Mövzu 1. Informatika elmi. İnformasiya anlayışı onun formaları, təsvir üsulları.
İnformatika (ingiliscə “informatics”) termini informasiya və avtomatika sözlərindən yaranmışdır. Bu termini ilk dəfə fransızlar (1960-cı il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. Xaricdə bu termin “Kompyuter elmi” (“Computer science”) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.
Hazırda “İnformatika” informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.
Dostları ilə paylaş: |