Mövzu İtaliyada beynəlxalq turizmin coğrafiyası plan: İtaliyanı turizm-rekreasiya potensialı


Roma və Mərkəzi İtaliya turizm bölgəsi



Yüklə 288,32 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix16.12.2023
ölçüsü288,32 Kb.
#181505
1   2   3   4   5
BTC-movzu8

Roma və Mərkəzi İtaliya turizm bölgəsi. 
İtaliyanın paytaxtı - Roma, üç min illik tarixi olan qədim 
şəhərdir. Müasir dövrdə beynəlxalq turizmin on böyük mərkəzlərindən biridir. Şəbər, Tibr çayının hər iki 
sahilində yerləşir. Çayın üzərindən salınmış körpülərin tarixi çox qədimdir. İlk körpü e.ə. 61-ci ildə tikilmişdir. 



Qədim dünyanın memarlıq abidələri və intibah dövrünün misilsiz sənət nümunələri toplanmış ikinci belə şəhər 
yoxdur. Ona görə də yüz il ərzində bütün dünya üzrə ən çox turist qəbul edən şəhər -Romadır. 
Roma, bədii abidələrin monumentliyinə görə Avropanın birinci şəhəridir. Onların arasında antik dövrün 
abidələri xüsusi yer tutur. Artıq e.ə. IV əsrdə əhalisinin sayı 200 min nəfərə çatan şəhər, qədim dünyanın elmi, 
siyasi və mədəni mərkəzinə çevrilmişdi. E.ə. 312-ci ildə Romadan 16 km aralıda yerləşən mənbələrdən şəhərə 
su çəkilmişdi. Həmin dövrdə salınmış yollar, Romanı bütün istiqamətlərdə ölkənin digər bölgələri ilə 
birləşdirirdi. Bu isə, "bütün yollar Romaya aparır" kimi qədim, məşhur zərb məsəlin yaranmasına səbəb 
olmuşdur. Senzor Appiy Klavdinin hakimiyyəti dövründə (e.ə. IVəsr) salınmış yollardan biri indi də 
istifadədədir. 
Antik abidələr Romaya özünəməxsus və təkrarolunmaz görünüş verir. Müasir Romanın görkəmini, 
əsasən XV-XVIII əsrlərin tarixi - memarlıq abidələri müəyyənləşdirir. Romanın mərkəzi sayılan Venetsiya 
meydanında II Viktor Emrnanuilin (XIX əsr) möhtəşəm abidəsi ucalır. Bütün baş magistrallar və küçələr bu 
meydandan şaxələnirlər. Saraylar və böyük binaların yerləşdiyi küçələr, daş pillələr düzülmüş dar küçələrin və 
dalanların olduğu qədim məhəllələrlə əvəz olunur. 
Roma nadir, yüksək bədii tərtibatlı fəvvarələr şəhəridir. Onların arasında Bernininin layihəsi əsasında 
tikilmiş məşhur Tveri fəvvarəsi xüsusilə seçilir. Şəhərə gələn əcnəbi turistlər xatirə olaraq bu fəvvarənin 
hovuzuna xırda pul sikkələri atırlar. Romanın park və bağları arasında, Villa Barqoze parkı diqqəti cəlb edir. 
Burada dahi italyan heykəltaraş və rəssamlarının əsərləri toplanmışdır. Bernininin "Appolon və Dafna" əsəri 
(XVII əsr) bu parka gələnləri heyran edir. 
İtaliya paytaxtı sakinlərinin əksəriyyəti, yay aylarında ən yaxın kurortların (Fümiçino və Lido-di Roma) 
yerləşdiyi Tirren dənizi sahillərində istirahət etməyə üstünlük verirlər. Bu iki kurortun arasında, Tibr çayı 
sahilində ölkənin mühüm turizm mərkəzi olan Ostiya-Antika yerləşir. Herodotun göstərdiyinə görə, e.e. X əsrdə 
şərqdən üzüb gələn etrusklar məhz bu sahilə çıxmışlar. Onlar həmin bölgədə yaşayan digər qəbilələri sıxışdırıb 
çıxarmış, Appenin yarımadasının içərilərinə doğru irəliləmiş və göllərin sahillərində, məhsuldar ərazilərdə 
məskunlaşmışlar. 

Yüklə 288,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin