AKKORD 1.95” - İNFORMASİYANIN QORUNMA SİSTEMİ
“Akkord 1.95” qurğusu informasiyanın qorunması üçün istifadə edilir. Plata üzərinə quraşdırılan qurğu ISA və PCI şinləri üçün nzərədə tutulmuşdur.
“Akkord 1.95” kompleksi aşağıdakı funklsiyaları yerinə yetirir:
İstifadəçinin identifikasiyası və aitentifikasiyası;
Parolun və əlyetənliyin məhdud zaman ərzində mümkünlüyü;
Verilənlərin və proqramların, həmçinin əməliyyat sistemində və sərt diskin xidməti sahəsində olan faylların tamlığına nəzarət;
Fərdi kompüterin müvəqəti qıfıllanması imkanı;
İnformasiya sisteminin qıfıllanması imkanı ilə yanaşı əməliyyat sisteminə icazə verilməmiş çıxışın istisna edilməsi;
Disketdən yükləmənin yerinə yetiriılməsi.
“Akkord 1.95” kompleksi özünəməxsus prosessora malikdir. Prosessor sistemin tamlığını yerinə yetirir. “Akkord 1.95” kompleksinin daha bir üstünlüyü proqramlara və fayllara əlyetənlik atributlarının Secret Net sistemində olan atributlardan daha çox olmasıdır (burada 11 atribut istifadəçiyə xidmət edir). Atributların çoxluğu administratora böyük imkanlarla yanaşı fərdi kompüterin resurslarından səmərəli istifadə etməyə də imkan verir.
QEYD: İnformasiyanın Qorunma Vasitələri (İQV) və İcazə Verilməmniş Əlyetənlik (İVƏ) anlamlarını verir.
“
Dostları ilə paylaş: |