MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ


ELK CLONER: THE PROGRAM WITH A PERSONALITY



Yüklə 18,48 Mb.
səhifə11/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası


ELK CLONER:

THE PROGRAM WITH A PERSONALITY

IT WILL GET ON ALL YOUR DISKS

IT WILL INFILTRATE YOUR CHIPS

YES, IT'S CLONER

IT WILL STICK TO YOU LIKE GLUE

IT WILL MODIFY RAM, TOO

SEND IN THE CLONER!

Virus DOS əməliyyat sisteminə yoluxmaqla yayılırdı. Proqram virusa yoluxmamış disketə rast gələn kimi özünü həmin disketə köçürürdü.

Bu virusun təsirindən ilk zərər görənlər Riçardın dostları və tanışları, həmçinin onun riyaziyyat müəllimi olmuşdu.

İlk “peşəkar” viruslar xeyli sadə idi və istifadəçidən gizlənmirdilər, öz dağıdıcı fəaliyyətlərini (faylların silinməsini, disklərin məntiqi quruluşunun dağıdılmasını) ekrana çıxardıq­ları gülməli şəkillərlə və “Kilimancaro dağlarının hündürlüyü neçə millimetrdir?” kimi mənasız suallarla və “Qeyri-düzgün cavab daxil edən kimi vinçesterdəki bütün verilənlər məhv ediləcəkdir!!!” kimi yersiz hədələyici zarafatlarla ört-basdır edirdilər. Belə virusların aşkar edilməsi asan həll edilən məsələ idi. Bu viruslar *.com və ya *.exe tipli fayllara qoşulduğundan, həmin faylların ölçülərini dəyişdirirdilər. İlk antiviruslar bu cəhəti nəzərə alaraq yoluxmuş faylları təyin edirdi.



1984-cü ilin sentyabrında Fred Koenin fayl viruslarının müxtəlifliyinin tədqiq edilməsinə həsr edilmiş məqaləsi çap edilir. Bu virus problemləri ilə bağlı ilk akademik tədqiqat idi. Virus terminindən istifadəni təklif edən Koenin elmi rəhbəri L.Adleman olub. Amma “kompüter virusu” termininin müəllifinin Fred Koen olduğu qəbul edilmişdir. Fred Koen isə özünün “Kompüter virusları ilə eksperimentlər” əsərində “kompüter virusu” termininin müəllifinin L.Adleman olduğunu göstərmişdir.




Fred Koen

Leonard Adleman

Apple II üçün digər viruslar A&M Texas universitetinin tələbəsi Coo Dellincer tərəfindən 1981-ci ildə yaradılmışdı. Bu virus həmin komüterdə istifadə edilən MS DOS 3.3. -ə hesablanmışdı. Bu virusun ikinci versiyası onun müəllifinin xəbəri olmadan digərlərinin də əlinə keçir və bütün universitetə yayılır. Virusda olan səhv o vaxtlar CONGO adı ilə məşhur olan populyar oyunun qrafikasını korlayırdı. Nəticədə cəmi bir neçə həftə ərzində həmin proqramın bütün (pirat) nüsxələri işləyə bilməyən vəziyyətə düşürdü. Müəllif vəziyyəti düzəltmək üçün əvvəlki virusun əvəz edilməsi üçün nəzərdə tutulan yeni, səhvi düzəldilmiş virusu dövriyyəyə buraxır. Virusun mövcudluğunu yaddaşda “(GEN 0000000 TAMU)” yoluxma sayğacının $B6E8 sürüşməsi və ya yoluxmuş diskin sıfırıncı sektorunun sonunda olmasına görə aşkar etmək olurdu.

Maraqlı cəhət odur ki, ilk viruslar piratlarla (quldurlarla) mübarizə məqsədi ilə yaradılmışdı. 1985-ci ildə 10 minlərlə kompüter Pakistanlı Əlvi qardaşları tərəfindən yaradılmış Brain virusuna yoluxmuşdu. Hiyləgər Əlvi qardaşları özlərinin proqram biznesini həyata keçirərək bilərəkdən öz proqram məhsullarını ziyanverici elementlə təchiz edib oğurluq nüsxələrdən istifadə edilməsinin qarşısını almağa çalışırdılar. Pakistan virusunun meydana çıxmasından keçən 10 il ərzində həmin virusun törəmələri bütün dünyaya yayıldı. Bu virusların təhlükəliliyi ondadır ki, istənilən proqramda (onun baş və icra faylında) mütləq şəkildə gizlənə bilir. Virusun kompüterə daxil olması və oradakı .com və .exe tipli faylları yoluxdurması üçün proqramı tək bir dəfə işə buraxmaq kifayətdir.

1986-cı ildə IBM PC üçün ilk The Brain virusu yaradılır.

Kompüter viruslarının növbəti inkişaf mərhələsi 1987-ci ildən başladı. Bu dövrdə nisbətən ucuz IBM PC platformalı kompüterlər geniş yayılmağa başlamışdı. Bu da virusa yoluxan kompüterlərin sayının kəskin artmasına səbəb oldu. Məhz 1987-ci ildə üç böyük kompüter virusu epidemiyası baş verdi.

Əlvi qardaşlarının yaratdığı, birinci kompüter epidemiyasına səbəb olan Brain virusu 1987-ci ildə aşkar edilir.

McAfee-nin açıqlamasına görə təkcə ABŞ-da virusa (Brain virusu nəzərdə tutulur) 18 mindən çox kompüter yoluxmuşdu. Əslində bu proqram Əlvi qardaşlarının firmasından proqram təminatını oğurlayan yerli piratları cəzalandırmali idi.



Əmcad Fərux Əlvi və Basit Fərux Əlvi qardaşları
Proqramda onu yazan qardaşların adları, ünvanları və telefon nömrələri göstərilmişdi. Lakin heç kimin gözləmədiyi həddindən artıq tez bir müddət ərzində The Brain virusu Pakistan sərhədlərini aşaraq bütün dünya üzrə yüzlərlə kompüterə yoluxdu. Brain virusu həm də ilk stels-virus hesab edilir. Ona görə ki, yoluxmuş sektoru oxumağa cəhd edəndə proqram yoluxmuş sektorun orijinalını (yəni yoluxmamış variantını) təqdim edirdi.

İkinci epidemiya kompüterlərə noyabr ayında ABŞ-ın Lexaysk universitetindən yayılmağa başlamışdı. Həmin virus bir neçə gün ərzində universitetin hesablama mərkəzinin kitabxanasına aid olan yüzlərlə disketin və tələbələrin şəxsi disketlərinin məzmununu məhv etmişdi. Epidemiya müddəti ərzində dörd mindən çox kompüter bu virusa yoluxmuşdu.

1988-ci ilin may ayının 13-də eyni zamanda bir neçə universitetdə və firmada “Jerusalem” adlanan virus aşkar edildi. Həmin gün kompüterə yüklənən fayllar məhv edilmişdi. Bu, həqiqi epidemiyaya səbəb olan ilk MS-DOS viruslardan biri idi. Avropada, Amerikada və Yaxın Şərqdə kompüterlərin bu virusa yoluxması barədə xəbərlər yayıldı.

60 000 baytdan ibarət olan bu proqram UNIX Berkeley 4.3 əməliyyat sistemini zədələmək üçün yaradılmışdı. Virus yaradılanda əsas məqsəd bu proqramın gizli şəkildə


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin