlaşdırılmamış müdaxiləsinin mənfi təsiridir.
Göndəricilər hansı auditoriyaya müraciət edəcəklərini müəyyənləşdirməli və hansı nəticə əldə etmək istədiklərini bilməlidirlər. Onlar müraciəti qəbul edənlərin istifadə etdiyi şifraçma prosesinin xüsusiyyətlərini nəzərə almaqla yanaşı, öz müraciətlərini məharətlə kodlaşdırmağı bacarmalıdırlar. Müraciətlər informasiya yayım vasitələrindən istifadə etməklə məqsədli auditoriyaya çatdırılır. Müraciətlərə məqsədli auditoriyanın cavab reaksiyasını bilmək üçün əks əlaqə kanalları yaradılır.
Kommunikasiya prosesinin tərkib elementlərinə əsas etibarı ilə planlaşdırma nöqteyi nəzərindən baxmaq lazım gəlir. Marketinq sahəsinin əlaqələndiricisi aşağıdakıları həyata keçirməlidir:
1. Məqsədli auditoriyanın müəyyənləşdirilməsi.
2. Arzu olunan cavab reaksiyasının müəyyənləşdirilməsi.
3. Müraciətin seçilməsi.
4. İnformasiya yayımı vasitəçilərinin seçilməsi.
5. Müraciət mənbəyini səciyyələndirən əlamətlərin seçilməsi.
6. Əks rabitə kanalları üzrə daxil olan informasiyanın toplanması .

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin