Əlifba qaydası.
İstənilən dilin əsasını əlifba təşkil edir. Əlifba – istifadə edilən simvolların sonlu çoxluğudur. Əlifba qaydası hər hansı əlifbanın simvollarından təşkil olunmuş mətndə olan informasiyanın miqdarını hesablamağa imkan verir.
Əlifbada olan simvolların sayı əlifbanın qüvvəti adlanır. Məsələn, azərbaycan əlifbasında 32, ingilis əlifbasında 26, onluq say sistemində 10, ikilik say sistemində 2 simvol var.
Əlifbadakı hər bir simvol müəyyən informasiya daşıyır.
Əlifbanın bir simvolunun daşıdığı informasiyanın qiymətidir – I aşağıdakı düsturla hesablanır:
I= log2N
I=məlumatın həcmi/məlumat sinvollarının sayı və ya
I=məlumatın həcmi/məlumat sinvollarının sayı*sətirlərin sayı*səhifələrin sayı
Burada N - əlifbanın qüvvətidir vəya Əlifba sinvollarının sayıdır vahidi bitdir. onu aşağıdakı düsturla hesablamaq olar:
N=2I
Bildiyimiz kimi, kompyuter sistemində 256 simvolluq əlifbadan istifadə edilir. Yəni ASCII cədvəlində 256 simvol olduğundan, N=256, I = log2256=8, I = 8 bit = 1 bayt. Yəni hər bir simvol yaddaşda 8 bit və ya 1 bayt yer tutur.
Dostları ilə paylaş: |