Mövzu III. Sosial pedaqoqika Sosial fəlsəfənin bir hissəsi kimi


Z.Qaralov Tərbiyə ;Pedaqogika- Bakı-2003 8



Yüklə 56 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü56 Kb.
#39217
1   2
Movzu-3.Sosial pedaqogika sosial f#U0259ls#U0259f#U0259nin bir hiss#U0259si kimi

7. Z.Qaralov Tərbiyə ;Pedaqogika- Bakı-2003

8. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009.

9 . Ə.S.Bayramov , Ə.Əlizadə. Psixologiya. Bakı, 2010.

10. H.Ə.Əlizadə Sosial pedaqogikanın aktual məsələləri. Baki,2007.

11. M.A.İsmixanov Pedaqoqikanın əsasları.

“Proses” anlayışı latın sözü olub,prossessiz-ötüb getmə,irəli getmə mənasını verir.Bu anlayış elmi ədəbiyyatda vəziyyətlərin ardıcılnövbələşməsi,fasiləsiz hərəkətləri əks etdirən vahid inkişaf mərhələlərinin qanunauyğun şəkildə bir-birinin ardınca getməsinin sıx əlaqəsi kimi izah edilir.

Müasir pedaqoqika ədəbiyyatda da”prosses” anlayışı mövcuddur və bu “pedaqoji prosses” kimi öyrənilir.Lakin onun mahiyətini birmənalı anlayışması vahid yanaşma tərzi yoxdur. Daha tipik olanlar aşağıdakılardır.

a)Pedoqoji proses elə prosesdir ki , burada müəllimin sosial təcrübəsi bilikləri şagirdin keyfiyyətinə çevrilir ( İ.P.Pallasel).

b)Pedoqoji proses məqsədə yönəlmiş, məzmunca dolğun və xüsusi təşkil olunmuş pedaqoji fəaliyətin təsiri və tərbiyəçilərin aparıcı və istiqamətverici rolu ilə fəal həyat fəaliyəti nəticəsində onların özünü dəyişməsidir ( V.T.Lixaçov).

c)Tədris müəssələrində ümumtəhsil və ya texniki peşə məktəblərində, ali və ya orta ixtisas məktəblərində həyata keçirilən bütün təlim, tərbiyə , təhsil və inkişaf məsələləri pedaqpji prosesə aiddir (N.M,Kazımov).

d)Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir (Ə.X.Paşaev,F.Rüstəmov)

e)Pedaqoji prosesə tədris müəssələrində aparılan bütün təlim, tərbiyə, təhsil və inkişaf məsələləri daxildir (L.Qasımova, R.Mahmudova)

“Pedaqoji proses” anlayışı P.F.Kapterev (1849-1922) tərəfindən elmə gətirilmiş, mahiyəti və məzmunu onun “pedaqoji proses” (1907) əsərində izah edilmişdir müəllif pedaqoji prosesi şəxsiyyətin daxili qüvvələri hesabına özünü inkişafı əsasında sosial ideala uyğun hərtərəfli təkminləşməsi kimi başa düşür və bunu daxili və xarici sosial pedaqoji proses kimi qeyd edək.

Daxili pedaqoji proses:



  1. İnsanın inkişafının ümumi mənzərəsini, yəni onun sosial pedaqoqikanın inkişafının necə baş verməsini;

  2. Tipik qrupa aid olan insanın inkişafının özünə məxsusluğunu (yəni eşitmə, görmə, psixi inkişafdaki əyintilər və sair ) onun təşəkkülünü və tərbiyəsini;

  3. Konkret insanın inkişafı , təlimi və tərbiyəsi onun fərdiyyətçilik keyfiyyətləri, xüsusiyətləri nəzərə alınmaqla əks ettirir .

Xarici pedaqoji proses ilə :

a)insanın bütövlükdə tərbiyəsi prosesi olub ( tərbiyənin təshihi, yenidən tərbiyə, düzəliş ) xüsusi pedaqoqika məsələləri həllinə yönəlir ;

b)Müəyyən kateqoriyalı insanların ( məsələləri: psixiinkişafda, tərbiyədə və pozuntular olan uş-rın) xüsusi tərbiyəsi məsələlərin həlli prosesini (bu halda tərbiyə fəaliyyətin xüsusi texnoloji prosesini) əks ettirir;

c)Konkret insanın tərbiyəsi prosesi olub, müəyyən tərbiyəvi məsələlərin həllini – tərbiyə işinin xüsusi texnologiyasının həlli keçirilməsini tələb edir.

Konkret insana aid olan daxili və xarici pedaqoji proseslər arasında pedaqoji prosesinin tamlığı xarakterini əks etdirən sıx əlaqə və qarşılıqlı asılılıq mövcutdur.

Sosial pedaqoqika prosesi – sosial işçi və müştərini ( yeni sosial pedaqoqika prosesin yönəldiyi insanın ) qarşılıqlı təsiri olub , mühitin xüsusi və ya təbii şəraitlərində pedaqoji vasitələrlə müştərinin sosial probleminin həllinə yönəlir . Ayrıca insana münasibətdə onun məqsədi öz sosial problemini həll etməkdə ona imkan yaradan istiqamətlənmiş təsir, dayaq, təhrik və köməkdir . Sosial pedaqoqika prosesdə həmçinin daxili və xarici təşkilediçilərin qarşılıqlı əlaqə və qarşılıqlı və asılılığı təzahür edir .

Beləliklə, sosial pedaqoqika prosesi sosial pedaqoqika təzahürə (insanın sosiallaşması şəxsiyətin sosial keyfiyyətləri və s.)uyğun ardıcıl qanunauyğun inkişaf keyyfiyət dəyişikliyi , daxili proses və sosial işçınin məqsədəyönəlmiş ardıcıl sosial pedaqoji fəaliyyəti təsirləri müəyyən sosial pedaqoqika məqsədə çatmağa təmin edən xarici prosesi , onunla şərtləşən müştəri ilə qarşılıqlı münasibəti kimi müəyyən edir.

Beləliklə, sosial pedaqoqika prsesi olan və xarici proseslərin vahidliyi və qarşılıqlı əlaqəsini əks etdirir .Bu halda xarici daxili ilə çox ciddi sürətlə razılaşdırılır ( onun təlabatları imkanları, dəyişmə dinamikası) və Onun məqsədə uyğun inkişafını təmin edir . O çox mühüm bir lolu – olan pedaqoji prosesin inkanlarını daha səmərəli, daha tamhəyata keçirə bilir.

Sosial pedaqoji prosesin sistem yaradıcı amilkimi onun məqsədi (sosial ideal) və bu məqsədlə şərtlənən uyğun sasial pedaqoqika fəaliyyəti edir.Sosial pedaqoji prosesin əsas vahidi - sosial pedaqoqika məsələ və onun həlli üsullarıdır.

2. Daxili sosial pedaqoqika prosesi.İstənilən prosesi onun imkişafı mərhələsindən ibarətdir. Təxr göstərir ki, onun əlaməti uyğun sosial pedaqoqika təzahürdə baş verən şəxsiyətin yaş, keyfiyyətin və ya cəmiyət dəyişikliyidir .Cəmiyyət dəyişikliyi çox vaxt mərhələlər kimi səciyələndirilir.

Mərhələlər (dövrlər) tərbiyə və inkişaf prosesində nəyin hansı şəraitdə hansı müddətdə öyrənilməsi ilə müəyyən edilirə.Onların hər biri üç səciyyəvi olan memkün keyfiyət dəyişiklikləri bir mərhələni digərindən fərqləndirməyə və onların özünəmıəxsusluğunu qiymətləndirməyə imkan verir .

Xarici sosial pedaqoqika prosesi .Daxili imkanların həy keçirilməsinin səmərəliyi çox zaman sosial pedaqoqika prosesləri müəyyən edilir. Mahiyyəti etibarilə sosial pedaqoqika prosesi – sosial pedaqoqun ( subyektin ) məqsədəyönəlmiş ardıcıl təsirlərin daxili sosial pedaqoqikanın prosesin obyektinin praqnozlaşdırılmış inkişafını şərtləndirən zəruri təminatıdır. O, sosial işçiyə peşəkar fəaliyyətdə müəyyən məqsədin daha səmərəli sürətdə əldə olunmasına kömək edir .

Sosial pedaqoji prosesin məzmunu 2 cür; quruluşlu və vəzifəli cəhətdən nəzərdən keçirilir .Quruluşlu onun tərk hissələri iləmüəyyən edilir ki, bu da şərti və ya funksional xarakterdə ola bilir. Belə yanaşma tərzi müəyyən məqsədə çatmaq üçünfəal xarakterini öyrənilməsi və təhlili üç çox vacibdir. Vəzifə - hər bir mərhələdə konkret ixtisasçının peşə fəaliyyətinin xüsusilərini müəyyən edir . Bu da müəyyən şəslə (qrupla ) sosial işçinin daha sənərəli iş variantının axtarılması və həy keçirilməsi prosesində şox vacibdir. Tərk hissılırinə görə vəzifəli yanaşma tərzi quruluşludan hər bir mərhələnin öz təyinatına uyğun seçilməsi həmdə subyekt və obyektin çoxluğu ilə fərqlənir .

Xarici sosial pedaqoqika prosesin – subyekti sosial işçidir. Peşə fəaliyyətində subyektin mövqeyi bir çox hallarda onun hazırlığı sosial təcrübəsi ilə müəyyən edilir.

Xarici sosial pedaqoqika prosesi istiqaməti sosial işin müəyyən obyektinə - yaşlı insanlara, xüsusi ehtiyacı olan , sosial cəhətdən müdayiə olunmayan insanlara və s yönəlir . Məzmunu isə onların xüsusiyyətləri , imkanları sosial problemləri öz problemlərinə münasibəti, onların həlli imkanlarından ibarətdir. Subyektiv və Obyektiv sosial pedaqoji prosesin özünəməxsusluğunu ibarətdir müəyyən edir.

Sosial pedaqoji prosesin məqsədi – tərbiyə olunanla sosial işçinin qarşılıqlı təsirə can atmasına nail olmaqdır. Məqsəd mahiyyəti etibarilə elə sosial edealdır ki, hər bir sosial işçi öz işində tərbiyə olunmasına həm vəzifələrin həlli çox vacibdir.

Sonraki mərhələ xarici sosial pedaqoji prosesin məzmununun və həyata keçirilməsi üsullarının müəyyən edilməsidir.Buda aşağıdakılardan ibarətdir.

Sosial pedaqoji modelləşdirmə.Mühüm imkanlarə və sosial iıçinin şəxsi təcrübəsi nəzərə alınmaqla müəyyən məqsədin əldə olunmasənə təmin edən konkret texnalogiyanın məqsədəyönəlmiş surətdə həyata keçirilməsinin ideal modelinin empirik şəkildə yaradılması deməkdir.Madelləşdirmə ümumi və xüsusi xarakterdə olur,yəni ümumi məqsədin əldə olunması və xüsusi məsələnin həllinə xidmət edir.Modelləşmənin ən səmərəli variantının seçilməsində köməklik göstərir ki,bu da istənilən anda yüksək nəticənin əldə olunmasına imkan yaratmış olur.

Texnalogiyanın seçilməsi-sosial pedaqoqika prinsipin sonrakı mərhələsini təşkil edir.Texnologiya müəyyən məqsədə çatmaqda əvvəlcə təcrübə əsasında yaranmış və ya aşkar edilmiş və əsaslandırılmış yolları \əks etdirir.

Texnologiyanın seçilməsi üçün sosial işçiyə aşağıdakıları:

-müştərinin(yəni,sosial işçinin fəaliyyətinin yönəlmiş olduğu obyekt)sosial problemləri və onların yaranma səbəblərini

- müştərin fərdi xüsusiyyətləri;əyintiləri, müvqeyi və imkanlarını:

-Məqsədin və ona çatma prosesində mühüm məsələlərin həlli yolları:

-Texnalogiyanın nəyata keçirilmə şırtlərini(xüsusiləşmiş mərkəzdə,evdə):

-Texnalogiyanın həyata keçirilməsi formalarını(xəstəxana və ya ev şəraitində:sosial xidmət mərkəzində):

-bu və ya digər texnalogiyanın tətbiqində oz imkanlarını,

-Texnalogiyaların həyata keçirilməsində müvəqqəti imkanları bilməsi çox vacibdir.

Hər bir sosial pedaqoqika problemin bir neçı texnalogiyası ola bilər.Hır bir texnalogiya müəyyən kateqoriyadan olan müştərilərə yönəlir.O,özündə bu problemin həllində sosial pedaqoqika fəaliyyətin variantının təsirinin həyata keçirilməsi tövsiyyəsini sosial işçinin şəxsiyyətinə peşə hazırlığına və fəaliyyətinə mühüm tələbləri əks etdirir.

Müştərinin onun sosial problemlərindən,sosial işçinin şəxsi təcrübəsində,mühitin şərtlərindən asılı olaraq müəyyən bir texnalogiya seçilir və fərdi metodika ilə sosial işçi tərəfindən həyata keçirilir.Texnalogiya bir, onun praktik surətdə keçirilmə metodikasi isə çoxdur.

Hər bir xarici sosial pedaqoqika proses üçün mühitin müəyyən şəraitləri mövcuddur.Bunlar onun daha səmərəli surətdə ötüb-getməsini,yüksək nəticənin əldə olunmasını təmin edir.Daxili sosial pedaqoqika proses onun təkmilləşdirilməsinin uyğun yollarını müəyyən edən aşağıdakı amillərdən asılıdır:

a)müştərinin müvafiq uyğunlaşmaya, bərpaya olan daxili, yəni fərdi imkanlarından;

b)müştərinin öz problemlərini müstəqil həll etməyə stimul yaradan fəallığından – bu amil həmin prosesdə müştərinin öz problemlərini müstəqil həll etməyə stimul yaradan fəallığından - bu amil prosesdə müştərinin özünün müstəsna rolunu əks etdirir;

c)xarici sosial pedaqoqika prossesin təsirliliyindən,yəni bilavasitə daxilə qarşılıqlı təsirə və onun tam həyata keçirilməsini təmin etməyə yönəlir;

d)müştərinin yaşadığı və özünü reallaşdırdığı mühitin şərtlərindən asılılığıdır ki,bunlar müştərinin daxili sosial pedaqoji prosesdə özünü realizə etməsini ya tənzimləyir,ya da məhdudlaşdırır;

Xarici sosial pedaqoji proses onu təşkil edən mərhələlərdən asılidır.Onun səmərəliyinin gücləndirilməsinin əsas yolu hər bir mərhələnin təsirliliyinin artırılması yəni;

-müştərinin fərdliliyinin diaqnostikası və keyfiyyətinin artırılması;

-müştərinin keyfiyyəti və daha tam sosial pedaqoji səciyyəsi;

-səmərəli texnologiyanın seçilməsi üçün zəruri olan fəaliyyət prosesinin sosial pedaqoqun modelləşdirilməsini həyata keçirmək bacarığı;

-daha səmərəli texnologiyanın və onun realizə edilməsi usulunun seçilməsi;

-həyata keçirilmə fəaliyyətinin başa çatmasından sonra müştəriyə uyğunlaşması,özünü realizə etməkdə ona kömək və arxa olmasıdır.



Beləliklə,daxili və xarici sosial pedaqoji proseslərin daha səmərəli qarşılıqlı təsiri və onların imkanlarının daha tam realizə edilməsi əldə edilir.
Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin